Bakıda supermarket rəhbərliyi oğrunu döyüb ət soyuducusuna saldı
Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Fresh” market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb.
ölkə.az xəbər verir ki, təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi tərəfindən girov saxlanılıb.
Market rəhbərliyi isə Firuz Qəhramanovu özü cəzalandırmağa qərar verib. Onu saat 18:00-dan saat 23:00-a qədər marketdə saxlayaraq, döydürüb. Daha sonra isə Firuz Qəhramanov marketin toyuq əti saxlanılan soyuducusuna salınıb.
Firuz Qəhramanovla açıqlamasında hadisənin doğruluğunu təsdiqləyib. O, market rəhbərliyi tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını bildirib:
“Mən marketdən oğurluq etməmişəm. Oğurluğu edən yanımdakı Novruz Sədiyev olub. Kamera görüntülərinə də baxsanız, görərsiniz ki, mən oğurluq etməmişəm. Biz saat 18:00-da marketə girmişik. Çıxanda bizi saxlayıb dedilər ki, siz bahalı təraş ülgücü götürmüsünüz. Onun pullunu da ödəyin. Bizdən 750 manat pul istədilər. Bizdə dedik ki, 3 ədəd təraş ülgücünün qiyməti niyə 750 manat edir? Bundan sonra məni girov saxladılar, Novruz Sədiyev isə pul götürmək üçün sərbəst buraxıldı. Saat 23:00 olmuşdu ki, Novruz hələ də pulu gətirə bilməmişdi. Market işçiləri də məni təhqir etməyə, döyməyə başladılar. Hətta, məni bir neçə saat toyuq əti üçün nəzərdə tutulan soyuducunun içərisində saxladılar. Təsəvvür edin ki, soyuducunu tam gücü ilə işlədirdilər, mən də onun içərisində qaranlıqda az qala donub öləcəkdim”.
F.Qəhramanov məruz qaldığı zorakılığa görə polisə də məlumat verdiyini söyləyib:
“Zorakılığa məruz qalmağımla bağlı Xətai rayon polisinə market rəhbərliyindən şikayət etmişəm. Çünki marketdə mənim döyülməyim barədə bütün göstərişlərə bir qadın rəhbərlik edirdi. Həmin qadın məni nəlayiq söyüşlərlə təhqir edirdi, döydürürdü, əlimi iplə bağlayıb zor tətbiq edirdilər. Soyuducuya salmışdılar, orada “102”-ə zəng etmək istədim, telefon tutmurdu. Bunu biləndən sonra market işçiləri telefonumu da əlimdən aldılar”.
Qarşı tərəfindən mövqeyini öyrənmək üçün marketlə telefon əlaqəsi yaratmağa çalışsaq da, cəhdlərimiz müsbət nəticə vermədi.
NUH.az
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Ordumuzun əsgəri vəfat etdi
7 aprel 2024 23:12
- 7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto
7 aprel 2024 20:49
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20