"Milla"da qalmaqal: işdən çıxarılanlardan ağır ittihamlar
“Milla” (“AZFP Co. LTD” MMC) şirkətində işçilər qanunsuz olaraq işdən çıxarılır.
Bu barədə AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, “AZFP Co. LTD” MMC-nin satış departamentinin müdiri Adil Məmmədzadə ilə şirkətin vitse-prezidenti Səbinə Hüseynova əlbir olaraq onların “tələb”lərinə əməl etməyən işçiləri işdən çıxarır. Belə ki, əslən Gədəbəy rayonundan olan Adil Məmmədzadə işdən çıxardığı işçilərin yerinə öz yerlilərini işə götürür. Məlumatda bildirilir ki, şirkətin satış və nəqliyyat departamentində işləyənlərin böyük əksəriyyətini Gədəbəy rayonundan olanlar təşkil edir. Başqa rayondan olanlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmaqdadır. Adil Məmmədzadənin işsiz saxladığı şəxslərin bildirdiyinə görə, şirkətin nəqliyyat departamentinin işinə də faktiki olaraq Adil Məmmədzadə rəhbərlik etdiyindən sürücülərin işə götürülməsi və işdən çıxarılmasına şəxsən qərar verir.
İşdən çıxarılan sürücülər – Kamal Səfərov, Rauf Paşayev, Elxan Məmmədli, Orxan Cəfərov və Taleh Məmmədov göndərdikləri şikayətlərdə Adil Məmmədzadənin yerlilərini “Milla”da işlə təmin etməsinin səbəblərini də açıqlayıblar. Belə ki, Adil Məmmədzadə böyük maxinasiyalar həyata keçirdiyindən güvəndiyi qohumları və yerlilərini şirkətdə işlə təmin edir. İşə götürülən sürücülərin 500-1000 manat arası “hörmət” də etdiyi bildirilir. Bu işin Adil Məmmədzadənin rayondakı qohumlarının həyata keçirdiyi və işə götürüləcək adamların Gədəbəydə müəyyənləşdirilib Bakıya xəbər göndərildiyi də iddia olunur.
Bu ilin avqust ayının 25-də ixtisar adı ilə işdən çıxarılan Kamal Səfərov və sentyabr ayının 6-da işdən çıxmaq barədə ərizə yazdırılmağa məcbur edilən Rauf Paşayevin yerinə Gədəbəy rayonundan olan sürücülər işə götürülüb.
Ən maraqlısı isə budur ki, başqa şirkətlərlə müqayisədə “Milla”da, konkret satış və nəqliyyat departamentlərində CV işə yaramır. Yəni işə götürüləcək şəxslər Adil Məmmədzadənin qoyduğu şərtlər əsasında müəyyən edilir. Onun əsas şərtləri isə budur: dediklərinə şərtsiz əməl etmək və təhqirlərinə dözmək. Şikayətlərdə bildirilir ki, Adil Məmmədzadə işçilərlə həddindən artıq kobud rəftar edir və əksər işçiləri söyur.
Məlumatda həmçinin bildirilir ki, Adil Məmmədzadə qardaşı Azər, əmisi oğlu Rafiq, xalasıoğlu Ramin, yaxın qohumları Elvin və Vüsal adlı şəxsləri işə götürərək, onları yüksək maaş ayırtdırıb. Satış departamentinin rəhbərinin maxinisayaları da məhz yaxın adamları vasitəsi ilə həyata keçirdiyi məlumatlarda əksini tapıb.
Şikayətlərdən görünür ki, “Milla” şirkətində Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. Belə ki, işdən çıxarılan Kamal Səfərova göndərilmiş məktubda bildirilir ki, onun iş yeri oktyabr ayının 24-də ixtisar olunacaq. Amma Kamal Səfərov avqust ayının sonunda işdən çıxarılıb. Və yalnız bir sürücünün ixtisar edilməsi də əsaslı şübhələr yaradır.
“Milla”dan qanuzsuz olaraq işdən uzaqlaşdırılan işçilər şirkət rəhbərliyinin baş verənlərdən xəbəri olmadığını bildirməklə yanaşı qeyd edirlər ki, onların AZFP Co. LTD” MMC-nin prezidenti ilə görüşünə imkan verilməyib. Buna şirkətin vitse-prezidenti Səbinə Hüseynovanın mane olduğu bildirilir…
İşdən çıxarılan işçilərin səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06