Bələdiyyə sədrini məsciddə qadınla tutdular- Masallıda hiddət doğuran hadisə
Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib.
NUH.az-ın məlumatına görə, kənd sakinləri “Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar.
Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub: "O, həmin qadınla birgə Allahın evində pivə içib əylənib".
Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar: "Hadisəyə isə iki nəfər şahid olub. Bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub.
R. Ağayevin cəzalandırılması üçün tərəfimizdən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də müraciət edilib. Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt sübuta yetirilib. R. Ağayev də kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. O, əvvəllər də bu cür hərəkətlərə yol verib. Məhərrəmlik ayında gəlib deyirdi ki, məscidə gələnlərdən 3 manat pul alın. Bir məsələni də vurğulayaq ki, sədr Öncəqala kəndində yaşasa da, öz əxlaqsız hərəkətlərini bizim kəndin məscidində edib. Bu cür əməllərindən artıq bezmişik.
Bütün bunlara baxmayaraq bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib. Əgər o cəzalandırılmazsa, həmin mənəviyyata sahib olan adamlara da bu hadisə pis örnək olacaq. Kiçik bir kənddə baş vermiş bu xoşagəlməz hadisə Azərbaycanın digər rayonlarına, kəndlərinə də sirayət edə bilər".
Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər edilir:
"Hadisəyə şahid olan iki gəncimizi polis şöbəsinə apararaq işgəncə veriblər. Bizdən məsələni qabartmamağı, bu işdən əl çəkməyimizi tələb edirlər. Əks halda, daha böyük işgəncələr edəcəklərini bildirirlər. Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada əxlaqsız hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik? Uşaqları aparıb yenə döymək istəyirlər".
Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib.
Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib. Müraciəti imzalayan şəxslərin siyahısı da redaksiyamıza göndərilib.
“Qafqazinfo” bələdiyyə sədri Rafiq Ağayevlə əlaqə saxlamağa çalışsa da, telefonlarına zəng çatmayıb. Hadisə ilə bağlı onun da fikrini işıqlandırmağa hazırıq.
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06