"PalSüd" təkzib etdi: "Borcumuz yoxdur"
"PalSüd"ün işçilərinə 1 milyon manat borcunun olması və ötən 7-8 ay ərzində zavod işçilərinin aksiya keçirməsi barədə xəbər vermişdik. Təxminən 20 gün əvvəl isə şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisinin ümumilikdə 1 milyon manat dəyərində olan borca görə etiraz etdiyi bildirilir.
Bununla bağlı "Palfood" MMC bəyanat yayıb. "Qaynarinfo"nun rekdaksiyasına daxil olan bəyanatı təqdim edirik.
"Palfood" MMC bəyan edir ki, şirkətin əməkdaşları və süd təchizatçıları tərəfindən güya şirkətə qarşı etirazların edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Bütün bunlar keçmişdə baş vermiş və ən əsası, şirkətlə heç bir əlaqəsi olmayan olayın KİV-də tamamilə fərqli şəkildə təqdim edilməsinim nəticəsidir. Bildiririk ki, "Palfood" MMC ölkənin ən iri süd məhsulları istehsalçılarından biri olmaqla xam südü ölkənin iri fermer təsərrüfatlarından müqavilə və təhvil-təslim aktları əsasında alır. Süd alımı ilə əlaqədar bütün hesablaşmalar vaxtı-vaxtında həyata keçirilməklə təchizatçılarla uğurlu işgüzar münasibətlər qurulmuşdur. Təchizatçılarımız tərəfindən hər hansı etirazın olması, sözsüz ki, mümkün deyil.
O ki qaldı xəbərin işçilərə dair hissəsinə, bu məlumat da həqiqətdən uzaqdır. Zavodumuz uzun illərdir ki, ölkəmizin cənub bölgəsinin ən iri işəgötürən müəssisələrindən biri olaraq qalır. Zavodumuzun kollektivi stabil və effektiv şəkildə işini həyata keçirir ki, hər bir kəs ölkəmizdə istehsal olunan təbii və keyfiyyətli süd məhsullarını əldə etmək imkanına malik olsun.
Şirkətimiz Azərbaycan prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair göstərişləri əsasında yaradılan ilk özəl müəssisə olub. Fəxrlə qeyd edirik ki, milli valyutanın iki devalvasiyası və digər iqtisadi faktorlara rəğmən tərəfimizdən məhsulların qiymətlərində şişirdilmə olmamış, həmçinin işçilərin ixtisarı siyasətinə əl atılmamışdır. Bundan əlavə, xüsusi icazələr almaqla, şirkətimiz istehsal etdiyi məhsulların xarici ölkələrə ixracına da diqqət ayırıb. Bizim fəaliyyətimiz iqtisadi şəraitə rasional yanaşmanın, ölkə hakimiyyəti tərəfindən təsdiq edilmiş iqtisadi kurs çərçivəsində dövlətlə effektiv qarşılıqlı fəaliyyətin əsasında həyata keçirilir. Bir neçə gün öncə dövlət başçısı növbəti dəfə yerli biznesə dəstəyin vacibliyini bildirdi və bu istiqamətdə müvafiq göstərişlərini verdi. Lakin görünən odur ki, bu cür əsassız və yoxlanılmamış məlumatların yayılması yerli iri özəl istehsalçının reputasiyasına mənfi təsir göstərilməsi cəhdinin daha bir təəssüfverici nümunəsidir. Hesab edirik ki, biznesin ve qeyri-neft sektorunun inkişafının xüsusi diqqət mərkəzində saxlandığı belə bir dövrdə bu tipli məlumatların KİV-də yayılması bilavasitə dövlətin siyasəti və iqtisadi siyasətinə qarşı yönəlmiş addımdır.
Bu kimi xəbərlərə böyük təəssüf hissi ilə yanaşır və onların yayılmasının arxasında duran səbəblərdən asılı olmayaraq bəyan edirik ki, bütün bunlar bizə öz işimizi davam etdirməyə heç bir maneə törədə bilməz".
NUH.az
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31