“Təhsil Nazirliyi məndən rüşvət istəyir” - İddia
Bu gün Apellyasiya Məhkəməsində Dağıstan Dövlət Pedoqoji Universitetində təhsil almış Orxan Məmmədlinin diplomunun tanınması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, proses hakim Elmira Nağıyevanın sədrliyi ilə baş tutub. 2016-ci ilin əvvəlindən başlayan prosesin yekunu olan bugünkü iclasda qərar çıxarılacağı gözlənilsə də, oktabrın 10-na təxirə salınıb. Şikayətçi məhkəmənin qərarına etiraz edib. Daha sonra Təhsil Nariliyi və Nazirlər Kabinetinin 2009-cu ildə ixtisas tanıma ilə bağlı qərarını sübut kimi hakimlərə təqdim edərkən bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: "Mən Universitetə 2007-ci ildə daxil olmuşam. Bu qərar isə 2009-da çıxarılıb. Qanunun geriyə güvvəsi olmadığını hakimlər məndən daha yaxşı bilirlər. Bu səbəbdən sözügedən qərarın mənim təhsilimə heç bir aidiyatı yoxdur. Bu sənət 2009-cu ildən etibarən qüvvəyə minib".
O.Məmmədli jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin ondan bu məsələ ilə bağlı rüşvət istədiyini deyib: "Təhsil Nazirliyi məni vətəndaşlığımdan imtina etməyə vadar edir. Mənim təhsil hüququmu əlimdən alır, qanunlarımı tapdalayır. Sözügedən nazirlikdə vəzifəsini icra edən qanuna, Ümumilli Lider Heydər Əliyevin qol çəkdiyi sənədlərə məhəl qoymurlar. Bu qurum bu gün mənə müxtəlif səbəblər gətirərək, diplomumu təsdiq etmək istəmir. O zaman belə çıxır ki, bu gün qanunla tənzimlənməyən, əsassız, yerli və beynəlxalq təhsil qanunlarını pozaraq, ən xırda məsələləri mənə səbəb kimi göstərən Təhsil Nazirliyinə, məsələnin lap əvvəlində tələb etdikləri rüşvəti versəydim, özlərinin gətirdiyi səbəbələrə göz yumacaqdılar? Təhsil Nazirliyi bilsin, mənim halal, qanuni diplomumu təsdiqləməsələr, Azərbaycan Respublikasının vətəndaşlığından imtina edəcəyəm. Bu zaman məsələ ölkə başçısı, cənab İlham Əliyeva çatacaq. O zaman bu qurumun başında oturanlar nə cavab verəcək? Vətənini, ölkəsini sevən, təhsil almaq hüququna malik vətəndaşı bezdirib, ölkədən qaçırtmaq istəyirsiz?".
Şikayətçi Təhsil Nazirliyinin onun şəxsi məlumatlarını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə etdiyini deyib. Yəni, Gömrük İdarəsi O.Məmmədlinin ölkədən giriş-çıxışı haqda tam məlumatı Təhsil Nazirliyinin əməkdaşlarına təqdim edib. Məsələ ilə bağlı Nazirliyin nümayəndəsi qeyd edib ki, bu ekspertiza qaydası ilə tənzimlənir və nazirliyin buna hüququ çatır. Ancaq Təhsil Nazirliyinin Nizamnaməsində sözügedən maddə qeyd edilməyib. O. Məmmədli bu məsələyə də münasibət bildirib: "Təhsil Nazirliyi Nizamnaməsində vətəndaşın şəxsi məlumatını əldə etmək barədə heç bir məlumat yerləşdirməyib. Sənət tanıma ekspertiza keçirilmədən verilməlidir. Təhsil Nazirliyinin mənim şəxsi məlumatlarımı, ölkədən nə zaman çıxdığım və ya giriş etdiyim barədə məxfi məlumatlarımı əldə etməyə hüququ yoxdur. Bildiyimiz kimi, 1996-cı ildən Beynəlxalq Konvensiya qəbul edilib. Konvensiyaya görə, dövlətlər əgər qarşılıqlı olaraq bir-birlərini tanıyırlarsa, onlar arasında rəsmi hüquqi sənədlər varsa, o zaman diplomların tanınması ilə bağlı heç bir problem yaşana bilməz. Azərbaycan həm də 2001-ci ildə Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, Avropa Şurasında təmsil olunan ölkələrin diplomları birmənalı olaraq tanınmalıdır. Lakin Nazirliyin sözügedən idarəsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq diplomlardan imtina edir".
Xatırladaq ki, iki ilə yaxındır başlayan məhkəmə prosesində birinci instansiya məhz Orxan Məmmədlinin xeyrinə qərar çıxardıb. Təhsil Nazirliyi çıxarılan hökmdən razı qalmayıb və Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə Nazirliyin xeyrinə qərar verib. Bundan sonra Orxan Məmmədli Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə vətəndaşın şikayətini təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytararaq, məsələni daha dərindən araşdırmaq tapşırığını verib.
NUH.az
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09