Yollarda “çökən” milyonlar: Yağış onları da “udur”
İstər paytaxt Bakıda, istərsə də bölgələrdə yollarımız bərbad vəziyyətdədir. Çala-çuxurlu, yamaqlı yollarla hərəkət etmək demək olar ki, mümkün deyil.Heç bir ölkədə Azərbaycanda olduğu qədər yol tikintisinə pul ayrılmır.Mütəmadi olaraq yeni yollar salınır, köhnələri təmir olunur.Bir sözlə, yol infrastrukturuna milyardlarla vəsait xərclənir.Xərclənən vəsaitin müqabilində isə həddindən artıq keyfiyyətsiz və dözümsüz yollar salınır.Yol salınarkən infrastuktur qaydalarına əməl edilmir, kanalizasiya xəttləri düzgün quraşdılmır.Bu gün salınan yolların bir yağışlıq da canı yoxdur. Belə olmasaydı, bu günlərdə Nizami rayonu Mehdi Abbasov küçəsində yeni salınan yol güclü yağan yağışdan sonra çökməzdi...
Ekspertlər də qeyd edir ki, Azərbaycanda yollar elə səviyyədə çəkilir ki, yağış yağan kimi, asfalt dağılıb-tökülür, çala-çuxur əlindən tərpənmək olmur.Çox keçmir ki, yollarda çatlar əmələ gəlir.Bir ay əvvəl salınan yol gələn aya salamat çıxmır.Pis günə düşən yollara yamaq vurmaq isə “Azəravtoyol” ASC-nin köhnə şakəridir. Halbuki ölkə başçısı yol infrastrukturu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayırır. Bu vəsait isə tam olaraq aidiyyatı üzrə deyil, sağa-sola, kimlərinsə cibinə axır...
Qeyd etdiyimiz kimi bu günlərdə paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə baş verib.Hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub.Qurumun açıqlamasına görə həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından, yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, sonuncu baş verən yol çökməsi onun yaşadığı ərazidədir:
“Azər Manafov küçəsindən başlayaraq kanalizasiya sularının axıdılması üçün kollektor bu günlərdə 3 dəfə fərqli-fərqli yerlərdə partdıyıb. Hətta qonşumun hasarına iki dəfə ziyan vurulub.Bir dəfə borunu dəyişiblər.Yenə də həmin yerdən çöküb. Vaxtilə “Təbriz” (keçmiş “Sevinc”-red) kinoteatrının arxasına beton borular yığdılar ki, kollektorlar dəyişilməlidir. Ancaq o borular bizim gözümüzün qabağında bir-bir, iki-iki harasa daşındı, satıldı. Yəni əsaslı kapital qoyuluşu edilmədi.Neçə illərdi bu davam edir.Bu yolun çökməsində birbaşa günahkar “Azərsu” Asc-dir. Həmin küçədə müxtəlif ticarət obyektlərinin kanalizasiyaya qoşulması üçün müəyyən texniki şərtlər verilib.Həmin kollektorun 2 metrlik boru xəttini zədələyiblər və ora qoşulublar.Fikrimcə, bu və ya digər formalarda sahibkarlardan rüşvət alınıb.Beləcə lazım olan texniki şərtlərə əməl edilmiyib.Məlumdur ki, tenderlər ancaq kağız üzərində həyata keçirilir.Kommunal xidmətlərlə bağlı dövlət şirkətlərinin əksəriyyəti bura daxildir.Həmin şirkətlərin rəhbərlərinin yaxın qohumlarının ailə üzvləri bu tenderləri udurlar. “Azəriqaz”, “Azəravtoyol” qurumlarının fəaliyyəti ilə bağlı kifayət qədər jurnalist araşdırmaları var. O şirkətlər 10 milyon, 100 milyon vəsaitləri mənimsəyir. Ərazilərə yeni plastik borularla su xətti çəkirlər.Həmin içməli su xətləri gündə 3-4 yerdən partlayır.Yəni keyfiyyətsiz işləyirlər. Günəmuzd fəhlələri bu işlərə cəlb etməklə kağız üzərində iş görürlər. Cavabdeh qurumlar müəyyən etməlidir ki, bu şirkətlər kimlərdir, kimə məxsusdurlar.Dövlət büdcəsi hesabına görülən işlərinin zəmanəti varmı?Bu layihələr, tenderlər kağız üzərində hamısı gözəldir.Amma işin praktik tərəfinə baxanda görürük ki, keyfiyyətsiz borular, materiallar almaqla işi başqan-sovdu yola verirlər.Olduqca baha rəsmiləşdirirlər. Əhalinin vəziyyətinin yaxşılaşdırılması, sosial-təminatının gücləndirilməsi üçün ölkə başçısının dövlət büdcəsindən ayırdığı vəsaitlər aidiyyatı üzrə xərclənmir. İşlərin icra mexanizmi çox kobud olduğundan dövlət vəsaitləri səmərəsiz xərclənir”. Ekspertin sözlərinə görə, aidiyyatı qurumlar ictimaiyyəti aldadırlar: “Bildirirlər ki, borular köhnədir, neçə illərdir ki, çəkilib. Amma texniki şərtlər üçün rüşvət alırlar və yaxın yerlərdən kanalizasiya çəkməklə asfaltı zədələyirlər.Öz qohum-əqrəbalarına 100 milyonlarla tender verən adamlar bu gün dövlət qurumlarına öz şəxsi obyektləri kimi baxırlar. Çox təəssüf...”
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Prezident xalqı təbrik etdi
8 aprel 2024 19:18
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09