- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
- Hermosonu öpən prezident həbs oluna bilər
Sahibkar Birinci vitse-prezidentdən və digər vəzifə sahiblərindən kömək istəyir
“QASİD” firmasının direktor müavini Ağəli İsmayılov hakimi pulla ələ alıb?
Sahibkar Aslanlı Zahid Həsən oğlu məhkəmə hakimlərinin qanunsuz hərəkətləri barədə Birinci Vitse-Prezident xanım M.Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab R.Mehdiyevə, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova, Ali Məhkəmənin sədri cənab R.Rzayevə və Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.
Müraciəti olduğu kimi dərc edirik.
“Mən "Leyla" firmasının təsisçisi və direktoru olaraq firmanın balansında olan "Dan Ulduzu" şadlıq sarayının 50 faizini İsmayılov Ağəliyə satmaqla bağlı öz aramızda razılaşdıq. Bu məqsədlə 19 sentyabr 2013-cü il tarixdə "Dan Ulduzu 2013" MMC-ni hər birimizin payı 50 faiz olmaqla təsis etdik. Ağali İsmayılov ilə razılaşdıq ki, şadlıq sarayının ümumi dəyəri 5.700.000 ABŞ dolları olmaqla, ilkin ödəniş formasında A.İsmayılov mənə 785.000 manat pul verdi. Bu məbləği öz aramızda həmin vaxtın məzənnəsi ilə 1.000.000 ABŞ dollarına bərabər tutduq. Həmin pulu mən şadlıq sarayın yenidən qurulmasına yönəltdim. 14 oktyabr 2013-cü il tarixdə notarial müqavilə əsasında özümə məxsus "Leyla" firmasının balansında olan şadlıq sarayını bu firmanın balansından çıxardıb A.İsmayılov ilə birlikdə təsis etdiyim "Dan Ulduzu 2013" MMC-nin balansına keçirdim. Şadlıq sarayını "Dan Ulduzu 2013" MMC-nin balansına keçirdikdən sonra ( MMC-nin tərkibində şadlıq sarayı) A.İsmayılov ilə birlikdə işlədərək gəlirləri aramızda böldük. Sonradan A.İsmayılov şadlıq sarayının 50 faiz payın qiyməti 2.750.000 ABŞ dollar məbləğində pulu mənə ödəməkdən imtina etdi. Bu səbəbdən mən A.İsmayılov ilə öz aramızda yazılı müqavilə qaydasında 13.05.2014-cü il tarixdə razılaşdıq ki, şadlıq sarayı 4.500.000 satılarsa A.İsmayılova 1.100.000 manat veriləcək. Bu müqavilənin mahiyyəti həm də onunla əlaqədardır ki, A.İsmayılov və mən bir daha təsdiq etdik ki, onun tərəfindən təqdim olunmuş 785.000 manat məhz şadlıq sarayın alınması üçün mənə verilmiş, mən də bu məqsədlə A.İmsayılov ilə birlikdə "Dan Ulduz 2013" MMC təsis etməklə müəssisədə paylarımızı bərabər hesab etdik. A.İsmayılov əmlakın ümumi dəyərində onun 50 faizlik payının yerdə qalan hissəsini ödəmədən şadlıq sarayın əmlakında 50 faizə sahib olmaq istəyi ilə aramızda məhkəmə çəkişmələri başlamışdır.
Sabunçu rayon məhkəməsinin 20.06.2016-cı il tarixli qətnaməsi ilə A.İsmayılovdan Şadlıq sarayın dəyəri üçün borclu qaldığı 1.750.000 ABŞ dolları məbləğində pul vəsaitin alınaraq mənə verilməsi qətt edildi.
Bundan sonra Nizami rayon məhkəməsi (hakim R.Əhmədov) 09.08.2016-cı il tarixli qətnaməsi ilə Ağalı İsmayılovun xeyrinə 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti, habelə bu vəsaitdən faydalandığım üçün 1 il üçün 7 faiz hesabı ilə 70.000 ABŞ dolları məbləğində pul vəsaitin məndən tutulması qətt edildi.
Hər iki məhkəmənin qətnamələrindən verilmiş apellyasiya şikayətlərini Bakı Apellyasiya məhkəməsinin hakim M.Məmmədov bir icraatda birləşdirməklə 03.02.2017-ci il tarixdə yeni qətnamə çıxartdı.
Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin qətnaməsi əsassız olaraq ləğv edilərək, yekun qərar olaraq A.İsmayılovun "Dan Ulduzu 2013" MMC-nin təsisçiliyindən çıxarılmasına və məndən onun xeyrinə 1.000.000 ABŞ dolları və həmin məbləğdən faydalandığıma görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 ABŞ dolları məbləğində pul vəsaitin məndən tutulması qətt edildi.
Bu qətnamədən kassasiya şikayəti vermişəm. Bakı Apellyasiya məhkəməsinin qətnaməsi konstitusiya və qanun əsasında deyil, şəxsi maraq və münasibətlər çərçivəsində çıxarılmışdır.
Cənab Sədr! Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149 və 218.3-cü maddələrin və digər normalarının tələblərinə görə iddia tələbini iddiaçı müəyyən edir. Lakin bu işdə isə hakim iddia tələbini kommersiya baxışları və şəxsi maraqları nəticəsində özü müəyyən edib. Bununla əlaqədar aşağıdakı pozuntunu diqqətinizə çatdırıram:
- iddiaçı A.İsmayılovun imzaladığı iddia ərizəsində məhkəmədən aşağıdakılar barədə qətnamə çıxarılmasını xahiş edilir: "mənim (yəni A.İsmayılovun) “Dan Ulduzu” MMC-nin təsisçiliyindən çıxarılmağıma, ümumi sahəsi 1408,2 kv.m qeyri-yaşayış sahəsinin – “Dan Ulduzu” şadlıq sarayının naturada bölünməsinə, giriş-çıxışının müəyyən edilməsinə, bu, mümkün olmadıqda isə 1.000.000 (bir milyon) ABŞ dollarının indiki məzənnəyə uyğun olaraq “Dan Ulduzu” MMC-dən tutularaq mənə ödənilməsinə dair Qətnamə çıxarılsın."
-Bakı Apellyasiya məhkəməsinin hakimi M.Məmmədov 03 fevral 2017-ci il tarixdə aşağıdakı məzmunda qətnamə çıxarmışdır:
Bakı Şəhəti Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2016-cı il tarixli qətnamə ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilsin.
İddiaçı Aslanlı Zahid Həsən oğlunun cavabdeh İsmayılov Ağəli Şirəli oğluna qarşı “pulun qaytarılması tələbi barədə” iddiası təmin edilməsin.
2(007)-2105/2016 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli qətnamədən İsmayılov Ağəli Şirəli oğlunun və Aslanlı Zahid Həsən oğlunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin.
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli qətnamə ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilsin.
İddiaçı İsmayılov Ağəli Şirəli oğlunun cavabdehlər Aslanlı Zahid Həsən oğlu və “Dan Ulduzu-2013” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması və sair tələbləri barədə” iddiası qismən təmin edilsin.
İsmayılov Ağəli Şirəli oğlu “Dan Ulduzu-2013” Məhdud Məsuliyyəti Cəmiyyətin təsisçiliyindən çıxarılsın.
Aslanlı Zahid Həsən oğlundan İsmayılov Ağəli Şirəli oğlunun xeyrinə 1.000.000 (bir milyon) ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulsun.
Qətnamənin İsmayılov Ağəli Şirəli oğlunun “Dan Ulduzu-2013” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsi eyni zamanda icra olunsun.
İddia ərizəsində iddiaçı "Dan Ulduz 2013" MMC-dən pulun tutularaq ona verilməsini məhkəmədən xahiş edib. Çünki iddiaçı bilir və bütün ərizələrində yazır ki, 785.000 manat pulu mənə Şadlıq sarayın 50 faizlik payı almaq üçün verib. Mən isə şadlıq sarayın balansında olduğu Leyla firmasının təsisçisi olaraq, ondan pulu alıb onu paya şərik etməyə razılıq vermişəm. Mən adi sıravi vətəndaş kimi deyil - müəssisənin təsisçisi sahibi olaraq A.İsmayılova əmlak payı satdığım üçün ondan pul alıb onu əmlak payına şərik etmişəm. Buna baxmayaraq hakim M.Məmmədov iddiaçının tələbindən kənara çıxaraq pulu məndən- Z.Aslanlıdan tutmağa qərar verib. Çünki şəxsi maraq hər şeydən üstündür. Ziddiyətli digər məqamlardan biri də odur ki, hakim iddia tələbindən kənara çıxıb pulu məndən tutur, lakin Ağəli İsmayılovun MMC -nin təsisçiliyindən çıxarılması ilə pulun alınmasını eyni zamanda icra olunmasını qətnamədə qeyd edib. Deməli hakim bilir ki, Ağəli İsmayılov mənə firmanın təsisçisi və sahibi kimi ona firmanın balansında olan şadlıq sarayın əmlakından pay satdığım üçün firmanın təsisçisi olaraq payçı olmaq istəyəndən pul alıb onu paya şərik etmişəm. Belə olan halda hakim qanunları deyil, şəxsi maraq əsasında qərar qəbul etməsi- kommersiya münasibəti hesab edilməlidir yoxsa hüquq münasibəti?! Hakim konstitusiya və qanun əsasında ədalətli qərar qəbul etməlidir yoxsa kommersiya maraqları güdməlidir? Hakim tələbkarın əvəzindən iddia tələbini dəyişdirib özü istədiyi qərarı çıxarırsa bu hərəkətin adı nə adlandırılmalıdır? Hakim M.Məmmədovun qəbul etdiyi qətnamə AR MM-nin 93, 95, 96, 214-216, 385, 389, 425, 427.1, 439, 441, 442, 1091 və sair normaların habelə, MPM-nin 71, 82.3, 149, 151, 152.1.1, 259.0.4, 216, 218.3 maddələrin tələbləri pozulmuşdur.
Mən müəssisənin təsisçisi olaraq öz şəxsi firmamın balansında olan xüsusi əmlaka digər tərəfi şərik etmişəm. Əmlakın mülkiyyətçisi və müəssisənin təsisçisi olaraq payı sataraq şəxsi paya sahib edib digər şəxsi müəssisənin balansındakı əmlaka payçı etmişəm. Belə olan halda məhkəmə iddiaçının tələbindən kənara çıxıb məndən pulu tutmağa qərar verirsə, bu halda hakimin qanunu pozmaqda məqsədi nədir?
Nəzərə alınmalıdır ki, mənim digər tərəflə münasibətlərim kommersiya münasibətləri zəminində olmaqla müəssisənin təsisçisi sahibi və direktoru olaraq həmin müəssisədəki əmlak payımın bir hissəsini digər tərəfə satdığım halda, həmin əmlak hal-hazırda yerində müvcud olduğu halda hakim hansı qanuna görə pulu müəssisədən, yaxud müəssisənin balansındakı əmlakdan deyil məndən tutmağa qərar verir. Özü də iddiaçı iddia ərizəsi əsasında məndən yox müəssisədən pulu tələb edib. Deməli ya iddiaçı hakimdən daha çox ədalətli, insaflı və qanunu hakimdən yaxşı bilir, yaxud hakim qanunları saya almır! Qanunsuz qətnamənin Ali məhkəmə tərəfindən ləğv edilməsinə və qanunsuz qərar qəbul etmiş hakimlər barəsində tədbirlər görülməsini Sizlərdən xahiş edirəm. Hörmətlə, Zahid Aslanlı”.
Qeyd: Məlumat üçün bildirək ki, Ağəli İsmayılov Milli Məclisin üzvü, “QASİD” mətbuat yayım şirkətinin direktoru Mirkazım Kazımovun müavinidir.
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59