Biznesmenin oğlu, “Mercedes"lə polkovniki vurub öldürdü
Bakıda üç il əvvəl iş adamının oğlunun yüksək sürətlə idarə etdiyi avtomobillə vurub şil-küt etdiyi piyadanın-Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovun ölümünün ört-basdır edilməsinin yeni təfərrüatları məlum olub.
virtualaz.org xəbər verir ki, söhbət “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində törətdiyi qəzadan gedir. Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib, lakin onun “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır ediblər.
Nəticədə biznesmenin oğlu törətdiyi hadisəyə görə məsuliyyətdən kənarda qalmağa nail olub. Və belə görünür ki, onun hansısa yollarla təmin etdiyi toxunulmazlıq statusu son vaxtlar bir-birinin ardınca qəzalar törədib insan ölümlərinə səbəb olan məmur, general övladlarının statusunu da üstələyib.

Çünki son bir neçə ayda Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, Xəzər Dəniz Gəmiçiliyi idarəsinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Novruzəli Orucovun oğlu kimi yüksək mənsəbli şəxslərin ailə üzvləri törətdikləri səs-küylü cinayətlərə görə həbs olunublar. Bu da ondan irəli gəlir ki, prezident İlham Əliyev məmurların ailə üzvlərinin törətdikləri əməllərə görə cəzasız qalmayacağını, hər kəsin qanun qarşısında bərabər olduğunu qəti bəyan edib. Belə hallara qarşı barışmaz mövqe ortaya qoyub. İndiki halda isə biznesmen oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olublar.
Xatırladaq ki, bu hadisənin ört-basdır edilməsi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir. Bu haqda hər iki tərəfin mövqeyini işıqlandırmaqlavirtualaz.org saytı da geniş yazmışdı.

Polkovnikin ölümünün ört-basdır edilməsi faktının bu münaqişədən sonra KİV-lərə sızdırılması ola bilsin ki, təsadüf deyil. Lakin bu , məsələnin daha az ictimai maraq kəsb edən hissəsidir, əsas olanı budur ki, nüfuzlu iş adamının oğlu Bakıda ölümlə nəticələnən yol qəzası törədib və bu hadisəyə görə hələ də məsuliyyətə cəlb olunmayıb. Niyə? Necə olub ki, 3 tondan çox ağırlığa malik, yüksək sürətlə hərəkətdə olan cipin vurub xurd-xəşil etdiyi piyada hospitala aparılandan və orada keçinəndən sonra onun “öz əcəli ilə öldüyü” qənaətinə gəliblər?
Qeyd edək ki, az qala hər gün ölümlə nəticələnən piyada vurulması hadisələrinin baş verdiyi Bakıda 2014-ci ildə baş vermiş həmin hadisə geniş ictimai maraq kəsb etməyib. Belə hadisələr adiləşdiyindən KİV-lər onu araşdırmağa lüzum görməyib və piyadanın vurulması haqda xəbər lentlərində qısa məlumatdan başqa təfərrüatlar da yer almayıb. Lakin həmin məlumatlarda qısaca da olsa göstərilirdi ki, piyada aldığı xəsarətlərdən xəstəxanada keçinib. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı ilə münaqişəyə görə gündəmə gəlib və fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, “ürək tutmasından” ölüb.

Bəs biznesmen oğlunun avtomobillə vurduğu piyada hansı xəsarətlər almışdı? Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının hüquqşünas sorğusuna verdiyi cavabda göstərilir ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu 18.05.2014-cü il tarixdə agir vəziyyətdə (!) hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmamışdı. Lakin Baş Klinik Hospitalın cavabında qeyd edilir ki, aparılmış reanimasyon tədbirlərə baxmayaraq xəstədə “bioloji ölüm” (?) qeydə alınıb və o, kəskin ürək-damar çatışmazlığından vəfat edib.
Göründüyü kimi ağır bədən xəsarətləri alan xəstə hospitala daxil olur və o, daha sonra “öz əcəli ilə”, yaxud “qəfil ürək tutmasından” ölür. Burada məntiq haradadır? Açıq-aşkar şübhə yaranır ki, həkimlər xəstənin aldığı ağır fiziki xəsarətlərdən öldüyünü ört-basdır etmək üçün “bioloji ölüm” barədə rəy veriblər?

Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsindən isə bildirirlər ki, hadisə ilə bağlı cinayət işi CM-nin 263.2-ci maddəsinə əsasən başlanılıb (ölümlə nəticələn agır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.
MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi isə zabitin meyitinin məhkəmə-tibbi ekspertizasını keçirməyə nəyə görəsə lüzum görməyib. Hansı ki, Mərkəzi Klinik Hərbi Hospitalın həkimlərinin verdiyi rəyə əsasən avtomobillə vurulmuş piyadada aşağıdakı ağır fiziki xəsarətlər var idi: hər iki ağciyərin pulmoniti, sağ 4 qabırğanın, sağ körpücük sümüyünün diafizin yerdəyişməsi, köndələn sınığı, hər iki oma-qalça birləşməsinin və sinfizin cırılması, sağ sirkə kasasının damının, sağ qasıq sümüyünün hər iki şaxəsinin qəlpəli yerdəyişmiş sınıqları, sol baldır sümüklərinin sınıqları, travmatik-hemorragik 2-ci dərəcəli şok.



Tibbi savadı olmayanlara belə aydındır ki, əgər insan bu cür ağır fiziki xəsarətlər alırsa onun yaşamaq şansı qalmır. Lakin həkimlər bütün bu fiziki xəsarətləri bir kənara qoyaraq xəstənin “ürək tutması” nəticəsində “biloji ölümünün” baş verdiyini göstəriblər. Doğrudanmı bu rəyi verənlər işin qapalı qalacağına əmin idilər və faktın nə zamansa mətbuata çıxacağını nəzərə almamışdılar?
Digər tərəfdən qəzada vurulan piyada ordunun zabiti olduğundan işi Hərbi Prokurorluq da apara bilərdi, ancaq buna lüzum görülməyib. Və işə “cinayət tərkibi olmadığı” üçün xitam verilib. Xaliq Seyidov isə törətdiyi əmələ görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyərək azadlıqda gəzir. Nəyin və hansı görünməz qüvvənin sayəsində? Bu, hansı təhlükəli presedenti yaradır? Əgər sürücü imkanlıdırsa və atası biznesmendirsə yolda piyadanı vurub öldürə və heç bir gün də olsa həbsdə yatmaya bilər? O zaman Bakı piyadalarının vay halına. Onlar doğrudan da hər gün belələrinə görə həyatlarını riskə atmış olurlar...
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
