Yağın qiyməti ilə bağlı məsələ böyüdü
Ötən gün Dövlət Gömrük Komitəsinin ölkədə yağ monopoliyasına dair verdiyi açıqlamada bəzi məqamlar ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, məlumatda qeyd edilir ki, yağın ötən il 1 kiloqramı 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib.
Təəccüb doğuran məqam bu ilin yağın 4,28 dollar, yəni 7 manata rəsmiləşdirildiyi halda bazarda artıq qiymətin 18 manata çatmasıdır. Ortada 11 manatlıq fərq yaranır. Nəzərə alsaq ki, 4 dollar yağın ölkəyə gətirilmə qiymətidir. Həmin qiymətin üstünə 15 faiz gömrük tarifi, 18 faiz isə ƏDV vergisi hesablanır. Nəticədə 33- 34 faiz yağın üzərinə əlavə qiymət gəlir. Bu da hardasa 2-3 manat əlavə pul deməkdir. Son nəticə olaraq, 10 -11 manat yağın ölkəyə gətirilməsi xərcidir.
Amma reallıq ondan ibarətdir ki, yağlar bazarda rəsmiləşdirildiyi qiymətin üzərinə bir o qədər də pul qoyulmaqla istehlakçılara təqdim edilir.
Sual olunur ki, Dövlət Gömrük Komitəsi, yoxsa sahibkar yağın qiymətinin qalxmasında maraqlıdır? Yəni, əhalini narazı salan kimlərdir?
Çünki yağ gündəlik istehlak səbətində əsas istifadə edilən məhsul olduğu üçün onun qiymətinin qalxması əhali üçün ciddi narahatlıq doğurur.
“Qafqazinfo” Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. O ötən gündən etibarən açıqladıqları statistik rəqəmlərlə bağlı çoxlu sayda sorğu aldıqlarını bildirib. Komitə növbəti dəfə məsələyə aydınlıq gətirəcəyini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yağın qiyməti dövlət tərəfindən tənzimlənən mal və məhsulların siyahısına daxil deyil.
İqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı “Qafqazinfo”ya bildirib ki, burada əsas məsələ rəqabət mühitinin yardılması ilə bağlıdır: “Əgər bazarda sağlam rəqabət olarsa, sahibkarlar da bunu nəzərə alıb qiyməti ona görə təyin edərlər.
Gömrük Komitəsi özü də etiraf edib ki, yağ hər kilosu 4,28 dollara rəsmiləşib, yəni, 7,2 manata: “Tutalım, logistik xərcləri də hər kiloya 1, 5 dollar olsun, yəni 2,55 manat. Deməli, Bakıya yağ 9,75 manata daxil olur. Bəs necə olur ki, 18 manata satılır?! Harada görünüb ki, malın üzərinə dəyəri qədər də qoyub satasan?! Gömrük Komitəsi necə izah edə bilər ki, Yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata satılır, Bakıda 18-19 manata?!
Komitənin açıqlamasının davamında qeyd olunur ki, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. (cəmi 51 şirkət olduğunu deyirlər).
Komitə həmin şirkətlərin adlarını açıqlaya, kimlərə məxsus olduğunu deyə bilərmi? Məsələn, Gürcüstana ərzaq gətirən 1000-dən çox hüquqi və fiziki şəxs var, rəqabət belə yaranır.
Sərhədyanı rayonlarda yaşayan əhali, sizcə, niyə Gürcüstandan, Rusiyadan, İrandan öz ailələri üçün yağ keçirmək istəyir? Çünki o ölkələrdə ucuzdur. Bəs niyə həmin ölkələrdə ucuz olan yağ Azərbaycanda baha olmalıdır? Bunu necə izah edə bilərsiniz? Nədən vətəndaşa öz ailəsi, lap qonşusu üçün 5-6 kq yağ keçirməyə imkan vermirsiniz?!
Gömrük qurumunun fəlsəfəsi daxili bazarı qorumaq, vətəndaşa xidmət etməkdir, bu orqanın yanaşması bir ovuc insanların varlanmağına xidmət etmək olmamalıdır”.
NUH.az
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41