Əlyazmalar İnstitutu ilə Fransa Milli Kitabxanası arasında əlaqələr genişlənir
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli Fransa Milli Kitabxanası Əlyazmalar Departamentinin rəhbəri, professor Mari Jenevyeva-Quesdonun dəvəti ilə sözügedən təşkilatın iş təcrübəsini yaxından öyrənmək məqsədilə Parisdə səfərdə olub.
Ezamiyyət dövründə A.Əliyeva-Kəngərli Fransa Milli Kitabxanasının Fransua Mitteran adına əsas kompleksində, eləcə də əlyazmaların və qədim kitabların toplandığı Rişelye binalarında mühafizə olunan qiymətli fondlarla tanış olub. Mari Jenevyeva-Quesdon A.Əliyeva-Kəngərliyə fondların tərkibi, onlardan istifadə və mühafizə məsələləri barədə məlumat vermiş, qonağı Fransa kralı V Karl Valuanın (1338-1380) hakimiyyəti illərindən indiyədək kitabxanaya daxil olmuş ən qiymətli əlyazama kolleksiyaları ilə tanış edib. A.Əliyeva-Kəngərli “Jak Mentelin əlyazma kolleksiyası”, “Genyer” toplusu, “Kolber” kitabxanası, Volter və Monetinin şəxsi kolleksiyalarına daxil olan əlyazma və qədim kitablar nümayiş olunan salonlarda olmuş, onların bərpa və restravrasiya, həmçinin rəqəmsallaşdırma proseslərini əyani müşahidə edib. Görüş zamanı qeyd olunub ki, Fransa Milli Kitabxanasında qorunan 32 milyonluq fondun təxminən 10 faizi “Qallika” proqramı çərçivəsində elektronlaşdırılaraq İnternet üzərindən oxucuların istifadəsinə verilib. Eyni zamanda, tərəflər arasında qədim kitabların və əlyazmaların rəqəmsal formatda emal edilməsi, qorunması və mübadiləsi, Dünya Elektron Kitabxanası vasitəsilə oxuculara çatdırılması mövzusunda geniş fikir mübadiləsi aparılıb. A.Əliyeva-Kəngərli öz növbəsindəm AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun müvafiq sahədə əldə etdiyi təcrübəni həmkarının diqqətinə çatdırmış, son illərdə insitututun əldə etdiyi naliyyətlər və tətbiq etdiyi yüksək texnologiyalar (avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, əlyazmaların multimedik informasiya köşkləri vasitəsilə virtual sərgilənməsi platformaları və s) barədə geniş məlumat verib. A.Əliyeva-Kəngərlinin kitabxanaya hədiyyə etdiyi kitablar, o cümlədən Əlyazmalar İnstitutunun fondunda qorunan müxtəlif dillərdəki əlyazmaların kataloqları fransalı departament rəhbərinin böyük marağına səbəb olub.
Fransa Milli Kitabxanası tərəfindən isə Əlyazmalar İnstitutuna ərəb ədəbiyyatı tarixində məşhur məqamə ustası kimi tanınan Əbu Muhamməl əl-Qasim əl-Həririnin (1054-1122) “Məqamələr toplusu” (köçürülmə tarixi 1236-37-ci illər) və məşhur isfahanlı riyaziyyatçı-astronom Əbdürrəhman əs-Sufinin “Kitab süvar əl-kəvakib” (“Sabit ulduzlar kitabı”) əsərinin əlyazma nüsxələri (köçürülmə tarixi 1417-ci il) elektron şəkildə hədiyyə edilib.
NUH.az
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31