Ququşun Bakı konsertini İran ləğv edir?
Son zamanlar aparıcı regional dövlətlər rəsmi Bakının daxili siyasətinə çox tez-tez qarışmağa başlayıblar. Bakının mərkəzində bu və ya digər dərəcədə əhəmiyyətli dövlət adamlarının siyasətinə və mövqeyinə qabaqcadan təsir edən hansısa əcnəbi güclərin olduğu və bu məsələdə sərbəst iştirakları göz önündədir.
Bir gün əvvəl biz mətnaltı siyasi çalar ala biləcək yeni qalmaqal – Mədəniyyət və Turizm Nazirliyinin əfsanəvi İran müğənnisi Ququşun Zaqafqaziya turnesinin təşkilatçılarına Bakıda konsert keçirməyə icazə verməməsi barədə yazmışdıq. Siyasi rejimin dəyişməsindən və teokratiyanın hökmranlıq etməsindən sonra öz Vətənini tərk etmiş İran müğənnisi təəssüf ki, təsdiq edir – erməni və gürcü hakimiyyətləri onu qəbul etməyə hazırdırlar, amma azərbaycanlılar… nədənsə ehtiyatla İrana baxaraq hərəkət edirlər.
Xəbər verdiyimiz kimi, Cənubi Azərbaycandan olan, vaxtilə inkişaf etmiş və işıqlı şah İranının simvoluna çevrilmiş əfsanəvi müğənninin Bakı konserti ləğv edilib. Səbəb olduqca formaldır. Guya Ququşun üçüncü əri milliyyətcə ermənidir. Və bu tolerant, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqların mərkəzi elan edilmiş Azərbaycanda baş verir?! Onlarla keçmiş Bakı ermənisinin Azərbaycan paytaxtına gəldiyi və köhnə küçələri ilə sərbəst gəzdiyi bir vaxtda onun qapıları əslən azərbaycanlı olan əfsanəvi müğənninin üzünə bağlanır? Nəsə alınmır. Və görünür, imtinanın səbəbi bu deyil, bu sadəcə bütün mədəniyyətlər və sivilizasiyaların gözündə ölkənin adını ləkələyən kifayət qədər qəribə bəhanədir.
Bütün gün Mədəniyyət və Turizm Nazirliyindən operativ reaksiya və əsaslandırılmış mövqe gözləmişik. Nazirliyin sükutu uzandı. Bəlkə hazırda turist kimi Bodrumda dincələn nazir Əbülfəs Qarayevi gözləyirlər?
Hər halda, nazirlikdə “erməni mətnaltısı” ilə bağlı yeni qalmaqalı şərh etmədilər. Amma virtualaz.org-un nazirliyə yaxın dairələrdən əldə etdiyi məlumatlardan məlum oldu ki, Ququşun Bakı konsertinə ən qətiyyətli şəkildə etiraz edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov olub. Və ehtimal ki, Bünyad müəllim bu məsələdə Azərbaycan siyasi rəhbərliyinln yox, İran hakimiyyətinin, necə deyərlər, əhval-ruhiyyəsini ifadə edir.
Deməli, İran Ququşun Bakıda konsert keçirməsinə qarşı çıxır, elə deyilmi? Bəs suveren dövlətin işlərinə bu qədər qeyri-əxlaqi və diplomatik cəhətdən əsaslandırılmamış müdaxilənin səbəbi nədir? Bəyəm Ququş müxalifətçidir və ya Cənubi Azərbaycanın azad olması üçün mübarizə aparır? Bəlkə o indiki etiraz hərəkatının və ya “yaşıl inqilab”ın lideridir? Qətiyyən, Ququş siyasətdən kənardır.
Səbəb başqadır – Ququş hakimiyyəti tutmuş mollakratiyanın və klerikal ruhanilərin olmadığı İranı təcəssüm etdirir və simvollaşdırır. O yalnız bir dini obrazdır. Və görünür, İranda belə bir adamın müəyyən, bir-birinə yaxın ölkələrdə meydana çıxmasından ehtiyat edirlər. Tutaq ki, səfir Bünyad Hüseynov mollakratiyanın ədalətsiz qəzəbinə tuş gəlməkdən ehtiyat edir, onun şıltaqlıqlarını nəzərə alır. Amma onda Ququşun konsertini Yerevanda niyə ləğv etmirlər? Axı Ermənistan regionda İranın əsas müttəfiqidir?! Bu dövlətlərin münasibətləri böyük müttəfiqıik və strateji əməkdaşlıq ruhu ilə möhkəmləndirilib. Bəs rəsmi Yerevanın sərt reaksiyası haradadır?
Səfir Bünyad Hüseynov
Qəribədir, elə deyilmi? Azərbaycan səfiri Tehranın ehtimal edilən narazılığından narahatdır, erməni hakimiyyəti isə tamamilə özünə güvənərək Yerevanın mərkəzində konsertin keçirilməsini icazə verir. Məntiq hanı? Və doğrudanmı Ququş Bakıda İsrailin baş naziri və ya prezidentindən daha təhlükəli və gözlənilməz qonaqdır, biz hələ iki ölkənin sıx hərbi-siyasi əməkdaşlığı haqda danışmırıq. Səfirin hərəkətlərində məntiq yoxdur və siyasi konyunktura nəzərə çarpır. Görünür, Bünyad müəllim yalnız və yalnız siyasi və ya sosial sifarişi icra edir.
Və sonda bir neçə kəlmə Mədəniyyət Nazirliyinin siyasəti haqda. “Avrovizion” yarışması ərəfəsində Bakıda dəniz kənarındakı bulvarda böyük Kristal-zal tikdilər. Onun tikintisinə bir neçə yüz milyon xərcləndi. Baxmayaraq ki, konsert zalı illərlə boş qalır. Və nazirlik guya yeni turistlərin cəlb edilməsinə çalışır. Sual yaranır: niyə iranlılar və azərbaycanlılar Ququşun Tbilisidəki konsertlərində yığılmalıdırlar? Nə üçün Azərbaycandan olan turistlər çoxdan gözlənilən konsertə bilet almaq üçün Tbilisinin konsert salonlarının qarşısında növbədə dayanmalıdırlar?
Bəyəm konserti Bakıda, Kristal-zalda təşkil edib İrandan Azərbaycana minlərlə turist cəlb etmək olmazdı?! Axı, ən azı söhbət həm də böyük gəlirdən gedir! Məmurlar, sözün yaxşı mənasında, dövlət büdcəsinə nə vaxt öz ciblərinə baxan kimi baxacaqlar? Və doğrudanmı, hər dəfə ən elementar problemin həlli üçün işə ölkə Sahibinin qarışması lazımdır? Onda nazirliklər və nazirlər nəyə lazımdır?
Deyəsən, uzaq siyasətə getdik. Gəlin, konsert zalına qayıdaq…
Yusif Əliyev
Virtualaz.org
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06