Jurnalistlər noyabrda yeni binaya köçə biləcək
Bakının Bibiheybət qəsəbəsində tikilmiş yeni jurnalist binasının noyabrda istifadəyə veriləcəyi gözlənir.
“Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov Novator.az-a deyib ki, binanın təhvil verilməsi üçün işlər yekunlaşır: “Çalışırıq sakinlər ən qısa müddətdə mənzillərinə köçə bilsinlər. Ola bilsin, noyabrın ikinci yarısında buna nail olaq. Tikinti şirkəti binanın daxilindəki təmir işlərini bitirib. Sənədləşmə yekunlaşmaq üzrədir. Binada yoxlama aparmaları üçün 19 təşkilata rəsmi müraciət etmişik. Yoxlamanı başa çatdıran qurumların verdiyi rəsmi cavablarda binanın istismara hazır olduğu, heç bir nöqsanın qeydə alınmadığı bildirilib.
Yanğın Nəzarəti Xidməti yanğın siqnalizasiyasını yoxlayıb, sanitar-epidemioloji nəzarət qurumunun əməkdaşları su anbarlarını dezinfeksiya edib yuyublar, bir dəfə analiz götürüblər, ikinci dəfə də götürəcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları da burada olublar. İnternet xətti çəkilib, elektrik sayğacları qoyulub.
Qaz xətti də var. Bircə həyətdə ümumi qaz xəttinə qoşulma qalıb, oktyabrın sonuna bu da həllini tapacaq. “Azəriqaz” çox tələbkar qurumdur, paytaxtda yaşayış olan onlarca bina illərlə qaz problemini həll edib dövlət reyestrindən çıxarış ala bilmir. Amma bizim binada heç bir problem qeydə alınmayıb, eyni zamanda işi sürətləndirmək üçün güzəştlər edilir. İndiyə qədər heç bir təşkilatla problem yaşamamışıq, bütün zəruri sənədlərimizi almışıq.
Bütün təşkilatlarla iş yekunlaşandan sonra noyabr ayının əvvəllərindən mənzillərin sakinlərə bağışlanmasına dair müqavilələrin bağlanması prosesinə başlamağı nəzərdə tuturuq. Operativlik üçün bu prosesdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrinin və notarius əməkdaşlarının birbaşa iştirakını təmin etmək fikrindəyik.
Bütün sakinlər gəlib öz mənzillərini görüblər, hər kəs mənzilini çox bəyənib, heç bir narazılıq yoxdur. Rəhbərlik marağındadır və əlindən gələni edir ki, sakinlər evlərinə tez köçsünlər”.
NUH.az
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05