RƏCƏB KAZIM OĞLU KAZIMOV – 100
Babam Kazım ağa Məşədi Həsən oğlu 1870-ci ildə Azərbaycanın qədim diyarlarından biri olan, Xəzər dənizinin qərb sahilində Lənkəran çayının dənizə qovuşduğu yerdə yerləşən Lənkəran şəhərində anadan olmuşdur.
Görkəmli dövlət xadimi Şah İsmayıl Xətai Səfəvi dövlətini yaradarkən Lənkəran da bu dövlətin ərazisinə daxil idi. Səfəvilərlə Lənkərana daxil olan ordunun bir qismi burada yerləşdirilmiş və sonradan Lənkəranda məskunlaşmışdı.
Artıq XIX əsrin sonlarında Lənkəran inkişaf edərək sənətkarlar şəhərinə çevrilmişdi. 01 yanvar 1885-ci il tarixdə Lənkəran şəhərinin əhalisi 5600 nəfərə çatırdı. İnkişafı nəzərə alaraq şəhərin bələdiyyə idarəsi (Duması) yaradılır. Şəhər dörd hissədən ibarət idi.
Babamın ailəsi XIX əsrin ortalarında Ərdəbildən köç edərək dəniz sahili boyu yerləşən kiçik bazarda məskunlaşmışdı.
1906-cı ildə burada kiçik bazar məscidi inşa olunur.
Kazım ağa öz ailəsi ilə məscidin yaxınlığında, sovetlər dövründə Əli Bayramovun adı ilə adlandırılan küçədəki 55 saylı ünvanda yaşamışdır.
XX əsrin əvvəllərində Lənkəran sənətkarlıq şəhərinə çevrilir, burada ticarət, sənaye və nəqliyyat sahələri inkişaf edir.İpəkçilik, xalçaçılıq, dulusçuluq, balıqçılıq, dəmirçilik və s. sahələri əhatə edən kiçik müəssisələr yaradılır.
Kazım ağa Məşədi Həsən oğlu əvvəllər xalça-palaz ticarəti ilə məşğul olur, tez-tez İrana mal aparıb satdırır, sonradan daşınma sahəsində fəaliyyətini davam etdirir. Əvvəllər at, araba, sonradan gəmi ilə sərnişin və yükdaşıma işi ilə məşğul olmuşdur.
Babam ailə qurur. Onun həyat yoldaşı Qurbanova Cavahir Qurbanəli qızı 1881-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Onların 1915-ci ildə Mədinə adlı qızı, 1917-ci ildə Rəcəb, 1923-cü ildə İbrahim, 1930-cu ildə Qulu adlı oğulları dünyaya gəlir.
1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra babamın iş fəaliyyəti çətinləşir, hakimiyyətin tələblərinə uyğun fəaliyyətlə məşğul ola bilmir.
İnqilabdan sonra babam Kazım ağa 1920-ci ildə Bakıya köçür və Azneft İstehsalat Birliyində işləyir.
Babam Kazım ağa 1931-ci ildə vəfat etmişdir.
Atam Kazımov Rəcəb Kazım oğlu öz soyadını atası Kazım ağanın adından götürmüşdür.
Kazım ağa və Cavahir xanım ona hicri qəməri təqvimi ilə 7-ci müqəddəs hesab olunan ayın şərəfinə Rəcəb adı vermişlər.
O, 27 iyun 1917-ci ildə Lənkəran şəhərində anadan olmuş, 1920-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Kiçik Rəcəb 1930-cu ildə 27 saylı komsomol məktəbini bitirərək, 13 yaşında «Qırmızı Oktyabr» adlı mebel fabrikində əmək fəaliyyətinə başlayır. O, 8 il əmək fəaliyyəti nəticəsində mebel ustası kimi formalaşır, sex rəisi vəzifəsinə təyin olunur.
R.Kazımov 1938-ci ildə hərbi xidmətə çağrılır, SSRİ-nin şimal bölgəsində 123-cü aviasiya bazasında hərbi xidmətdə olmuşdur. Sonradan Leninqrad Hərbi dairəsinə göndərilmişdir.
1941-ci ildə II Dünya müharibəsinin başlanması ilə hərbi xidmətini davam etdirir və müharibədə aktiv iştirak edir, Leninqradda blokada şəraitində şəhəri alman faşistlərindən müdafiəsində qəhrəmancasına iştirak edib. O, 14 avqust 1943-cü ildə Leninqradın müdafiəsində göstərdiyi qəhrəmanlığa görə ordenlə təltif olunmuşdur. Müharibə illərində kommunist partiyasına qəbul olunur. R.Kazımov Varşava və Berlin şəhərlərinin azad olunmasında göstərdiyi şücaətə görə bir çox medallarla təltif olunur. 1945-ci ildə Berlinin alınması medalı ilə təltif olunmuş və G.Jukovun şəxsi minnətdarlıq məktubunu almışdır.
Atam müharibədən sonra 1946-c ildən Metaltəmir sənaye artelində əmək fəaliyyətini davam etdirir. Sonralar «Metalkombinat» zavodunun filialına rəis təyin olunur, təşkilatın qabaqcıl əmək qəhrəmanına çevrilir və müəssisənin partiya təşkilatına sədr müavini seçilir.
Atam Rəcəb Kazımov bir neçə dəfə Bakı Sovetinin deputatı seçilmişdir.
Rəhbərlik etdiyi filialın rəisi kimi «Metalkultbıt» kombinatının dəfələrlə keçici Qırmızı Bayraqla təltif olunmasında böyük rolu olmuşdur.
Əmək qabaqcılı və əmək qəhrəmanı kimi 1974-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə «Qırmızı əmək bayrağı» ordeni ilə təltif olunmuşdur.
Rəcəb Kazımov 1946-cı ildə Fatimə xanımla ailə qurur.
Anam – Şabanova Fatimə Zərbəli qızı 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Onu da müqəddəs şəxsin şərəfinə Fatimə adlandırmışdılar, lakin o tez-tez xəstələndiyi üçün valideylərinə məsləhət olunur ki, onu Bibiheybət məscidində dəfn olunan müqəddəs şəxsin digər adı olan Hökümə xanımın adı ilə çağırsınlar.
Məlumat üçün bildirirəm ki, İmam Əli və Fatimənin nəslindən olan xanımı Bibiheybət adlandırırdılar, onun əsl adı Fatimə, digər adı isə Hökümə xanım olmuşdur. Ailəmizdə 1953-cü ildə Sevil, 1954-cü ildə Aydın, 1956-cı ildə Azad və 1958-ci ildə Cəvahir adlı uşaqlar dünyaya gəlmişdir.
Onların övladlarının hamısı ali təhsilli mütəxəssis kimi müxtəlif dövlət təşkilatlarında çalışırlar.
Anam Fatimə xanım (Hökümə) 2002-ci ildə, atam Rəcəb bəy isə 2004-cü ildə vəfat etmişdir. Anamın vəsiyyətinə görə valideynlərim Buzovnada dəfn olunmuşlar.
Aydın Kazımov
Qafqazxeber.az
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- İmamoğlu utanmadan bunu deyir - Ərdoğan
24 mart 2024 22:09
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09