Bakıda iş adamı arvadını həbs etdirdi
İş adamı Barat Abdullayevin arvadının məhkəməsi başa çatıb.
musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərinə qarşı dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Təyminə Abdullayeva son sözlə çıxış edib.
O, ötən prosesdə müdafiə çıxışı edən vəkili Janna Bağırova ilə razılaşdığını və özünü təqsirli bilmədiyini deyib.
"Mən nədə günahlandırıldığımı, Baratın hansı pulunu ələ keçirdiyimi bilmirəm. Banka qoyulan ev mənim öz evimdir. Barat məndən xəbərsiz 300-dən çox ev, 10-dan çox maşın satıb. Heç biri üçün məndən icazə almayıb. Hamısını da xərcləyib, amma heç birindən xəbərim olmayıb. Barat başqa qadınla yaşayıb, ona pul xərcləyib, ev alıb. Evlilik müddəti dövründə ancaq Barat mənə ziyan vurub. Banka qoyduğum ev mənim illərlə xərcləmədiyim, yığdığım pulun qarşılığında alınıb. Mən Barata heç bir ziyan vurmamışam",- deyə T.Abdullayeva bildirib.
O, həyat yoldaşı və qaynı tərəfindən mütəmadi olaraq təhdid edildiyini söyləyib: "Ərim Barat da, qaynım da məni dəfələrlə hədələyib. Yolda tutub məni məcbur edirdilər ki, bütün əmlaklardan imtina edim. Məni dəfələrlə ölümlə hədələyirdilər. Barat deyirdi ki, "300 manatlıq canın var, səni həbsxanada da olsa öldürəcəm". Bir oğlum var. Bütün bunlar onun gözü qarşısında baş verib. O, bu yaşında nə qədər stress yaşayıb. Dərsdə belə otura bilmirdi. Fasilədə qorxa-qorxa zəng edib soruşurdu ki, "ana, salamtsan? Səni tutmayıblar?". Axı bu qədər Allahsızlıq, insafızlıq olarmı? Kişilər bir qadına qarşı bu hərəkətləri edərmi? Onlar öz kişiliklərini göstərdilər. Onların məqsədi mənim mülklərdən imtina etməyimdir. İçəridə də məni öldürmək istəyirlər. Amma mən qoymaram ki, kimsə mənə nəsə edə. Mənim özümün də qürurum var. Mən heç övladımı da fikirləşmədən bu qərarı özüm verərəm. Uşağıma baxacaq kimsə də yoxdur. Heç o, öz övladını da fikirləşmədi".
Təqsirləndirilən qadın şəxsiyyət vəsiqəsini dəyişən zaman evli olduğu halda subay yazdırmasının səbəbini də izah edib. O, deyib ki, bu sadəcə öz səhlənkarlığı ucbatından baş verib.
T.Abdullayeva son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri səyişdirilib və o, məhkəmə zalından həbs edilib.
Bildirək ki, prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikah dövründə əldə olunan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
T.Badullayeva həmçinin polis əməkdaşlarına müqavimət göstərməkdə də təqsirli bilinir. Belə ki, ittihama görə T.Abdullayeva onu polis idarəsinə dəvət edən polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirib.
Bildirək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.ismayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.
Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir. Bu işlə bağlı yenilik isə ondan ibarətdir ki, T.Abdullayevanın ittiham etdiyi “falçı Səkinə” də artıq həbs edilib. O, da dələduzlquda təqsirləndirilir.
NUH.az
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05