Ermənilərlə dostluq edən diaspora sədri Az.TV-də niyə təbliğ olunur: Böyük müraciət hazırlanır
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılması Azərbaycan ictimaiyyətində böyük rezonans doğurub. Azərbaycan media məkanında əksər sayt və portallar bu məsələylə bağlı qınaq dolu xəbərlər yayımlayıblar.
Amma indi məlum olub ki, əslində, bu Aşot Avanesyan və ermənilərlə Tağıyevin ilk sıcaq münasibəti deyil. Söhbət ondan gedir ki, R.Tağıyev ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılmışdı. Bunu fotolardan aydın görmək olur. Düzdür, bundan sonra o, Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. Tağıyev isə bir qədər də irəli gedərək etiraf etmişdi ki, heç nəyi vecinə almır, Aşot Avanesyanla yaxın dostdur. O, hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəkləmişdi. NəticədəTağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə vurulmuşdu.
Xatırladaq ki, Avanesyan Ukraynadakı erməni diasporunun əsas simalarından biridir. Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınmasıyla bağlı layihə göndərən şəxs də məhz Avanesyandır. Erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan bütün layihələrin önündə gedir. Bu ölkənin daxili işlər naziri erməni əsilli Arsen Avakovla dost olması onun imkanlarını daha da genişləndirir.
Belə bir adamın azərbaycanlılarla, xüsusən də ölkəmizin diaspor rəhbərləri, təmsilçiləri ilə sıcaq münasibəti əlbəttə kifayət qədər maraqlıdır. Araşdırma zamanı məlum olur ki, Azərbaycanın Ukraynadakı diaspor qurumlarından birinin rəhbəri Rövşən Tağıyevin belə bir şəxslə dostluq etməsinin əsas səbəbi biznes ortaqlığıdır. Mənbə bildirir ki, R.Tağıyev ortağının əlaqələrindən istifadə edərək, imkanlarını xeyli genişləndirə bilib.
Məhz bu əlaqələrin mövcudluğu Rövşən Tağıyevin ermənilərlə yaxınlığına rəğmən, Kiyevdə azərbaycanlıların təmsilçisi kimi tanınmasında böyük rol oynayıb.
Məsələ ilə bağlı Rövşən Tağıyev bakipost.az-a açıqlamasında Aşot Avanesyanla yaxın münasibətlərinin olduğunu təkzib etməyib. Bildirib ki, Aşot Bakıda anadan olub və onunla eyni beynəlxalq təşkilatda təmsil olunur.
Tağıyevin ermənilərlə dost olması, genosid tədbirlərində iştirak etməsi nə qədər üzücüdürsə, onun Az.TV-də təbliği də ondan çox təəssüf doğurur. Azərbaycan televiziyasının Ukrayna bürosunun müxbiri Mövsüm Aslanov heç bir ofisi olmayan, ətrafında, keçirdiyi tədbirdə bir əlin barmağı qədər adam yığan birini az qala diaspora rəhbəri kimi təqdim edir.
Kiyevdə yaşayan azərbaycanlıları qəzəbləndirən də budur.
“Biz Az.TV sədri hörmətli Alışanov cənablarına müraciət etməkdən yorulduq. Hətta Ukraynada yaşayan ziyalıların, elm və iş adamlarının imzaladığı rəsmi məktub da göndərdik. Azərbaycan televiziyasının Ukrayna müxbiri Mövsüm Aslanovun əməlləri, onun ermənilərlə oturub-duran birisini təbliğ etdiyini nəzərinə çatdırdıq. Görün vəziyyət nə yerə çatıb ki, Azərbaycanını Ukraynadakı səfiri Azər Xudiyev belə bu adamları yaxınına buraxmaq istəmir”.
Soydaşlarımızın dediyinə görə, əvvəl və elə indin özündə belə Ukraynadakı Azərbaycan iqtidarının da terrorçu elan etdiyi FETO çetsiylə bir yerdə olan Aslanov, “məni bu postdan heç kim kənarlaşdıra bilməz, mənim Elsevər Dünaymalıyev kimi (Az.TV sədrinin müavini) adamım var” deyə Kiyevdə yaşayan azərbaycanlılara hədə-qorxu da gəlməkdə davam edir. Az.TV-dəki mənbəmizin dediyinə görə, Aslanov barədə faktların Arif Alışanova çatdırılmasına da məhz o mane olur.
Dünən əldə etdiyimiz məlumata görə, Mövsüm Aslanovun əməlləri barədə Ukraynanın vilayətlərində fəaliyyət göstərən əksər diaspora qurumları Az. TV sədrinə və ölkə rəhbərliyinə rəsmi müraciət etməyə hazırlaşırlar.
Yeri gəlmişkən, bir qədər əvvəl Tağıyev və Aslanov Xarkovdakı barların birində sərxoş halda dava da salmışdılar. O vaxt istər Ukrayna, istərsə də Azərbaycan mediası bu barədə xəbərlər yaymışdı. Məhz bu hadisədən sonra Tağıyevin Az.TV-dən görüntüləri yığışdırıldı. Görünür Alışanov cənabları müxbirinin bu hərəkətini onu bağışlaya bilməyib. Bu arada o da məlum olub Ki, FETO ilə əlaqələrinə görə, Aslanovun adı necə deyərlər arzuolunmazlar siyahısındadır. Onun Ukrayna bürosundan kənarlaşdırılacağı isə an məsələsidir.
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04