Məmurları üz-üzə qoyan «filiz savaşı»: kim qazanacaq?
Bir neçə gündür ki, Daşkəsən filiz zavodu ətrafında məmurların sözün əsl mənasında savaş gedir. Belə ki, zavod 2001-ci ildə “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb. 2016-cı ildə zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib.
İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialı olduğu üçün açıq mübarizəyə başlayıblar. Məmurları üz-üzə qoyan zavod haqqında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də fikirlərini bölüşüb.
“Həqiqətən də zavod ətrafında qovğa var. Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm. Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də bilirəm. Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”- Əhəd Abıyev deyib.
Məmurların zavod uğrunda mübarizəsinin səbəbi nədir?
Bir müddət əvvəl də Daşkəsən Filiz Zovodunun özəlləşdirməyə çıxarılacağı haqqında məlumat var idi. Hətta zavodun Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsində məqsəd də məhz bu idi. Ancaq nəyə görəsə bu zavodun özəlləşdirilməsi hələ də baş tutmayıb. Ehtimal olunur ki, Daşkəsən Filiz Zavodu tezliklə özəlləşdirilməyə çıxarılacaq.
Məmurların üz-üzə gəlməsində də səbəb bu ola bilər. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Rasim Məmmədovu dəstəkləməsi isə əslində mübarizəni qızışdıracaq. Çünki artıq zavod ətrafında iki məmur deyil, iki cəbhə mübarizə aparır. Kərəm Həsənovla Elmar Vəliyev bir cəbhədə yer alır və Rasim Məmmədovla Əhəd Abıyevə qarşıdır.
Təbii ki, bu bir ehtimalıdır. Çünki adıçəkilən şəxslər kifayət qədər gücə malikdir və onlar bu zavodun idarəçiliyində özlərinə “şərik” axtarmaya da bilərlər. Ancaq hələ ki, görünən bundan ibarətdir. Bu məsələlərə aydınlıq gəlməsi üçün təbii ki, özəlləşdirmə prosesinin başlamasını gözləmək lazımdır. Əgər ehtimallar doğrularsa, özəlləşdirmə prosesi başlayarsa, o, zaman kimin bu mübarizədən qalib çıxacağını görə bilərik.
Digər bir ehtimal: zavod ümumiyyətlə, özəlləşdirilməyə çıxarılmaya bilər. Özəlləşdirməyə çıxarılması üçün Daşkəsən Filiz Zavodu Əmlak Məsələləri Dövlət Komitəsinin balansından çıxarılmalıdır. Bu nə qədər aşağı ehtimal olsa da mümkünsüz deyil. İddia olunur ki, Kərəm Həsənov da məhz bundan narahatdır və ona görə də zavodla bağlı maraqlarını gizlətmir, açıq mübarizə aparır.
Qeyd edək ki, Kərəm Həsənov zavod ətrafında yaranan qalmaqalda adı çəkilən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qudasıdır. Digər tərəfdən Kərəm Həsənovun qaynı Fəxrəddin Abbasov da Daşkəsən rayon Polis şöbəsinin rəisidir.
Bu baxımdan Kərəm Həsənov və Elmar Vəliyevin “əli” daha güclü görünür. Daha bir maraqlı fakt isə ondadır ki, Daşkəsən rayon icra başçısı yanında fəaliyyət göstərən Şura üzvlərinin siyahısında “Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri bölməsində ad qrafası boşdur. Mübarizənin nəticəsi olaraq bu qrafada adı yazılan şəxs həm də “qalib” olacaq.
Mənbə: cəbhə.info
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Dünya ordularının reytinq sıralaması
22 mart 2024 23:02
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- Yüksək vəzifəli məmur, keçmiş nazirin qızı Azərbaycandan qaçdı
29 fevral 2024 12:34
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06