Saxta diplomlu müəllimlər - Onları işə kim götürüb?
Hadisə8 aprel 2017 16:17
Yerli KİV-lərdə müəllimlərin işdən çıxarılması ilə bağlı xəbərlərə tez-tez rast gəlmək olur. Tovuzda 800 müəllimin işdən çıxarılmasından sonra Neftçala Qızlar Kollecinin məzunları olmuş müəllimlərin saxta diplom aldıqları üçün işdən qovulması diqqəti yenidən bu mövzuya yönəldib.
İşdən çıxarılanların əksəriyyəti vaxtilə pul verərək müəllim adına yiyələndiklərini deyirlər. Təhsil Nazirliyi isə bunu qətiyyən qəbul etmir. Nazirlik rəsmiləri əvvəlki rəhbərliyin kimdənsə rüşvət alıb işə götürməsinə görə məsuliyyət daşımadıqlarını bildirirlər.
Təhsil eksperti Kamran Əsədov AzVision.az-a bildirib ki, bu gün məktəblərdə işləyən kifayət qədər müəllim var ki, onların təhsil sənədləri problemlidir. "Bunun yaranmasında bir sıra obyektiv və subyektiv faktorlar rol oynayır. Bununla yanaşı saxta olduğu düşünülən sənədlərin bəziləri əslində hüquqi qüvvəyə malikdir. Hər kəsə məlumdur ki, biz necə olursa olsun diplom əldə etmək uğrunda mübarizə aparırıq. Yəni biz yaxşı mütəxəssis kimi yetişmək üçün yox, sadəcə diplom almaq haqda düşünürük. Onu da qeyd etmək istəyirəm ki, 2004 cü ilə qədər təhsil haqqında qanunun müvafiq bəndlərinə görə özəl təhsil müəssisələri daxili qaydada tələbə qəbulunu həyata keçirə bilərdi. Bəzi saxta diplomlar da ordan qaynaqlanır. Bundan əlavə, bir çoxlarının TQDK-nın qəbul imtahanlarında topladıqları ballar onların Azərbaycanda ali məktəblərə qəbul olunmasına imkan vermədiyinə görə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan və Dərbənd universitetlərinə üz tutub, bir il sonra Azərbaycan universitetlərinə köçürülüb təhsillərini davam etdiriblər”.
Təhsil eksperti qeyd edib ki, bütün hallarda bazada olmayan təhsil sənədlərinə görə işə qəbulu həyata keçirən orqan məsuliyyət daşıyır.
"2011-ci ilə qədər regionlarda orta məktəblərə müəllimlərin işə qəbulu məktəb direktoru və təhsil şöbəsi tərəfindən həyata keçirilirdi. Onlar sənədləri yoxlamadan birbaşa işə qəbulu həyata keçirirdilər. Bəzi hallarda məktəb direktorları tabeliyində olan işçilərin sənədlərində problem olduğunu bildiyi halda, müəyyən səbəblərdən buna göz yumurdu. 2014-cü ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin diaqnostik imtahanları bu sahədə çalışanların sənədlərinin yoxlanılması üçün şərait yaratdı və ortaya xoş olmayan mənzərə çıxdı. Əlbəttə, bir çox müəllimlər uzun müddət bu sahədə çalışıblar. Amma bu, o demək deyil ki, onlar bu sahənin mütəxəssisi olublar. Sənədlərində problem və saxtakarlıq olan hər bir müəllim işdən azad edilməlidir. Onların yerinə imtahanla savadlı kadrlar cəlb olunmalıdır”.
Təhsil eksperti bildirib ki, saxta diplomlu müəllimin diaqnostik qiymətləndirmədən keçməsi sənədinin doğru olması demək deyil.
"Təhsil şöbələri bəzi hallarda diplomları problemli olanlara göz yumub onların diaqnostik qiymətləndirmə imtahanlarına buraxılmasına şərait yaradıb. Neftçala rayonunda yerləşən həmən kollecin qəbul aparmaq səlahiyyətləri olmayıb. Filialın fəaliyyəti qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilməyib. Sadəcə olaraq, müstəqilliyimizin ilk illərində sənədləşmə prosesində müəyyən boşluqlar olduğuna görə bundan sui-istifadə edərək təhsil sənədləri alanlar olub. İndi onların ciddi şəkildə problemləri yaranıb. Əvvəlki illərdə onlar məhz təhsil sənədlərinə görə vəzifədən azad ediliblər, lakin məhkəmə qətnaməsi ilə işə bərpa olunublar. Onların orta məktəblərdə fəaliyyətini davam etdirməsinə imkan vermək olmaz. Bu, daha böyük qüsurlara səbəb ola bilər”.
NUH.az
Oxşar xəbərlər
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını...TERROR
23 mart 2024 15:51
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- Aybəniz Haşımovadan qızı Aynişana: Bilsəydim, səni bu dünyaya gətirməzdim
22 mart 2024 10:47
- Dünyada İLK DƏFƏ! Xəstəyə donuz böyrəyi köçürüldü
22 mart 2024 09:26
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya