“Başlarına araq butulkası çırpılsaydı, ürəyimdən tikan çıxardı” - Deputat
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov erməni deputatların Azərbaycanda içki içərkən foto çəkdirməsinə və məqsədli şəkildə onu yaymasına münasibət bildirib.
R.Cəbrayılov “Ölkə.Az”a açıqlamasında bunun növbəti erməni təxribatı olduğunu söyləyib:
“Mən bunu erməni deputatların “Don Kixot”luğu adlandırardım. Bu, Azərbaycan cəmiyyətini qıcıqlandırmaq və həmin deputatların Ermənistanda öz seçicilərindən ucuz dvident qazanması məqsədini güdür. Fotodan aydın görünür ki, onu azərbaycanlıları qıcıqlandırmaq üçün çəkiblər. Məncə məqsəd odur ki, azərbaycanlılar sözügedən fotodan qıcıqlanıb, erməni deputatlara nə isə etsin. Ermənilər də dərhal bunu dünyaya yayaraq, özlərini “məzlum” kimi göstərsinlər”.
Deputat deyib ki, həmin foto restoranda deyil, otel otağında çəkilib:
“Düşünürəm ki, foto qəsdən yaxın planda çəkilib ki, insanlar həmin fotonun Azərbaycanda hansısa restoranda çəkildiyini güman etsin. Ancaq həqiqətdə isə foto restoranda deyil, qaldıqları otelin otağında çəkilib. Əgər erməni deputatlar restoranda yeyib-içib keflənib, nəlayiq, artıq-əksik hərəkət etsəydilər, hər hansı azərbaycanlının həmin araq butulkasını onların başına çırpması ürəyimdən tikan çıxarardı. Amma soyuq ağılla düşünəndə, bu çıxış yolu deyil”.
R.Cəbrayılov qeyd edib ki, əgər erməni deputatlar Bakıda restoranda yeyib-içib, keflənib hər hansı artıq-əksik hərəkətlər etsəydilər, bununla bağlı qanun çərçivəsində tədbirlər görülməsini istərdim:
“Yadıma gəlir, 1999-cu ildə ermənilər Bakıya gəlib sayıqlamışdılar. O zaman bir azərbaycanlı hava limanında həmin erməninin qulağından sillə vurmuşdu. Bir azərbaycanlı kimi bu mənim də ürəyimdən tikan çıxarmışdı. Çünki ermənini vuran hər bir azərbaycanlının gözünün qabağına Xocalı soyqırımı, ermənilər tərəfindən qətlə yetirilmiş, təhqir edilmiş, vəhşicəsinə öldürülmüş azərbaycanlı uşaqlar, yaşlı insanlar gəlir. Yəni, mən bu insanları yaxşı başa düşürəm. Ancaq bu gün dünya elə vəziyyətdədir ki, bir qədər səbrli olmaq lazımdır. Çünki neçə illərdir ki, biz erməni işğalı altında olan öz tarixi torpaqlarımızın bizə məxsus olduğunu hələ də tam dünyaya sübut edə bilmirik. Ona görə də bir qədər səbrli olmaq lazımdır.
Bəli, sıravi vətəndaş olaraq düşünürəm ki, əgər restoranda həmin ermənilərin başına kim “araq butulkası”nı çırpsaydı, o mənim ürəyimdən tikan çıxarmış olardı. Ancaq soyuq başla bildirirəm ki, belə məsələlərdə bir qədər səbrli olmaq lazımdır. Təbii ki, bu səbr heç də ermənilərin Azərbaycanda qanunsuz hərəkətlərinə göz yummaq demək deyil. Azərbaycanın qanunları var və ermənilər də bu qanunların tələblərinə əməl etməlidir. Heç kəs qanunu tapdalaya bilməz”.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20