Ermənilərin yuxusunu kabusa çevirən qəhrəman: O, Murovdadır!
Bu gün əfsanəvi kəşfiyyatçı olan "Murov qartalı", aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.
"Qaynarinfo" xəbər verir ki, o, 1972-ci il iyulun 12-də Ağdamın Cinli kəndində anadan olub. Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib.
Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Orucov olub.
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" polkovnik-leytenant Raquf Orucov həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, polkovnik-leytenant R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Murovda xidmət etmiş zabitlərimizdən biri olan Hüseyn Cəbrayıloğlu qəhrəmanlığının şahidi olduğu Raquf Orucovu belə xatırlayır:
“1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da bilirsən də, buralardan əskik olmur. Əsgərlər qatı dumanda azırlar və yalnış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar. Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir? Siz burada durun. Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır. Ermənilər öz ayağı ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar. Bizim hərbi hissənin o vaxtı komandiri Milli Qəhrəman filankəs idi. Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü. 6 əsgərin əsir düşməsi onun imicini də zədəliyirdi. Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi tapşırığı verilir. Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayıır. İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi. Raquf da onda cavan zabit, taqım komandiri idi. Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı. Altı əsgərin əsir düşməsi yanılmıramsa yuxarılara məruzə olunmamışdı. Gözləyirdilər ki, bəlkə danışıqlar yolu ilə nəsə edə bildik. Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi. Bom-boş, əlləri yanında və dilxor. Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq az qala mümkünsüz idi. Bütün yüksəkliklər, keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Hərbi hissə komandiri üç qrupdan ikisi əliboş gəlincə, qərargah önündə tapançasını göyə qaldırıb qışqırmışdı: “Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrup da gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm”. Bununla o, əsir gətirilməsinə inanmadığını etiraf etmişdi.
Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi. Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir. (Bu yerə mütləq diqqət edin ki, yazının davamında lazım olacaq)
Təmas xəttində əsgəri saxlayır və ona deyir ki, “sən burda qal, bizimlə gəlmə. Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt!” Raquf və zabit yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər. Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına istədikləri “Dil” çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki, bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir. İzah edir ki, "Bircə uşaq sağ qalsın. Ona ziyan verməyin. Çünki, korpus komandirinin (Bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib. Raqufun sevincdən gözləri gülür. Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi. İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi.
Əsgəri qoyduqları yerdə tapmırlar. Çünki əsgər əmr üzrə gözləyib, geri dönmüşdü. Həə, bax, belə. Hərbi hissə də bayram idi. Ermənilər yalvar-yaxara düşmüşdü. Əsir düşən 6 əsgərdən birini, sumqayıtlını ermənilər həmin gün elə Şuşaya göndərdiyindən geri verə bilməsələr də, qalan 5 əsgər həmin uşaq və erməni ilə dəyişdirildi. Raquf elə də böyük mükafata layiq görülmədi. Bir neçə ay sonra hərbi rütbəsi qaldırıldı, vəssallam".
Raquf haqqında sonralar eşidirdim ki, onunla kəşfiyyatda olan zabit yoldaşı tez zamanda yuxarı vəzifələrə daşınsa da, o, səsini çıxarmayaraq susub. Amma yenə də əsas xalq qəhrəmanı olmaq idi. Onunla hamı fəxr edirdi və bu ifadə heç də “ölənin dalıyca hamı yaxşı danışır” təsiri deyil.
Murovdağın bir qəhrəmanı vardı - Raquf Orucov! Onda o, hələ kapitan idi, ermənilərin ağzının içərisinə qədər gedib çəkdiyi toplantı videosunu mərhum prezident Heydər Əliyev izləməmişdi, hələ kəşfiyyatdan qızıldan qiymətli məlumatları gətirməmişdi. Amma böyük bir hərbi hissənin, Gəncədə, Bakıda hərbi hissə komandirlərinin zabitləri, əsgərləri qorxutduqları yerin - Murovdağının qəhrəmanı idi. Mən onu hər görəndə görüşüb kənara çəkilər və kənardan Orucovu izləməyi sevərdim. Çünki, o qədər müsbət enerjisi, pozitiv görkəmi vardı ki, onu kənardan izləmək daha təsirli idi. Bununla belə onda ifrat dərəcədə sadəlik vardı. O qədər sadə ki, bunu izah etməyə söz acizdir. Bir tərəfdən danışırdılar ki, Raquf yenicə kəşfiyyatdan gəlib, az qala düşmən tərəfinin bütün starteji hərbi məlumatlarını öyrənib, digər tərəfdən gözünlə gördüyün insana baxırdın, təəccüblənirdin. Nədir bu sadəlik, susqunluq? İnanın, bəzən düşünürdük ki, bizi bütöv bir hərbi hissə, minlərlə əsgər, zabit, top-tüfəng yox, məhz Raquf qoruyur. Bunu ermənilər də bilirdi. Raquf Murovdadır!"
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Başa düşüb ki, bu iqtidarın, hökumətin əleyhinə nahaq çıxıb
13 mart 2024 10:47
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Erməni terrorçular 31 türk diplomatını ÖLDÜRÜBLƏR
11 mart 2024 18:20
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…
10 mart 2024 15:56
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06