İxrac-idxal prosesi asanlaşır, bəs keyfiyyət?
Dünya Sakit
Xarici bazarlara açıldıqca, ölkədən kənara çıxdıqca milli istehsalımızın keyfiyyət problemi daha qabarıq formada özünü göstərir. Ötən 1 il ərzində təkcə Rusiya Azərbaycandan gedən onlarla ton süd və süd məhsullarında, şirələrdə, tomatda, hətta soğanda problemlər aşkarlayaraq sərhəddəncə geri qaytarıb. Analoji problemlər müxtəlif ölkələrə ixrac olunan digər məhsullarda da aşkarlanır. Keyfiyyət problemi üzündən nə pambığımızı, nə tütünümüzü, nə fındığımızı xaricə dünya bazar qiymətinə sata bilirik.
Hazırda dövlət ixracı stimullaşdırmaq üçün prosedurları getdikcə sadələşdirir, vaxt itkisinə, həmçinin qeyri-sağlam tələblərə səbəb olacaq sənədləşmələrin sayı minimuma endirilir. Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli ”Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən son dəyişikliklər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb(APA). Belə ki, son dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Bundan sonra ixracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün tələb olunan fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün tələb olunan keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı tələb olunmayacaq. Sahibkarlar ixrac üçün nəzərdə tutulan ölkənin tələblərinə uyğun olaraq həmin sənədləri könüllü şəkildə ala bilər.
Qeyd edim ki, ixracatçılar gömrük-keçid məntəqələrində tələb olunan bu sənədləri əldə etmək üçün kifayət qədər böyük vaxt və maddi itkilərə məruz qalırdılar. Həmin sənədləri alan zaman sahibkarlar bir çox hallarda həm də qeyri-rəsmi ödənişlər etməyə məcbur olurdular. Bu baxımdan, dəyişiklik müsbət addım hesab olunmalıdır. Lakin ixrac-idxal olunan məhsulun keyfiyyətinə nəzarətin bir yolu olan bu sənədlərin tələb edilməməsi iki istiqamətdə keyfiyyət problemi yarada bilər. Əvvəla, ixracatçı sahibkarlara dəyişiklik sərhəddən çıxmaq üçün rahatlıq yaradırsa, malı apardığı ölkədə problem də yarada bilər: çünki heç bir ölkə keyfiyyəti təsdiq edən sənədlər olmadan məhsulların idxalına imkan verməyəcək. Yəni ixracatçı sahibkar hər bir halda bu sənədləri təqdim etməli olacaq. İkinci bir tərəfdən, Azərbaycana idxal olunan mallar üzrə uyğunluq və mənşə sertifikatının olmaması daxili bazarda keyfiyyətsiz məhsulların artmasına gətirib çıxara bilər. Bu təhlükələrin yaranmaması üçün daha yaxşı olardı ki, qeyd olunan sənədlərin əldə olunması prosedurları sadələşdiriləydi, bu sahədə olan neqativ hallar aradan qaldırılaydı.
Dövlət ixracı dəstəkləyib, bütün problemləri aradan qaldırır ki, sahibkarlar məhsullarını rahat şəkildə xarici bazara çıxara bilsinlər. Bu mövqe sahibkarları öz məhsullarının keyfiyyətinə daha ciddi nəzarətə stimullaşdırmalıdır. Nəzərə almaq lazımdır ki, bizim ixracda fokuslaşdığımız aqrar məhsullar bazarı yüksək rəqabətli bazardır. Hər bir ölkə çalışır ki, kənd təsərrüfatı məhsullarının idxalını azaltsın – yerli istehsalı qorumaq üçün. Bu istək isə idxal olunan məhsullara yüksək keyfiyyət tələblərinin qoyulması ilə nəticələnir.
Təəssüf ki, hələlik Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının əksəriyyəti üzrə keyfiyyət göstəricilərinin rəqabət qabliyyətli olduğunu söyləmək mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, ixrac etdiyimiz məhsullar çox tez-tez üstümüzə qayıdır – məhz keyfiyyət amilinə görə. Bütün bunlar isə artıq dəfələrlə vurğuladığımız bir məsələni – aqrar istehsalın keyfiyyət məsələsini gündəmə gətirir, aktuallaşdırır. Ümid edirəm ki, əlaqədar dövlət qurumlarının rəhbələri tezliklə bu amilin əhəmiyyətini qiymətləndirib, lazım olan addımları atacaqlar.
Hər halda, kənd icra nümayəndələrinə, bələdiyyə üzvlərinə barama saxladıb, tütün, taxıl, pambıq əkdirməklə gözlənilən nəticəni əldə etməyin mümkün olmadığını görmək üçün 2 il (ötən il və bu il) kifayət qədər uzun vaxtdır...
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 2024 15:55
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA
11 mart 2024 20:38
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09