Ağdaş meşəsində cinayətlər
Siyasət19 iyun 2017 15:30
Ağdaş Rayon Ağzıbir meşəbəyliyinin 2A saylı dolayısının meşə gözətçisi Əsgərov Məmmədbağır Zülfü oğlu 24.03.2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırova müraciət edib.
O, həmin müraciətin surətini bizə göndərməklə yanaşı, indiyədək heç bir tədbir görülməməsindən də şikayətlənir. Müraciətdə deyilir:
“Mən 2013-cü ildən gözətçi işləyirəm, daim təyziqlərə məruz qalmışam. Belə ki, Ağdaş Meşə İdarəsinin keçmiş rəisi Cahid Dadaşov və sahə müdirim Fərrux Abdürrəhmanov təcrübəsizliyimdən istifadə edərək məni aldatmişlar. Onlar qanunsuz olaraq ağacları kəsəndə mən qarşılarını almağa çalışmışam, lakin bu məsələ sənlik deyil, get işinlə məşğul ol, deyərək üzərimə yeriyib, hər şeyə burnunu soxma, deməklə məni hədələyiblər. Dörd körpə uşağım olduğu üçün və ailə vəziyyətimin ağırlığına görə qalıb işləməyə məcbur olmuşam. Nəyahət, bir talançılıq faktına göz yuma bilmədim.
Belə ki, Ağzıbir kəndində bəndin Kür çayı tərəfi olan hissəsində Ədilov Nurlan Musa oğlu adlı bir şəxs geniş bir ərazini zəbt edərək, onun hər yanından xəndək qazdıraraq şəxsi mülkiyyətinə çevirmişdi. Girişinə dəmir darvaza qoyaraq qifil vurmuş, içində vaqon yerləşdirmiş və axmazı ortadan kəsərək özü üçün baliq gölü yaratmişdı. Üstəlik “SMP” adlana su nasosu da qoymuşdu. Mən işə girəndə mənə dedilər ki, Nurlan həmin ərazini qanunsuz şəkildə mənimsəyib. Məni heç vaxt o əraziyiə buraxmırdılar. Ötən qışda xəbər tutdum ki, Nurlan Fərruxla əlbir olaraq həmin ərazidən xeyli qarağac, gər, qovaq agaclarını qırıb xəlvəti satışa çıxarıb.
Mən bu barədə idarə rəisi Cahid Dadaşovun özünə şifahi və yazılı məlumat vermişəm. Sonda o, cavabında “bu məsələ sənlik deyil” deyərək məni otağından qovdu. Bu hal dəfələrlə təkrar olunub. İş elə gətirdi ki, C. Dadaşov bu yaxınlarda Göygöl meşəsinə rəis göndərildi. Bundan sonra mən Nurlana ağacları bir də qirmamaq barədə xəbərdarlıq etdim və dedim ki, daha arxanda Cahid Dadaşov yoxdur. Onsuz da qırıb satdığın ağacların cavabını gec-tez verəcəksən!
Nurlan mənim bu xəbərdarlığımdan sonra məndən narazı olan Baxış adlı bir nəfərlə birləşərək nazirliyin Qaynar xəttinə zəng edib zəbt etdiyi 150 hektara yaxın meşə ərazisində ağacların guya mənim tərəfimdən qırılması ilə bağlı şikayət edib. Şikayət əsasında yoxlamaya gələn Mustafa və Rəşad adlı nazirlik əməkdaşları Nurlanın kəsdiyi, Fərrux və Cahidin xəbəri olduğu ağacları mənim boynuma qoydu. Halbuki, mən bu vaxtadək həmin 150 ha əraziyə girə bilməmişəm. Çünki yuxarıda qeyd etdiyim kimi, həmin ərazi hər tərəfdən bağlanıb, dəmir darvazası isə qıfıllanmışdı. “Komissiya” bunu gördüyü və bildiyi halda məni 181 manat cərimə etdi. Mən etiraz etdikdə, dedilər ki, narahat olma, hər şey yaxşı olacaq! Tapşırdılar ki, bu qırıntıda Cahidin adını çəkməyim və izahatımda ona toxunmayım, biz hər şeyə düzəliş edəcəyik!
Əlacsız qalıb, sənədləri imzaladım. Səhəri günü məni idarəyə çağırdılar və cəriməni ödəməyi tələb etdilər. Mən ağacları qırmadığımı bildirsəm də, xeyri olmadı. Aldandığımı başa düşdüm və pulu ödəyəsi oldum.
Cənab Nazir! Nurlan təkcə qeyd etdiyim ərazinin ağaclarını qırmayıb, o, digər sahələrdə də yüzlərlə yaşıl, iri ağacları məhv edib. Həm də yuxarıda adını çəkdiyim şəxslərlə əlbir olaraq. Odurki, mən Komissiya təşkil edilib, Nurlana bağlı ərazinin yenidən yoxlanmasını və həmin ərazinin ətraflarının açılaraq meşə gözətçisinin- yəni idarəmizin nəzarətinə verilməsini Sizdən xahiş edirəm. Cənab nazir, Sizə ünvanladığım əvvəlki məktublarda Nurlanın talan etdiyi meşənin şəkillərini aşağıdakı izahlarla Sizə göndəmişəm:
1.Gələn Komissiyanın sədri, yoldaş Mustafa ağacları yoxlayır, Nurlan oğurlayıb, kəsdiyi-satdığı ağaca çəkic vurur.
2.Nurlanın həmin meşə ərazisində istirahət yeri.
3. Nurlanın balıq gölü və su motoru.
4. Nurlanın həmin meşə ərazisində yerləşdirdiyi vaqon ev.
5. Həmin ərazinin qapısına qoyulmuş dəmir darvaza və qara qıfıl.
6. Yüzlərlə kəsilmiş və satılmış ağaclardan bəzi nümunələr”.
Məmmədbağır Əsgərov daha sonra bildiri ki, onun Ekoloğiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırova göndərdiyi müraciətdən sonra ona xəbərdarlıq edilib. Deyilib ki, yerində sakit oturmasa, işdən azad olunacaq!
Bütün bunlara baxmayaraq, M.Əsgərov öz tələblərindən əl çəkməmiş, şikayətlərinə davam etmişdir. Belə olan halda nazirlik iki aydan sonra öz nümayəndəsi Rəşadı Ağdaşa araşdırmaya göndərmişdir. Təəssüf ki, o da öz yoldaşlarının yolu ilə gedərək zəbt olunmuş ərazini görməmiş, Nurlanın müdiriyyətlə əlbir olub törətdiyi cinayətləri ört-basdır etmişdir. Sonda şikayətçinin səsini kəsməyi qərara almışlar. Bu məqsədlə onu işdən azad etmişlər.
Ədalət Ekologiya Nazirliyində belə qorunur, əfəndilər!
mediatv.az
mediatv.az
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya