Bakıda misli görünməmiş söküntü: “Evin girişini sökür, deyir içəri damdan gir...”
Nəsimi rayonu, köhnə “çuxur” məhəlləsi kimi tanınan 2-ci Yama küçəsində dəmiryolu xəttinin yaxınlığındakı evlər sökülür. Mayın əvvəlindən evlərin qeydiyyatına başlanılıb, sakinlərə ilin sonunadək köçmələri üçün xəbərdarlıq edilib. Amma sökülən digər ərazilərdən fərqli olaraq bu küçədə qəribə vəziyyət yaranıb, evlərdən bir neçəsinin yalnız bir hissəsi plana düşüb. Belə ki, plana əsasən 4 otaqlı evdə yalnız bir otaq, digərində hamam, həyət və ya evin girişi sökülməlidir. Bu isə sakinləri çıxılmaz vəziyyətə salıb. Bu barədə virtualaz.org saytına sakinlər danışıblar.
Sakinlərdən Azad Nuriyev deyir ki, onun evinin girişi və bir otağı plana düşüb. “Mənə deyirlər ki, evin girişi və otaq üçün 1300 manat ödəyirik, əşyaları boşaldın. Deyirəm ki, evin bir hissəsi sökülərkən digər otaqlar da yaşayış üçün yararsız olacaq. Bundan başqa həyət plana düşür, giriş qapısı götürülür, bəs mən evə necə girəcəyəm? Nümayəndə deyir ki, istəyirsiz damdan yol aç, o problem artıq bizi maraqlandırmır”, -şikayətçi söyləyir.
Digər şikayətçi isə deyir ki, onun hamamı plana düşüb, məsləhət görüblər ki, sökülən hamamın əvəzinə otaqların birini hamam etsin: “İndiyədək belə söküntü görünməyib, mənim evin girəcəyindəki hamamı sökmək istəyirlər. Deyirlər ki, yalnız bu ərazi plana düşüb, köçüb-köçməyəcəyiniz bizi maraqlandırmır. Biz də nə evdən köçmək, nə də hamamın sökülməsinə razılıq vermirik”.
Xətai istiqamətindən Dəmiryolu Vağzalına doğru yeni yol tikilib. Yolun hər iki tərəfində- dəmiryolu xəttinin ətrafında evlər var. Bəzi evlərlə dəmiryolu xətti arasında məsafə 2 metrdən azdır. Bu xətt üzrə vaqonlar yalnız bir istiqamətə-Bakı Vaqon Təmiri zavoduna gedirlər. İlkin mərhələdə yola yaxın yerləşən evlər köçürülür. Sakinlərin sözlərinə görə, küçənin köçürülməsi ilə “Azəravtoyol” ASC məşğul olur.
“Deyirlər ki, sökülən evlərin yerində yol çəkiləcək. Ancaq inandırıcı deyil, çünki Xətaidən dəmiryolu vağzalına birbaşa gedən yeni yol istifadəyə verilib. Yolun genişləndirilməsi nəzərdə tutulubsa, bütün küçəni sökmək lazım gəlir. Bizim küçə ilə metronun “28 may” stansiyası arasında 6-7 dəqiqəlik məsafə var. Görünür yeni binalar tikiləcək”, -sakinlərdən biri əlavə edir.
Sökülən evlərin ümumi sahəsinin hesablanması və ödənilən kompensasiya da narazılığa səbəb olub. Əslən Dağıstandan olan 70 yaşlı Amirova deyir ki, 40 ilə yaxın dəmiryolu sahəsində çalışıb: “Evin içindəki hamam, tualet, mətbəxt 400 manatdan hesablanır. Qonşuluqda yaşayan, 30 il dəmiryolu sahəsində çalışanlara cəmi 26 min manat koçpensasiya verdilər. Bu pul ilə heç yerdə ev almaq mümkün deyil”.
Sakinlər dəhlüz üçün 200, otaqlar üçün 1300 manatdan kompensasiya ödənildiyini, bəzi sakinlərin məcburiyyət qarşısında köçməyə razılıq verdiyini deyirlər. “Qonşuluqdakı evi sökürlər, bu evin də köçməkdən başqa çarəsi qalmır. Ödənilən pula Bakıətrafı qəsəbələrdən sənədsiz ev tapmaq mümkün olmur”, -narazı sakin söyləyir.
Anar adlı sakin isə deyir ki, küçədə 100-ə yaxın ev var, heç bir evin isə sənədi yoxdur. 1970-ci ildən indiyədək bu küçədə yaşayanlar belə evlərinə görə sənəd ala bilməyiblər. Amma kommunal xidmətləri vaxtlı-vaxtında ödəyiblər.
Qeyd edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədirlər. Onlar sakinlərin narazılığını dinləyirlər.
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15