Prezidentdən media ilə bağlı xüsusi tapşırıq - Təcili konfrans keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə dilçi alimlər, millət vəkilləri, teleradio yayımçıları iştirak edir.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bugünkü toplantı prezidentin bilavasitə tapşırığı ilə keçirilir:
"Məqsəd qloballaşama prosesində ana dilinin qorunub saxlanılması və inkişaf etdirilməsidir. Hər bir xalqın dili təkcə o xalqa aid ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşını, psixologiyasını, mədəniyyətini özündə əks etdirir. Dil xalqın bir toplumu digər toplumdan fərqləndirən mühüm vasitədir. Azərbaycan dili dövlətimizin əsas atributlarından olmaqla yanaşı, dövlət dili unikal sosial mədəni fenomendir. Məhz bu kimi amillər bizdən dövlət dilinin inkişafına həssaslıqla yanaşmağımızı tələb edir. Müasir dövrdə qloballaşmalar dövlət dilindən də yan keçməyib.
Təəssüf ki, KİV- də və elektron mediada dövlət dilinin norma və ifadələrinə uyğun olmayan sözlər eşidirik. Buna görə də dövlət başçısı tərəfindən sərəncam verilib. Həmin sərəncamda göstərilir ki, yerli-yersiz sözlər dilimizə gətirilir. Qurumlar buna nəzarət etmir. Filmlərin dublyajında, küçə reklamlarındakı sözlər dil normalarına uyğun gəlmir. Təəssüf ki, 2012- ci ildə imzalanmış sərəncamın qaydalarına bu gün də tam riayət edilmir. Ona görə də cənab prezident bu tədbirin keçirilməsinə xüsusi tapşırıq verib".
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: “Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib.
Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olub. Fərmanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb: "Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.
Ə.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl davam etdirir: “Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb”.
***
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, mətbuatın dilində pozuntuların böyük bir qismi feillərlə bağlıdır: " Mətbuatımızda əsas problem jurnalistlərin yazdıqları sahəyə bələd olmadıqlarına görədir. Mətbuatda ixtisaslaşma aparılmalıdır. Kütləvi xarakter daşıyan məsələ leksik pozuntulardır. Son on ildə baş verən dəyişikliklərlə bağlı dilimizə alınma sözlər daxil olub. Amma hesab edirəm ki, bu narahatedici məqam deyil".
***
Azərbaycan Dil Qurumunun sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, uşaqlara dil uşaqlıqdan yaxşı öyrədilməlidir: " Əgər ona uşaqlıqdan dil yaxşı öyrədilməsə, o, həmişə dili yarımçıq danışacaq. Televiziyada əxlaqsız adam əxlaqdan, mənəviyyatsız adam mənəviyyatdan danışır. Belə olmaz. Hamı bilir ki kim kimdir. Hər televiziyaya baxanda bilirsən ki, bu aparıcı kimin adamıdır. Gözəllik insanın içində olmalıdır. Xarici görkəmə fikir vermək olmaz. Mən dilimizə içərimizdən təxribat görürəm. Niyə "green house", niyə " palace" deyilməlidir. Buna icazə verən qurumların rəhbərləri dilimizə həqarət edirlər. Çünki onların qanı təmiz deyil, dilimizi sevmirlər".
NUH.az
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04