İŞİD-dən qaçan qadın: «Qızıma o qədər təcavüz etdilər ki öldü...»
İŞİD-in (İraq İslam Şam Dövləti) əlindən qaçan N.B. adlı türkmən qadın başına gələn müsibətləri və qaçış hekayəsini BBC-yə danışıb. Təhlükəsizlik tədbirləri səbəbindən onun gerçək adı verilməyib və eyni səbəbdən də fotolarda üzü göstərilməyib.
"Qaynarinfo" İŞİD-in əlindən qaçan qadının dəhşət dolu həyat hekayəsini sizlərə təqdim edir:
"İŞİD bizi qaçırmamışdan öncə İraqın Tikrit şəhərinin şimalındakı Əl-Alam qəsəbəsində yaşayırdıq. Mən şiə, ərim isə sünni idi. Ərim həmin qəsəbənin mollası və sayılıb seçilən şəxslərindən biri idi. Məscid evimizin yaxınlığında yerləşirdi. Biz heç zaman məzhəb məsələlərini müzakirə etməzdik. Heç kimlə düşmənçiliyimiz yox idi. Qəsəbəmizdə kiçik bir mağaza var idi, evdə çörək bişirər, həyətyanı sahəmizdə isə göyərti əkərdik. Evimiz böyük olduğundan bir neçə türkmən müəllimə də kirayədə qalırdı. Uşaqlarımız da onların dərs dedikləri məktəbə gedirdilər.
Əsgərlərdən birini təndirdə gizlətdim
İŞİD Tikritə girəndə tutulan əsgərlər edam edildi. Həmin qətliamda 1500 nəfər öldürüldü. Qəsəbə ilə Tikrit arasında Dəclə çayı axır. Sağ qalanların bəziləri çayı keçərək bizim qəsəbəyə gəldilər. Onların ardınca da İŞİD hücum etdi. Qaçanların bəziləri türkmənlər idi, mənim də türkmən olduğumu bilib evimizə sığındılar. Bəzilərinə qadın paltarı geyindirib yola saldıq, bəzilərinə də ərim öz kimliklərindən verdi. İŞİD onları axtaranda əsgərlərdən birini təndirin içinə saldım. Təndir isti idi, gəncin bəzi yerləri yansa da, səsini çıxarmadı. İŞİD getdikdən sonra onu oradan çıxarıb yola saldım.
Gəncləri güllələyib, ərimi əsir götürdülər.
Bəsrədən olan 3 şiə gənc vardı. Ərim onları qorumaq üçün məscidə aparmışdı. Bir gün gecə saat 3-də İŞİD əsgərləri evimizə gəldilər. Yağış yağırdı, hər tərəf palçıq idi. Bizim o 3 nəfərə kömək etdiyimizi anlamışdılar. Onları tapıb güllələdilər, ərimi də əsir götürdülər. Bir daha ondan xəbər ala bilmədim.
Səhər yenə gəldilər və evimizi bombaladılar. Onlardan biri mənə, "sən Aşura mərasimlərinə qatılırsan, deməli imam Həsəni də sevirsən. Buna görə də cəzalandırılacaqsan", dedi. Bizə "buradan gedin" deyib göndərdilər.
Mən, iki uşağım, evimizdə qalan müəllimələr, onlardan birinin uşağı və bir də ərimin digər arvadından olan qızım (o da gənc qız idi) birlikdə yola çıxdıq. Bir qədər irəlidə İŞİD qabağımızı kəsib, bizi əsir götürdü.
Bir qıza dörd nəfər təcavüz edirdi
Ətrafdan topladıqları digər qadınlarla birgə bizi bir qaraja apardılar. Orada 18 gənc qız və qadın var idi. Onlardan biri hamilə idi və 4 uşağı vardı. Orada evliləri və subayları bir-birindən ayırdılar. 5 bakirə qız var idi. Gözümüzün qabağında onlara təcavüz etdilər. Qızlar mənə, "bacı, bizi bunların əlindən qurtar", deyə yalvarırdı. Mən də onları qorumaq üçün "Qurana and içirəm ki, bunlar bakirə deyil. Etməyin" deyirdim. Bu zaman onlardan biri məni vurdu, digəri çiynimi dişlədi. Bu gün də həmin yer qapqaradır. Bir qıza 4 nəfər təcavüz edirdi.
Ögey qızımı o qədər zorladılar ki, öldü
Ögey qızımın 18 yaşı var idi. Onu demək olar ki, mən böyütmüşdüm. O qədər təcavüz etdilər ki, öldü. Digərlərinin 20 yaşı var idi. Bir yandan zorlayır, digər yandan döyürdülər. Hamısının silahı var idi. Müəllimlərdən biri çox gözəl idi. Ona daha çox təcavüz etdilər, zülm verdilər. Biri qayanın üstünə düşüb öldü, digərləri də yaralı idilər. Hamısının qanaxması var idi. Mən belə bir dəhşət görməmişdim.
Təcavüz edənlərdən ikisini tanıdım. Bizim qonşuluğumuzda yaşayan ərəblər idi. Evləri uzaqda idi, amma bizim qəsəbədə yaşayırdılar.
Qarajda 21 gün qaldıq, halsız vəziyyətdə idik
Yemək üçün heç nə vermirdilər. Bir-birimizə deyirdik ki, sağ qalan olsa, uşaqlarımıza sahib çıxsın. Çox zəifləmişdik. Üzümüz qabıq bağlamışdı. Elə vəziyyətdə idik ki, əqrəb sancdı, amma hiss etmədim. Orada 21 gün qaldıq
Zorlanan qızlar qanaxmadan bir-bir ölürdülər. İŞİD bizə nəzarət etməyi yaşlı bir adama tapşırmışdı. Onlar gedəndə o, bizə su verirdi. Bir gün bir keçi gətirib südündən uşaqlara içirdi. Günlər sonra İŞİD gəlib sağ qalanları iki qrupa böldü və bəzi qadınları apardılar. Mən iki uşağım, başqa bir qadın və müəllimlərdən birinin uşağı ilə birlikdə qaldım. İŞİD getdikdən sonra həmin yaşlı adam gəlib "sizi də aparacaqlar, onlar gəlmədən qaçın" dedi. Bizi yolayrıcına qədər apardı, amma özü geri qayıtdı. Mən qarajda olanda Allaha yalvarırdım, "bizə kömək ol" deyirdim. İnanıram ki, onu bizə Allah göndərdi. Daha sonra bizə kömək etdiyi üçün o yaşlı adamın da öldürüldüyünü öyrəndik.
Beş gün çöllə getdik, ot yedik, uşaqlardan biri qollarımda öldü
Günlərlə ac-süsüuz çöllərdə getdik. Yeməyə heç nəyimiz yox idi. Məcbur qalıb ot yeyirdik. Müəllimin uşağı qollarımda can verdi. Uzun müddətdən sonra Kərkükün Məktəbi Xalid bölgəsinə çatdıq. Orada bir qrup bizə kömək etdi, beləcə xilas ola bildik.
Mən uşaqlarımla birgə Kərkükdəki xalamın yanına yerləşdim. Lakin bizimlə gələn müəllimi ailəsi namus məsələsinə görə qəbul etmədi. İndi İranda psixoloji yardım alır. Oğlum o gündən bəri çox danışmır. İndi burada heç nə əkə bilmirik, əlimdən heç nə gəlmir, hər şeyi pulla almaq məcburiyyətindəyik. Əvvəllər anamın təqaüdü vardı, amma öləndən sonra o da kəsildi. Yaşlı bir qadın var. Ona baxıcılıq edirəm, qazandığım pulla da uşaqlarımın qarnını doyuzdururam".
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29