Nazir müavinləri ixtisara düşür – SİYAHI
İslamiada yekunlaşdıqdan sonra hökumətdə neçə vaxtdır gözlənilən ixtisarların başlanacağı barədə ötən saylarımızın birində xəbər vermişdik. Hökumətə yaxın mənbə iddia etmişdi ki, hakimiyyət böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır.
Bu istiqamətdə redaksiyamıza vaxtaşırı məlumatlar daxil olmaqdadır. Qeyd olunur ki, dəyişiklik Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.
Xəbərlərdə bildirilir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib. “Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür” deyə, xəbəri verən mənbə deyib.
Bildirilir ki, nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə bir müavin (istisna hallar mümkündür) üçün ştat saxlanılacaq. Çünki elə nazirliklər və komitələr var ki, orada 3, hətta 4 müavin ştatı var ki, onlar mütləq ixtisar olunmalıdır. Komitələrdə isə bir müavin olacaq. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.
Nazir müavinlərinin müvafiq işlə təmin edilməsi də gözlənilir ki, bu, pensiya yaşına çatanlara aid edilməyəcək. “Atlanmalar” (kadrların yerdəyişmələri və yerləşdirilmələri) haqda dəqiq bilgi yoxdur, amma ehtimal etmək olar ki, xüsusilə iqtisadi sahədə işləyənlərin yeni və ya birləşdirilən qurumlarda yerləşdirilməsində problem olmayacaq. Amma spesifik nazirliklərin birləşdirilməsində həm ciddi ixtisarların, həm də rəhbər vəzifəlilərin (Ziya Məmmədov və bir müavinin nümunəsini yada salmaq kifayətdir) işsiz qalması qaçılmaz olacaq. Bu, çox ciddi bir islahatlar paketidir və narazıların olması təbiidir. Eynilə Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir. Nazirlər Kabinetinə ciddi “əl gəzdiriləcək”. Ən böyük “şişmə”nin də məhz Nazirlər Kabinetində olduğu söylənilir.
İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir. Bundan başqa, “büdcəyə oturmuş” xeyli ştatlar var ki, onların səlahiyyətləri ya icra aparatında, ya da müvafiq nazirlik və ya komitələr arasında bölüşdürülməlidir. İcra başçıları postunun ümumiyyətlə ləğvi ilə bağlı xəbərlər də çoxdandır ağızdan-ağıza dolaşır. Mənbəmiz deyib ki, amma bu, indilikdə baş verməyəcək. Çünki belə olarsa, icra aparatında illərdir formalaşmış nəzarət mexanizmi sıradan çıxmış olar. Bu məsələ gələcəkdə Azərbaycanın ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılmasında planlaşdırıla bilər.
Dünyanın bir sıra ölkələrində qubernator sistemi özünü doğruldub ki, Azərbaycanda bunun tətbiqi Qarabağ probleminə görə ləngiyir. Çoxdan danışılır ki, ölkədə 7-10 arası vilayətin yaradılması planı var.
Bugünlərdə hökumətin iqtisadi planlarından xəbərdar olan deputat Vahid Əhmədov da 10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olmasını, idarəetmə aparatının həddən artıq şişirdilməsini demişdi. Deputat demişdi ki, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub. “Görünür, tezliklə sistem dəyişiklikləri olacaq.
Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur” deyə, deputat əlavə etmişdi.
Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.
“Yeni Müsavat”
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31