Onlara 1 milyard pul verib... - Zeynalov təsdiqlədi
Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan proses qapalı keçirilib.
İclasda Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov şahid qismində ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.
Vidadi Zeynalov da istintaqa verdiyi ifadəsində deyib ki, nazir Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktoru Beytulla Hüseynova verdiyi göstəriş əsasında 2009-cu ildə hər ay 200.000 manat, həmin birliyin strukturuna internet xidmətləri də verildikdən sonra isə 2012-ci ildə 300.000 manat, bəzi hallarda isə, yəni həmin ilin yanvar-fevral aylarında abonentlər aylıq abunə haqqını ilkin olaraq bir dəfəyə ödəyən hallarda 500.000-600.000 manat, son üç ildən etibarən isə hər ayda stabil olaraq 400.000 manat pul vəsaitini ayın sonları, növbəti ayın əvvəllərində BTRİB-in baş mühasibi Anar Mustafayev vasitəsilə ona verib:
“Bundan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumlarından da hər ayda həmin nazirliyə külli miqdarda pul verilib, bütün pullar nazirin göstərişi ilə məndə toplanıb və nazirin göstərişi ilə də müəyyən olunan qaydada mənim tərəfimdən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevə 50.000 ABŞ dolları, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin rəisi Sübahir Qurbanova isə sürücüləri vasitəsilə 100.000 ABŞ dolları pul verilib. Sübahir Qurbanovun sürücüsünün adı Ramin olub, Teymur Quliyevin sürücüsünün adı isə yadımda qalmayıb”.
Vidadi Zeynalovun ifadəsinə görə, qeyd olunan pul vəsaitləri Teymur Quliyevə son bir il yarım ərzində, Sübahir Qurbanova isə 2011-ci ildən etibarən verilib: “Ümumilikdə isə Sübahir Qurbanova 4.000.000 ABŞ dolları, Teymur Quliyevə isə 900.000 ABŞ dolları pul göndərmişəm. Həmin qayda MTN və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri tərəfindən müəyyən olunub”
NUH.az
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37