Sabunçu xəstəxanasında rəzalət: Çarəsiz xəstələr, gözü insanların cibində olan acgöz həkimlər
Ötən gün yaxın bir qohumumun səhhətində qəfil yaranmış problemlə bağlı 3 saylı şəhər klinik xəstəxanasına getməli olduq. Zaman-zaman bu xəstəxanadakı ağlasığmaz hadisələrdən, rüşvətlə bağlı qalmaqallardan, xəstələrə etinasızlıqdan, bir sözlə açı mənzərələrdən eşitmişik, yeri gələndə şahidi olmuşuq. Yenə yolumuz bura düşdü və nələr gördük, nələr...
Xəstəxananın girişində problemin nədən ibarət olduğu üzrə USM-ya yönləndirildik. USM həkimi xəstəni müayinə etməmiş onu ginekoloq-həkimin yanına yolladı. Təxminən 2 saata yaxın xəstəxananın Mama və Genekologiya Şöbəsində olduq. Gördüyümüz mənzərələr dillə ifadə edəcək gücdə deyil. Bəlkə də həyatımda bu qədər məsuliyyətsiz, səhlənkar, vecsiz xəstəxana və işçi heyəti görməmişdim. Qohumumun ginekoloji məsələdə yaranmış narahatlığı ona təcili həkim müdaxiləsini tələb edirdi. Boydan-boya boş-bekar oturmuş tibb bacısı, mühafizəçi xanımların biri belə xəstə təlaşına, xəstə narahatlığına, təcili tibbi yardıma ehtiyaca nəinki qaçdı, heç tükünü tərpətmədi də... Həkim istədik.. Qapıçı xanım: “Nə olub, nə xəbərdi, indi çağırırıq daa...” deyə bağırdı. Əgər bu ifadəni çığırdı desəydim, daha yumşaq çıxardı. Ona görə də bağırdı deyə ifadə edirəm. Bir qədər də gözlədik... Sonra, “Aidə doktor, Aidə doktor” deyə “qapıçı” həkimə səsləndi. Hələ qohumumun vəziyyətindən söz açmıram. Adam həm ağrıdan, həm də qanaxmadan əziyyət çəkir...
Bir qədər sonra otaqdan son dərəcə açıqlı və üz cizgilərindən zəhmli görünən həkim çıxdı. “Əlimdə xəstə var, gözləyin...” deyə dərhal da otağına çəkildi. Biz qapıçıdan “başqa həkim yoxdur?” soruşduq. “Qapıçı” isə “xeyir növbədə təkcə Aidə xanımdır”deyə dərhal cavablandırdı. Yenə gözləməyə məhkum olduq. İşçi heyəti hərə öz işində idi. Kimisi telefonla danışır, kimisi jurnal yazır, kimisə də digər həmkarlarını başına toplayıb qeybətə çəkilmişdi. Gözlədiyimiz zamanlarda isə qohumum özünü yüz dəfə bu xəstəxanaya gəldiyi üçün tənbeh etdi. Nəisə ki, həkim bir hamilə xəstəsi ilə otaqdan çıxdı. Yeri gəlmişkən, hamilə xanımın açılışı vardı. Gənc xanım dəfələrlə həkimə “xahiş edirəm mənə kömək edin, 8 ildir ki, bu uşağı gözləyirəm” deyə yalvarırdı. Aidə həkim isə “İndi USM-ya gedirik. Get orada gözlə”. Bu arada digər xəstə yaxınlarına üzünü tutub çığırdı: “Ay bacı, ay millət gedin o tərəfdə gözləyin. Burda gözləmək olmaz” . Gözləyənlərdən biri isə “ora istidir, nəfəs almaq olmur” deyəndə, həkim “mənə nə var, gedin dedim”- səsi dəhlizi bürüdü. Gözləyən xanımlar deyinə-deyinə oturduqıları yerdən ayrıldılar. Hələ ki bizə vaxt ayrılmır...
Dilə gəldim, “bəlkə xəstəmizə baxasız, vəziyyəti ağırdır” dedim. Bizə sadəcə nəzər salıb, yenə gah hamilə xəstəyə, yeni gələn xəstələrə, gah da oturub gözləyənlərə tamaşa etdi. Bir sözlə, keflə hərəkət edirdi...Xəstəmizə “USB-ya getmisən? Ora get, əvvəlcə orada müayinə olun”. Elə “USB-dan bura yönləndirdilər” demişdik ki, “of, indi mənə ağıl öyrədəcəksiz, gedin dedim ora, dayanın elə mən də ora gedirəm, sizi aparım”.
Hamilə qadın, biz və həkim USB-nin yerləşdiyi və xeyli ara məsafəsi olan binaya getdik. Əvvəlcə, hamilə xanim müayinə olundu. Qadına dərhal müalicə müdaxiləsinin gərək olduğu bildirildi. Çünki açılış başlanmışdı və davam edirdi. Qadın hər an uşağını itirmə təhlükəsi ilə üz-üzə qalmışdı. Həkim də USB-nin dediklərini təsdiqlədi və xəstəyə elə bu andan etibarən xəstəxanada yatmağı tövsiyyə etdi. Xəstə isə kövrələ-kövrələ “əlbəttə nə məsləhət görürsüzsə edək” deyə çarəsiz dilləndi: “Təki uşağa bir şey olmasın 8 ildən sonra tapmışam onu...”.
Bizim xəstə də USB müayinəsindən keçdi və təkrar öz ayaqları ilə həkimin oturduğu şöbəyə qayıtdıq. Qeyd edim ki, hər iki xəstədə qanaxma problemi var və dərhal onun kəsilməsi üçün həkim müdaxiləsi lazımdır. Həkim isə keçib öz otağında rahatca sərələndi və heç nə olmamış kimi işinə davam etdi. Hər iki xəstə isə dəhlizdə imdad hayındadır. Səsimizi çıxarmırıq, prosesi izləyirik. Bu vaxt hamilə qadın əsəbiləşdi:
“Siz mənə nəsə edəcəksiz, ya yox? Mən neyniyim?” Qeyd edim ki, bacısı ilə gəlmişdi. Həkim xəstənin bacısına: “Hə, xəstəxanada müalicə olunmaq istəyirsizsə, resepti yazım verim sənə, lazım olanları al gətir, qal xəstəxanada”. Bacısı: “Yazın da, biz də onu gözləyirik. Vəziyyəti pisləşir axı, siz necə adamsız?” Həkim: “Niyə qışqırırsan, biz bunlar üçün can qoyuruq, bunların danışdığına bax... Dayan yazıram resepti...” Onlar gözləməkdə, biz gözləməkdə, həkim isə öz keyfində... Arada bir həkimin gözü xəstələrin və onların yaxınlarının cibindədir...
Səbir kasamız dolub, əsəblərimiz tarıma çəkilib. Həkim özünə gəlmir ki, gəlmir. Nəhayət, hamilə qadın və bacısı gözləməkdən yorulub yaxınlarına zəng etdilər və tez bir zamanda onları gəlib başqa xəstəxanaya çatdırmalarını istədilər. Bir az sonra arxalarınca gələn maşın onları apardı.
Həkimin otağına keçdik və xəstəmizə baxıb-baxmayacağı ilə maraqlandıq. Kobudluqlarından isə söz açmağa ehtiyac qalmır. Gah tibb bacılarından birini çağırıb özünə lazım olan məsələdən danışır. Gah o biri otağa keçir, gah dəhlizə çıxır. Qəfil oyandı ki, hamilə xəstəsi dəhlizdə görünmür. O dəqiqə maraqlanmağa başladı: “Nə oldu hamilə qız, hara getdilər?” Tibb bacılarından birinə: “Ay qız hamilə xəstə yatmadı xəstəxanada, hara yox oldular”. “Bilmirik”- qısaca cavab aldı. Bilməzdilər də... Bir neçə tibb bacısı ilə “qapıçı”nın başı qeybətə qarışmışdı. Hey, kiminsə ətəyini tökürdülər... Şöbədə “it ulasa da” yenə də üz tutan xəstələr var idi. Amma nə olsun, bu xəstələrə nə xidmət göstərən, nə də onların səhhəti ilə maraqlanan var idi... Həkimin “hörmət” ini edib, oradan qaçdıq. Hətta Allaha dua etdik ki, bir də heç vaxt bura, el dili ilə desək, “Sabunçu xəstəxanası” na yolumuzu salmasın...
Bu yazını oxuyan və oxumayan hər kəsə də diləyimiz odur. Tanrı yolunuzu 3 saylı Şəhər Klinikasına salmasın...
Alçina Amilqızı
Cebhe.info
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05