Nəsimi rayonunda milyardlıq savaş: icra başçısı deputata “racon kəsir”
Təxminən iki il bundan öncə ölkə rəhbərinin sərəncamı ilə Nəsimi rayon icra başçısı dəyişdirildi. 10 ildən artıq Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Nəsib Məhəməliyev vəzifəsindən azad edildi və bu posta Asif Əsgərov təyin edildi.
N.Məhəməliyyet hal hazırda 109-saylı Balakən seçki dairəsindən Milli Məclisin deputatıdır. İlk baxışda çox adi bir yerdəyişmə baş verib. Bu proses bir neçə rayonla bağlı baş verib.
Elə son iki ildə də Nəsimi rayonunda aparılan kadr siyasəti ilə bağlı problem yaşanmayıb. Amma indi sızan məlumatlardan belə aydın olur ki, sabiq və hazırkı icra başçısı arasında kapital savaçına start verilib.
Baş verən qalmaqal iddiasına keçməzdən öncə bildirək ki, Nəsimi rayonun sabiq icra başçısı, hazırki deputat Nəsib Məhməliyev var-dövlətinə görə, hakimiyyətdəki bəzi oliqarxları kölgədə qoyub.
Ziya Məmmədovun yaxın çevrəsinə daxil olduğu bildirilən Nəsib Məhməliyevin üzdə olan əmlakının dəyəri milyonlarla manat təşkil edir.
Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar üzərindən apardığımız araşdırmalara görə aşağıdakı obyektlər Nəsib Məhməliyevə məxsusdur:
1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası.
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.
13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.
Düşünmək olardı ki, Məhəməliyevin bu obyektlərlə bağlı problemi yoxdur. Amma cumhuriyyet.az mediada yer alan məlumatlara əsasən bildirir ki, son 5-6 aydır Məhəməliyev həmin obyektlərlə bağlı ciddi problemlə üzləşib: “Hazırda Nəsimi rayon icra hakimiyyətinin başçısı olan Asif Əsgərov dəfələrlə deputat Məhəməliyevə xəbər göndərib ki, “obyekt”ləri bölüşdürməyin vaxtı çatıb.
Amma Nəsib Məhəməliyev öz deputat statusundan istifadə edərək icra başçısının təklifini qulaqardına vurur. Daha dəqiq desək öz “obyekt”lərini indiki icra başçısı ilə bölüşmək istəmir. İndiki icra başçısı Asif Əsgərov isə öz inadından əl çəkmək fikrində deyil. Çünki Asif Əsgərovu yaxından tanıyanlar gözəl bilir ki, o, öz marağından zərrə qədər güzəştə gedən deyil. Və istədiyinə gec-tez nail olur”.
Yeri gəlmişkən, icra başçısı Asif Əsgərovla bağlı bəzi fikirlərimizi də qeyd etmək istəyirik.
Hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olan cənab Asif Əsgərovun həyat yolu sözün əsl mənasında bir roman, kino mövzusudur. Bu şəxs ixtisasca idmançı-cüdoçudur. Bir müddət cangüdən vəzifəsində çalışıb. Sonra idman klublarına rəhbərlik edib, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub və s. Və günün birində idmaçı-cüdoçu-cangüdən Asif Əsgərov “partiya işinə” irəli çəkilib.
Sonda Səbail RİH-nin başçısı olub. Bu gün də Nəsimi RİH-nin başçısı kimi öz vəzifəsini davam etdirir.
Bütün bunlar azmış kimi Asif Əsgərov tərcümeyi-halında qeyd olunan kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olur, elmi əsərlər, məqalələr yazır, hətta müdafiə edərək alimlik dərəcəsi alıb.
Görəsən, bu boyda işləri görməyə Asif Əsgərov necə vaxt tapır..?
Amma Asif Əsgərovun əsas işi qarşıdadır:
Nəsib Məhəməliyevin Nəsimidəki tifağını dağıtmaq.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05