Bakıya çemodanlarla pul daşıyan Axundovun işini yoxlamağa başladılar
Rusiyada “Analitika və təhlükəsizlik” Federal İnformasiya Mərkəzi “Qazprom” şirkətinin podratçısı, Eduard Həsənov, Zaur Axundov və Oleq Polyakovun həmsahibləri oldğu “Peton” şirkətinin fəaliyyəti ilə bağlı xüsusi hesabat hazırlayaraq Prezident Administrasiyasına, Federal Təhlükəsizlik Xidmətinə və İstintaq Komitəsinə göndərib.
“Qafqazinfo” Vitualaz.org-a istinadən xəbər verir ki, müraciətdə “Peton” şirkətinin idxalın şaxələndirilməsi adı altında dövlət konserninin pullarını xarici offşor zonalarda qeydiyyatdan keçirdikləri törəmə şirkətlərə axıtmasından bəhs olunur.
Federal İnformasiya Mərkəzinin rəhbərləri Sergey Sokolov və Ruslan Milçenko “Komsomolskaya Pravda” qəzetinə müsahibələrində “Peton” şirkətinin fəaliyyətinin Rusiyanın idxalın şaxələndirilməsi siyasətinə zidd və milli təhlükəsizliyə təhdid olduğunu deyiblər.
Bundan əvvəl Ufa şəhərində qeydiyyatda olan “Peton” şirkətinin və onun sahibləri haqda compromat.ru portalı araşdırma dərc etmişdi. Həmin araşdırmada göstərilirdi ki, Zaur Axundov Ufadan Bakıya bir çox hallarda Moskvadan tranzit keçməklə tez-tez çemodanlarla pul daşıyır. Onun azərbaycanlı kriminal avtoritetlərdən biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.
Sayt yazırdı ki, əslində Başqırdıstanda qeydiyyatdan keçən Texnoloji-Mühəndislik Holdinqi “Peton” MMC podratçı kimi heç bir istehsal və tikinti bazasına malik olmayan “içiboş” şirkətdir. Bu şirkət ancaq o məqsədlə yaradılıb ki, ilk növbədə “Qazprom” kimi iri dövlət şirkətindən milyardlarla rublu “sağsın”, sonra həmin pullar “Peton”a nəzarət edən nüfuzlu mütəşəkkil qruplaşmasının üzvləri arasında bölüşdürülsün. Həmin qruplaşmada cəmləşən adamlar “Peton”a hər tərəfdən tam “krışa” təmin edir.
“Biz hesab edirik ki, bu şirkət idxalın şaxələndirilməsi ilə məşğul olduğu haqda görüntü yaradır, onun kontragentlərinin, o cümlədən offşor kontragentlərinin fəaliyyəti məndə böyük şübhələr oyadır”-Milçenko deyib.
Ruslan Milçenko bildirir ki, bir vaxtlar “Peton” azsaylı əməkdaşlara malik olan kiçik layihə institutu idi və özünün istehsalat bazası yox idi. Situasiya indi də belədir. “Lakin “Peton” özünü neft və qaz sahəsində idxalın şaxələndirilməsini həyata keçirən başlıca mütəxəssislərdən biri kimi tanıdaraq “Qazprom”un iri podratçısına çevrilib. İnstitutun rəhbərliyi tez-tez bu mövzuda müsahibələr verir. Əslində isə reallıqda vəziyyət başqadır”-o deyib.
Məsələn, “Peton” podratçı şirkət kimi Leninqrad vilayətində sıxılmış qaz zavodu tikir. Həmin zavodun texnologiya və avadanlıqlarını Almaniyanın “Linde” şirkəti təmin edir. Alman şirkəti bildirir ki, həmin layihədə “Peton” onların texnologiyasının və avadanlıqlarının adaptasiyası ilə məşğuldur. “Bəs idxalın şaxələndirilməsi harada qaldı”-agentlik rəhbəri sual edir.
Milçenko deyir ki, “Peton”un daimi subpodratçılarından biri “RDV Evraziya” MMC-dir. İlk baxışdan bu, rus şirkəti kimi görünür, amma səhmlərinin 100 faizi Amerikanın boru kəmərləri üçün avadanlıqlar və xidmətlər təklif edən „T.D.Williamson“ şirkətinə məxsusdur. Milçenko “Peton” şirkətinin xarici offşorlarda qeydiyyatdan keçmiş digər tərəfdaşlarının da adlarını sadalayıb. Bildirib ki, bu şirkət kağız üzərində “Qazprom”dan aldığı milyardlarla rublu guya Rusiya şirkətlərinə ödəyir, amma əslində pullar offşor şirkətlərin hesablarına gedir.
Rusiya KİV-ləri xəbər verir ki, artıq Federal Təhlükəsizlik xidmətinin iqtisadi təhlükəsizliyə cavabdeh olan iki idarəsi "Peton" şirkətinin fəaliyyətini araşdırır.
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49