- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
“Hamı gözəlliyindən danışırdı...” - Susananın intihar etdiyi evdən reportaj
“Susana intihar edən gün hər kəs onun gözəlliyindən danışırdı. Hamı bir-birinə bu sualı verirdi, “necə ola bilər ki, bu gözəllikdə qadın intihar etsin”? Axı bu yaşda, bu gözəllikdə, iki azyaşlı körpəsi olan insanı həyatda yaşamaq eşqindən nələr məhrum edə bilərdi?”
Söhbət mayın 15-də Bakının mərkəzində, Torqovıda yaşadığı evin eyvanına çıxaraq özünü atan 31 yaşlı Susana Şərifovadan gedir. S. Şərifovanı ölüm həddinə çatdırılmasında əri Əbülfəz Baxşiyevin günahı olduğu vurğulanır. Onun tez-tez döyülərək işgəncəyə məruz qaldığı və bu səbəbdən də həyatına son qoyduğu bildirilir.
Elə bu səbəbdən Əbülfəz Baxşıyev hazırda həbsdədir.
“Qafqazinfo” olaraq məsələnin yenidən gündəmə gətirilməsinin səbəbi Susananın qayınanası, şair Simuzər Nüsrətbəylinin bizimlə əlaqə saxlayıb intihar etmiş gəlininin anası Olqa Şərifovanın haqqında səsləndirdiyi ittihamlara cavab verməsi istəyi oldu.
Beləliklə, biz də hadisənin iki ay tamamında intihar baş verən evə getdik. Müsahibə zamanı ittihamlara cavab aldıq, Susanadan yadigar qalan qızları Nərgiz və Nəzrinlə tanış olduq. Hələ 8 aylığında olan, anasının ölümündən, atasının həbs olunmasından xəbərsiz olan balaca Nəzrinin həyata gülər üzlə baxmasının şahidi olduq. 6 yaşlı Nərgiz isə bütün olanların şahididir. Bu yaşda bir qızın məktəb həyatına belə acı olaylara şahid olaraq başlaması isə insanın ürəyini dağlayır. Gələcəkdə şahid olduğu bu acıları onun yaddaşından silməksə, yəqin ki, çox çətin olacaq.
- Simuzər xanım, oğlunuzun istintaqı ilə bağlı məsələ nə yerdədir?
- Elə bu gün mən Nəsimi rayon Prokurorluğunda olmuşam. Prokurorla görüşdə də dedim ki, mənim oğlumun günahı yoxdur. O qız sürüşərək balkondan yıxılıb düşüb. 10 dəqiqə ərzində balkonun çöl hissəsində dayanıb. Onun özünü öldürmək cəhdi də olmayıb. Kimisə qorxutmaq istəyirdi. Heç bir ağıllı ana öz iki körpəsini düşünüb həmin hərəkəti etməzdi. O ordan sürüşdümü, başı gicəlləndimi, bilmədim nə oldu. Onun yıxılmağını uşaq da gördü. Əvvəl oğlum evdə yox idi. Sonra o da səsə gəldi. Çünki səsə hər kəs yığışmışdı. Qışqırırdı, yaxın getməyə qorxurduq.
Ağlımıza gəlməyən bir iş oldu. Çox rəfiqələrim mənə deyirdi ki, onu psixoloqa göstər. Düşünürdüm ki, cavandır, cavanlıqda şıltaqlıq olur. Beləliklə, onu bağışlayırdım.
- Uzun müddət ailədə ona işgəncələr verildiyi, körpələrin gözü qabağında döyüldüyü qeyd olunur...
- Bəli, yazırlar ki, 2009-cu ildən ona işgəncələr verilib, mütəmadi olaraq döyülüb. Maddi asılılıq olub. O 2009- cu ildən ailəmizə gəlin gəlib. 2010- cu ildə mən onları Türkiyəyə bal ayına göndərmişəm. Sonra İsveçdə, Stokholm şəhərində 1 il yaşayıblar. Oradan 7 aylıq hamilə Bakıya gəlib. Nərgiz dünyaya gəlib. Sonra 5-6 aydan sonra mənim oğlumu iki il tərk edib gedib. Anası gəlib onu uşaqla evdən bizdən xəbərsiz aparıb. Niyə ana qızın ailəsinə müdaxilələr etməlidir? Necə ki indi yalan müdaxilələr edirlər. Onların müdaxiləsi qızının ailəsini normal hala salmasına imkan vermədi.

- Hadisə baş verən gün hamı belə bir xanımın necə intihar edə bilməsindən danışırdı. İki gözəl övladını olan gənc xanımı həyatına son qoymağa hansı səbəblər vadar edə bilərdi? Yəni heç nə olmadan bir qadının intihar etməsi mümkündürmü? Bu ailədə əslində nə baş verirdi?
- İnsan əgər özünü intihar etmə cəhdinə gedirsə, burada ancaq beyin pozğunluğundan söhbət gedə bilər. Bunu tibb elmi də deyir. Heç bir ağıllı ana, qadın nə olursa olsun körpələrini qoyub intihar etmir. Valideyn öz şirin canından övladını üçün keçir. İnsan ölüm ayağına düşəndə belə yalvarır ki, İlahi, məni körpələrimə bağışla. Bu zaman hansısa işgəncə gözə görünməz. Allah eləməsin e, bu evdə işgəncədən söhbət gedə bilməz. Allah-təala da intihar edən insanı sorğu-sualsız qəbul etmir. Bu intihar deyil, fəlakətdir.
- Heç döyülmə faktı olmayıb?
- Hansı ailədə söz-söhbət yoxdur ki? Amma daimi işgəncələr, döyülmələr, maddi məsələlər əlbəttə ki, olmayıb. Tibbi ekspertizanın nəticələrini mənə göstərdilər, orada heç bir döyülmə faktı yoxdur. Prokuror da nəticəni mənə göstərib. Ümid edirəm ki, Nəsimi rayon Prokurorluğu istintaqı haqq, ədalətlə aparacaq. Oğlumun günahsız olduğunu ortaya çıxacaq. Mənim evimdə o hər gün tortlar bişirib, yeməklər hazırlayıb. Qonşulardan da soruşa bilərsiniz.
- Amma rəsmi nikahları da olmayıb...
- Düzdür, olmayıb. Amma mənim rəsmi nikaha ehtiyacım yoxdur. Ev problemimiz var idi deyə, nikah etməmişdik. Nikah nə verirdi ki? Mənim gəlinim idi də, hər şey də onundur. Ev istəyirdi, ona verəcəkdim, uşaqlarımındır. O, iki il çıxıb getmişdi. Əgər mənim oğlum pis idisə, niyə qayıdıb gəlirdi? 2016-cı ildə ikinci uşağı dünyaya gətirdi. Nəzrin indi 8 aylıqdır. Əgər pis idisə, niyə ikinci dəfə qayıdırdı? Ona görə gəldi ki, başa düşdü ki, ən yaxşı ailə burdadır. Oğlum onu qəbul etdi, ancaq bu səhv idi, oğlum bəlkə də onu qəbul etməməliydi. Nərgizə, Nəzrinə görə qəbul elədi. Getdin qayıtma da. Mənim də oğlum uşaqcanlı olduğu üçün onu qəbul edirdi. Əbülfəz ali təhsillidir, Tarqovıda böyüyüb, avropalarda yaşayıb. İdmançıdır. Onun haqqında nələr yazmırlar. Onu ediblər bir terrorçu.

- Anası deyir ki, Nərgizdən oğlunuz narkotik almaq üçün istifadə edirmiş. Susana da buna dözə bilməyib. Məhz bezərək intihar edib...
- Mən bu ittihamı bu gün prokurora da dedim. Heç elə şey ola bilərmi? Bizim burda bir meyvə və bir də marketimiz var. Oradan nə ürəkləri istəyiblərsə gedib alıblar. Nərgiz deyir ki, anamın yıxıldığını gördüm, bəs mənim atam hardadır? O cürə böhtanı görün, onlar necə düşünüblər? Elə bu ittihamdan bəllidir ki, gəlinim necə bu hala düşüb. Bizim heç ağlımıza da gəlmir ki, ata öz balasını iraq olsun gedib küçədə satar? Lüğətimizdə heç bu söz yoxdur.
- Uşaqları ana nənəsiylə görüşməyə niyə icazə vermirsiniz?
- Bəli, vermirəm, oğlum da buna icazə vermir. Oğlum da qız uşaqları olduğuna görə onlarla görüşməyə uşaqlara icazə vermirdi ki, tərbiyələri pozulsun. Əgər ana yoxdursa, uşaqlar ataya məxsusdur. Ataları da uşaqları mənə və bacılarına etibar edib. Bundan əlavə, Nərgiz özü də görüşmək istəmir. Onları mən bu evdə böyütmüşəm. Niyə görə getməlidirlər ki?
Bir dəfə oğlumun sözünə baxmadım, onları görüşdürdüm. Dedim ki, faciəyə düşmüşük da. Evə də dəvət etdim ki, uşaqları bir yerdə böyüdərik. Amma onlar hər dəqiqə məni polislərə çəkdilər. Necə ki, Susanı öyrədirdilər, o da dəqiqədə polislərə müraciət edirdi. 22-ci bölmədə bəlkə də 8 dənə şikayət ərizəsi var. Sonra gəlirdi, Əbülfəzlə barışırdı, gedib əksini yazırdı. Axırıncı dəfə yazıb ki, “mən əsəbiləşirdim, saçımı qırxırdım, özümə xələl yetirirdim, polisə şikayət edirdim”. Özü etiraf edib ki, öz-özünə xəsarət yetirib. Deməli, onun psixologiyası pozulub.
- Sizin də cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər...
- Ekspertizanın nəticələrində də mənim əlimin hansı formada olması göstərilib. 1 əlimdə uşaqla ona yalvarıram ki, belə etmə. Oğlum da yaxın gəlməyə qorxdu.
- İsveçdə yaşayan qızlarınızla Susananın ailəsini qorxutmusunuz?
- Mənim iki qızım İsveçdə yaşayır. Onlar bu işə müdaxilə etmirlər. Deyirlər ki, qanun nə deyirsə, onu eləsinlər. Mənim qardaşım, nə də anam onu itələməyib. Mənim qızlarım sosial şəbəkədə heç nə yazmırlar. Onların ikisi də ali təhsillidir. Nəvələrim İngiltərə, Şotlandiya, İsveçdə oxuyurlar. Biz belə səviyyəsiz böhtanlardan uzaq ailəyik. Mən də sosial şəbəkələrdə heç nə yazmadım.
Qızı biabır edirlər ki, saçını kəsdiriblər. Onun üzünə gənə düşmüşdü. Ona görə saçını özü qırxdı. Nərgiz də bunu görüb. Müstəntiqə də demişəm. Oğlum həftədə iki dəfə onu klinikaya müalicəyə aparırdı. Dişini aparıb düzəltdirdi. O mənim evimdə xanım kimi yaşayıb.
Gəlini normal yaşamağa qoymadılar. İndi də öləndən sonra onu biabır edirlər. Sən qızını hansı oğlana vermişdin ki, gedib narkotik satıb qızını saxlayaydı? Bu körpə qızların sən gələcəyini düşünürsənmi? Onlar haqqında çox şey deyə bilərəm, ancaq onların səviyyəsinə düşmək istəmirəm. Müvafiq qurumlardan, ölkə rəhbərliyindən xahiş edirəm ki, bu qızlar analarını itiriblər, onları atalarını da itirməyə imkan verməsinlər.
Günel Türksoy
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 2026 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
