Kosmosu fəth edən ilk qadın: Xuruşovun təbliğat məqəsədli evililik planı (DOSYE)
Yaxın günlərdə NASA çoxsaylı müraciətlər arasından seçilmiş yeni astronavtlarını elan etdi. 5-i qadının yer aldığı heyət 12 nəfərdən ibarətdir. Həmin şəxslər avqust ayından başlayaraq 2 illik təlim keçəcəklər. Daha sonra isə namizədlər müxtəlif kosmik missiyalarda çalışa biləcəklər.
Bu sahədə kişilərin dominantlıq etdiyini nəzərə alarsaq, 5 qadının heyətdə olması xüsusilə diqqəti cəlb edir.
İlk dəfə kosmosa yollanan insanın kimliyini hər kəs bilir. Bəs ilk qadının necə? Təbii ki, çoxları bilmir. Elə isə həmin qadını tanıyaq və onun kosmik səyahətinə nəzər salaq.
Soyuq müharibə dövründə SSRİ və ABŞ arasında davam edən “kosmos yarışı” hə kəsə məlumdur. 1961-ci ildə Yuri Qaqarinin kosmosa çıxması ilə ilkə imza atan SSRİ ilk qadın kosmonavt Valentina Tereşkovanı 1963-cü ildə kosmosa göndərməyə nail olub.
Bu ideanın müəllifi isə Sovet Kosmos Proqramının rəhbəri baş mühəndis Sergey Korolyov olub.
Valentina Vladimirovna Tereşkova 1937-ci ildə kasıb kəndli ailəsində doğulub. Atası traktor sürücüsü, anası isə pambıq sahəsində işçi olan Tereşkova məktəbi 16 yaşında tərk etməli olur və ailəsinə dəstək olmaq üçün tekstil fabrikində işləməyə başlayır. Lakin o, təhsildən tamamilə uzaqlaşmır, distant təhsil almağa başlayır. Tereşkova daha sonra mühəndislik ixtisası üzrə təhsil alır. Qaqarinin kosmosa çıxmasından ilhamlanan Tereşkova Sovet Kosmos Proqramına könüllü qoşulur. Pilot təcrübəsi olmasa da, paraşütçülüklə məşğul olması onun proqrama qatılmasına səbəb olur.
1962-ci ildə isə kosmosa göndərmək məqsədilə seçilmiş beş qadından biri də 26 yaşlı Tereşkova olur. 18 aylıq təlim proqramından sonra isə Tereşkova Sovet lidri Nikita Xuruşov tərəfindən uyğun namizəd seçilir. Xuruşovun onu seçməsinə səbəb kimi isə Tereşkovanın siyasi fəaliyyəti və kommunist partiyasına qoşulması göstərilir.
Nəhayət, 1963-cü ildə Tereşkova sonuncu “Vostok” serialı “Vostok 6” kosmik gəmisi ilə yola düşür. Həmin müddətdə daha bir kosmonavt Bukovski “Vostok 5” gəmisi ilə səhayət edirdi. Hər iki kosmonavtın orbitləri fəqli olsa da, onların fəzanın bir hissəsində təxminən 4 km-ə qədər yaxınlaşdığı bildirilir.
Tereşkova 3 gün ərzində yer kürəsi ətrafında 48 dəfə dövr edir. Bu isə həmin dövrdə amerikalı kosmonavtların ümumi səyahət müddətindən çox idi. O, kosmosa qalxdığı zaman “Horizonu görürəm. Açıq mavi, necə də gözəldir. Bu yer kürəsidir. Hər şey yaxşıdır” deyə radio ötürücüdən bildirib.
Tarixə yazılacaq bu ilk, faciəvi sonluqla da bitə bilərdi. Belə ki, gəmi əllə deyil, avtomatik olaraq idarə edilirdi. Lakin avtomatik idaretmə sistemində yaranan problem gəmini yerdən daha çox uzaqlaşdırır. Daha sonra yeni alqoritmlər yüklənir və üzündən zədə alan Tereşkova yerə enməyə nail olur.
Enişdən sonra aparılan testlər zamanı məlum olur ki, Tereşkova kişi kosmonavtlarla eyni dərəcədə fiziki və psixoloji təzyizlərə dözümlülük göstərib. Hətta gravitasiya qüvvəsində qadınların daha dözümlü olduğu müəyyənləşib.
O, bu naliyyətinə görə “Lenin Ordeni”nə və “Sovet Qəhrəmanlıq Medalı"na layiq görülüb. Həmçinin Aydakı kraterlərdən birinə onun adı verilib. Uçuşdan sonra Tereşkova siyasi fəaliyyəti ilə birlikdə doktorluq dərəcəsi alaraq Kosmos Proqramında aerokosmik mühəndis olaraq işləməyə başlayır. 1963-cü ilin noyabrında isə kosmonavt Adrian Nikolayev ilə evlənir. Bu evliliyin siyasi təzyiqlə baş tutduğu bildirilir. Belə ki, Xurruşov iki subay kosmonavta siyasi təbliğat məqsədilə evlənməsi üçün təzyiq edir. Elə toy mərasiminlərində də Xuruşov özü iştirak edir.
Cütlüyün Yelena adlı qızı dünyaya gəlir və elmi araşdırmaların obyektinə çevrilir. Çünki, o, hər iki valideyni kosmik səyahət edən ilk uşaq idi.
1980-ci ildə evliyi başa çatan Tereşkova iki il sonra cərrah Yuliy Şapoşnikov ilə ailə həyatı qurur. O, 2013-cü ildən Rusiya Parlamentinin üzvü və Xarici İşlər üzrə komitənin sədr müavini vəzifəsində çalışır.
1970-ci ildə qadınlar və elm haqqında düşüncələrini Amerikanın “Elmin cəmiyyətə təsiri” adlı jurnalında dərc olunan “Kosmosda qadın” adlı məqaləsində yazan Tereşkova deyir: “Qadının qadın qalmalı olduğuna, qadına məxsus heç nəyin ona yad olmamalı olduğuna inanıram. Eyni zamanda elmdə, mədəniyyət sahəsində, həmçinin hər hansı şiddət və ya tələbkarlıq tələb edən sahədə qadının gördüyü heç bir işin onun möhtəşəm missiyası olan sevmək, sevilmək və analıq xoşbətliyi ilə tərs müntənasib olmadığına əminəm. Əksinə, qadın həyatı hər iki yönü bir-biri ilə mükəmməl şəkildə tamamlaya bilər".
Qaynarinfo.Az
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15