“...ANS yenidən fəaliyyətə başlayacaq” - Vahid Mustafayev
ANS telekanalının bağlanmasından bir ildən çox vaxt keçib. ANS-in bağlanması ilə bağlı Ali Məhkəmə də yekun qərarını açıqlayıb. Lakin kanal rəhbərliyi hələ də ANS-in fəaliyyətinin bərpa olunacağına ümidlərini itirməyib.
Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “Ölkə.Az”a verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, bir gün müəmma pərdəsi götürüləcək və ANS yenidən fəaliyyətə başlayacaq.
“ANS-in bağlanması ilə millətin çoxu barışmır. Bizim çox böyük ümidlərimiz var ki, ANS yenidən fəaliyyətini bərpa edəcək. Bu kanal Azərbaycanın ayrılmaz parçası və tarixidir. ANS həmişə Azərbaycan xalqının yanında olub. Müəyyən baş verən hadisələri çıxmaq şərtilə, biz öz fəaliyyətimizi davam etdiririk. Xalqımıza və dövlətimizə qulluq edirik. “Mismarı mıx edən Allah var”. İnşallah ki, ANS-in açılmağını istəyən insanlar da öz istəklərinə çatacaqlar”, - deyə V.Mustafayev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə bəziləri ANS kanalı yenidən fəaliyyətə başlasa da, artıq əvvəlki kimi dəqiq, obyektiv və qərəzsiz işləməyəcəyi barədə fikirlər yazırlar. Vahid Mustafayev həmin fikirlərin kökündən yalnış olduğunu deyir:
“Mən belə sözlərin təbiətini anlamıram. Yəni biz fəaliyyət nöqteyi-nəzərindən bu günki digər kanallar kimi olsaydıq, yəqin ki, vəziyyətimiz belə olmazdı. İndiyə qədər də bağlı qalmazdıq. Fəaliyyətimiz Azərbaycan xalqına, dövlətinə qulluq olub. Həmişə bu amilə qulluq etmişik. Həmişə də bu aspektdə çalışacağıq. Düşünürəm ki, bu, bir tarixi hadisədir”.
V.Mustafayev kanalın gələcək taleyilə yanaşı ANS-in bağlı qalan arxivinin də qaranlıq olduğunu deyir:
“Azərbaycanın müasir tarixinin video arxivi ANS-dədir. Biz onu 25 ildir qorumuşuq. İndi isə həmin arxivin də taleyi ANS-in taleyi kimi müəmmalı olaraq qalıb. İnşallah ANS-in taleyi həll olunan kimi, arxivin də taleyi həll olunar. Bugünkü vəziyyət bizdən asılı deyil. İmkanlarımız hazırda çərçivə daxilindədir və həmin çərçivədən çıxa bilmirik. Hazırda arxiv doğurdan da acınacaqlı vəziyyətdədir. Bütün yayı kondisionersiz, havalandırma sistemi olmadan keçdi. Hətta imkanımız olmadı ki, arxivin vəziyyətinə baxaq. Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik. Yaranan gündən, gözləyirik ki, bizi nə zaman bağlayacaqlar. Müxtəlif dövrlərdə, müxtəlif qurumlarla işləmişik. Həmişə bilmişik ki, hansısa qüvvələr bizə qarşı kin bəsləyir. Çalışmışıq həmişə obyektiv olaq və qərəzsizliyimizi saxlayaq. Bu səbəbdən də, həmişə arxivin bağlı qalma ehtimalını nəzərə alaraq. Onun zərər görməməsi üçün müəyyən tədbirlər görmüşük. Ümid edirik ki, gördüyümüz bu tədbirlər nəticəsiz olmayacaq”.
Azərbaycan kanallarında Qarabağ mövzusunda verlişlərin yayımlanmaması məsələsinə gəlincə, Vahid Mustafayev bunu həmin şirkət rəhbərlərinin bu sahədə az məlumatlı olması ilə əlaqələndirib:
“Söhbət məhz Qarabağdan və bizim müharibəmizdən gedirsə, ola bilsin ki, bu insanlar həmin hadisələrdə iştirak etməyiblər. Ümumiyyətlə onların bu hadisələrdən xəbəri yoxdur. Ola bilər ki, xəbərsiz olduqlarından, müharibədə dost-qardaşlarını itirmədiklərindən, bu mövzuya laqeyid yanaşırlar. Çox təəssüf olsun”.
Bu məsələdə biznes maraqlarına gəlincə, V.Mustafayev həmin verilişlərin tamaşaçılar tərəfindən baxılmaması fikirlərinin səhv olduğunu düşünür:
“Düşünmürəm ki, vətənpərvər verilişlərə Azərbaycan xalqı baxmır. Sözsüz ki, baxır. Sadəcə olaraq bu, onların istiqamətidir. Bu bir yoldur ki, onun yolçusu olasan. Məsələn ciyəri yanıb, su içmək istəyən adam heç vaxt “Coca-Cola” içməz. Çünki bu onu daha çox yandıracaq. Bizim üçün Qarabağ və vətənpərvərlik mövzusu daha asan idi. Çünki özümüz müharibədən çıxmışıq. Həm də, bu bizim üçün çox vacib idi. Ona görə ki, gecə də yuxularımızda yanımızda güllədən yıxılıb ölənləri, şəhidlərimizi görürük. Yaralıları görürük. Biz özümüz həmin döyüşlərdə yaralar almışıq. Həmin odun içindən çıxmışıq. Çox təəssüf olsun ki, hazırda vacib mediada olan insanların çoxu bu mövzudan xəbəri yoxdur. ANS kanalının da olmadığı bir dövrdə təhlükə var ki, bu mövzu yavaş-yavaş unudulsun. Biz İrəvan xanlığını, Zəngəzuru itirdik. Belə davam etsə, ANS kimi kanal, bu müharibəni görən və torpaqlarımızın uğrunda vuruşan adamlardan ibarət hansısa media qurumu olmasa, böyük bir ehtimalla illərlə yavaş-yavaş Qarabağ da mövzu olaraq gündəmdən çıxa bilər”.
V.Mustafayev son olaraq əlavə edib ki, nə qədər mətbuatdadır, Qarabağ mövzusunu daim işıqlandıracaq:
“Mən nə qədər sağam, qoymaram ki, Qarabağ mövzu olaraq gündəmdən silinsin. ANS kanalı olmasa da, biz varıq. Əllərimiz işləyir, ürəyimiz döyünür. Düşmənlə də hər an vuruşmağa hazırıq. Televiziya olmasın, başqa bir şey olsun. Qarabağ və torpaqlarımızın geri qaytarılması mövzusunu daim işləyəcəyik. Bu televiziya, yaxud radio ilə olacaq, dəqiq deyə bilmərəm. Əsas odur ki, televiziyanı, radionu tutan əllər olsun, döyünən isti ürəklər olsun. Bu, bizdə var”.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20