Tarix İnstitutundan Təhsil Nazirliyinə ittiham
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.
İnstitutdan APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdı. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib.
Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılmışdır. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməmişdir.
Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armeniya” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”.
Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar (“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilib ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəşriyyatlar isə öz ətrafına “münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayırlar. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir.
Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, “daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır.
Şuranın bəyanatında o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir:
Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilmişdir. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.
NUH.az
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31