Bakı ŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəisi də Eldar Mahmudovun adamı imiş -ŞOK İDDİA
Maraqlı7 oktyabr 2017 00:17
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) vəzifə sahibi olan ayrı-ayrı adamların ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələri de-şifrə olunur.
İcmal.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun MTN-lə əlaqələri haqda sensasion iddialar var.
Bu haqda gundemxeber öncə yazıb ki, uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği Eldar Yunusov tərəfindən müəyyən edilir.
Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır.
Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.
Sonra məlumatda deyilir ki, Eldar Yunusov ildə bir neçə dəfə İsrailə müəmmalı səfərlər edir. Bu səfərlərin sayını bilmək üçün onun xarici pasportuna vurulan möhürləri saymaq kifayətdir.
E.Yunusovu İsrailə bağlayan heç də bu ölkənin təbiəti və yaxud tarixi abidələri deyil. Bu səfərlər onun bu ölkədə tək biznes maraqlarını təmin etmək məqsədi daşımır.
İsraildə olarkən onun keçirdiyi gizlin, müəmmalı görüşlərin də araşdırılması zəruridir. E.Yunusov eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətində İqtisadiyyat komitəsinin sədri vəzifəsini icra edir.
O, bu vəzifəni daşımaqla başçısı ilə olan münasibətlərinin daha yüksək səviyyəyə çatmasına nail olub.
Məlumata görə E.Mahmudovun adamı olduğunu fəxrlə bildirən E.Yunusovun oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb.
Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Zamanında bu taborda xidmət etmək üçün 10-15 min manat “şirinlik” tələb olunsa da Yunusovun oğlu bu imkandan havayı yararlanıb.
Bu fakt ondan xəbər verir ki, əmlak komitəsi sədri Kərəm Həsənov, rabitə naziri olmuş Əli Abbasov və başqa məmurlar kimi Bakı meri Hacıbala Abutalıbovun da yaxın çevrəsi MTN çetesi ilə işbirliyinə bulaşıb.
Bu məsələlərdən merin xəbərinin olmaması inandırıcı deyil. Abutalıbovun idarəsində MTN korpusunun yaranmasına göz yumacağı da ağlabatan deyil.
Görünür ki, E.Mahmudovla əlaqəli olan E.Yunusov Abutalıbovun razılığı ilə bu işlərə baş qoşublar. Eldar Yunusov da adaşının nüfuzundan kifayət qədər yararlanıb.
Özünü Eldar Mahmudovun adamı kimi tanıtmaqdan qürur duyan idarə müdiri, bu adın ona verdiyi “imtiyazlar” sayəsində bir çox əməliyyat və maxinasiyalarda sözükeçən tərəf kimi çıxış edib.
Nəticədə külli-miqdarda pullar qazanıb. Bu gün isə, artıq məlum səbəblərdən Eldar Yunusov keçmiş əlaqələrini büsbütün danmağa çalışır. Qarşı tərəfi dinləməyə hazırıq. İcmal.Az
Oxşar xəbərlər
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya