Azərbaycana ucuz və təhlükəli kərə yağları gətirilib
Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.
Xatırladaq ki, ötən həftə kərə yağının kəskin bahalaşmasından sonra yaranan narazılıqlar bu məhsulun idxalçılarının açıqlama ilə çıxış etməsinə səbəb oldu. Ölkənin 7 ən böyük yağ idxalçısı qiymət artımının səbəblinə dair ictimaiyyətə izahat verdi. Həmin izahatdakı bir fikir xüsusilə diqqəti cəlb edir. Belə ki, idxalçı sahibkarlar bildirdilər ki, “bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır”.
“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın apardığı araşdırmaya görə hazırda bazarda qeyd olunan qiymətə satılan əsasən Rusiya, Belarus və Ukrayna mənşəli kərə yağlarıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur ki, 2017-ci ildə bu ölkələrdən yağın kiloqramı 2-4 dollara idxal edilib. Halbuki həmin ölkələrdə yüksək keyfiyyətli (72 və 82,5 faizli) kərə yağının topdansatış qiyməti 5 dollardan aşağı deyil. Bu isə qeyd olunan ölkələrdən gətirilən yağların keyfiyyətini ciddi sual altında qoyur.
Bu fakt diqqəti idxal olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsinə yönəldir. Qeyd edək ki, ölkədə istehsal olunan və kənardan gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsi ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan prioritet məsələlərdən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən bu ilin 6 ayı üzrə həmin sənəddə nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi aparılıb. Monitorinq göstərib ki, “Əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərinin formalaşdırılması” prioritetinin icrası istiqamətində işlərə hələ başlanmayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, idxal olunanda bütün növ məhsulların, o cümlədən də ərzaq məhsullarının həm Azərbaycanda, həm də dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğunluğu yoxlanılır, uyğunluq sertifikatı verilir. Həmin sertifikatları verən təşkilatları Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi seçir: “Onların siyahısı bizim internet saytımızda var. İdxal ediləcək məhsullar uyğunluq sertifikatı verilməsi üçün həmin təşkilatlar tərəfindən sınaq laboratoriyalarında yoxlanılır. Əgər müəyyən olunmuş standartlarla uyğundursa, ona uyğunluq sertifikatı verilir və idxalı həyata keçirilir. Uyğun olmayan məhsula isə belə sertifikat verilmir.”
Bəs hər hansı yolla istehlak bazarına standartlara cavab verməyən, aşağı keyfiyyətli məhsulların çıxarılmasına necə nəzarət olunur? Belə halların qarşısını almaq üçün hansı addımlar atılır?
Qurum rəsmisinin sözlərinə görə, 2 ildir ölkədə sahibkarlıq subyektlərinin yoxlanmasının qadağan olunması haqqında qanun qüvvədədir: “Buna görə də biz istehlak bazarında planlı yoxlamalar aparmırıq. Sadəcə, konkret müraciətlər olanda yoxlama həyata keçiririk. Bildiyiniz kimi, qanunun müddəti noyabrda bitir. Əgər yenidən müddəti uzadılmasa, biz planlı yoxlamaları bərpa edəcəyik. Uzadılsa belə, bu, o demək deyil ki, sahibkarlar aşağı keyfiyyətli, vətəndaşların sağlamlığı üçün təhlükə yaradan məhsulları gətirməlidilər. Onlar bu məsələdə öz üzərlərinə düşən məsuliyyəti layiqincə qiymətləndirməyi bacarmalıdılar.”
Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Beləliklə də idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə onların uyğunluq sertifikatı tələb olunmur.
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05