Deputat atasının agent olub-olmadığını araşdırır...
Siyasət19 oktyabr 2017 16:49
İlham İsmayıl: “Xüsusi xidmət orqanı heç bir halda şəxsin agent olduğunu açıqlamaz”
Sosial şəbəkələrdə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin atası, şərqşünas alim Məmmədmübariz Əlizadənin DTK (KQB) agenti olması barədə iddialar yenidən gündəmə gəlib. Onun mərhum prezident Əbülfəz Elçibəyin həbsinə baiskar olduğu, Elçibəyin isə son sözündə M.Əlizadəni biabır etdiyi bildirilir.
Bununla bağlı virtualaz.org A.Əlizadəyə müraciət edib. Deputat suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə müraciət edib: “Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəmə işinin materialları ilə tanış olmaq imkanı barədə bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədət müəllimə çox təşəkkür edirəm, o, mənə aydın cavab verdi ki, sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında yoxdur və o, Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəməsində iştirak etməyib”.
Amma əksəriyyət ASDP rəhbərinin yalan danışdığını, bununla izləri atasının üzərindən götürməyə çalışdığını deyir. Arqument kimi də xüsusi xidmət orqanlarının şəxsin agent olmasını təsdiqləyən açıqlama verməsinin mümkünsüzlüyü göstərilir.
Sabiq MTN polkovniki İlham İsmayıl bildirdi ki, əgər DTX rəhbəri Araz Əlizadəyə başqa cavab versəydi çox təəccüblənərdi: “Mədət Quliyevin cavabı düzgündür. Dünyanın heç bir xüsusi xidmət orqanı heç kəsə demir ki, mənim agentimsən, yaxud deyilsən. Burada arayış veriləcək bir şey yoxdur. Hətta ifşa olunmuş agentlər haqqında belə xüsusi xidmət orqanı məxfi əməkdaş olduğu, yaxud agent olması haqqında heç bir rəsmi informasiya vermir. Burada söhbət Məmmədmübariz Əlizadədən getmir. Heç kəs bu dəqiqə deyə bilməz ki, o, agentdir. Onu sübut etmək çox çətindir. Belə şəxsləri onlarla birlikdə işləmiş insanlar ifşa edə bilərlər. Bu da cinayət məsuliyyəti yaradır. Bu cür məsələlərin bu şəkildə üzə çıxarılması düzgün deyil. Araz Əlizadə deyir ki, arayış verildi ki, sizin atanız siyahıda yoxdur. Əlbəttə, belə olmalı idi. Mədət Quliyev başqa nə deməli idi? Deməli idi ki, bizim agent olub? Əlizadənin bunu mətbuatda sanki kimlərəsə cavab kimi təqdim etməsi çox absurddur.
Kimin haqqında indiyə qədər təhlükəsizlik xidməti deyib ki, bizim agentdir, yaxud agentimiz olub? Hətta hazırda davam edən Akif Çovdarov, Elçin Quliyevin məhkəməsində bəzi agentlərin yalnız ləqəbi səslənib, ad-soyadları deyil. Hərçənd ki, o da düzgün deyil. Amma ləqəblə heç kəs bilinmir. Bu məlumatın mətbuata çıxarılması həm jurnalist peşəkarlığı deyil, həm də Araz Əlizadənin sanki Amerikanı kəşf etməsi kimi çıxır. Kimsə deyə bilər ki, onun atası agent olub, amma bu sübut olunmur ki. Bunu sübut edən şəxs cinayət hüququ daşıyar. İndiyə qədər mətbuata çoxsaylı müsahibələr vermişəm. Bir dəfə agent adı çəkmişəm? Bunu demək mümkün deyil. Dedinsə, həbs olunmalısan. Çünki dövlət sirrini açmış olursan. Kim haqqında, hətta əlinizin içi kimi əmin olduğunuz bir şəxs barəsində müraciət etsəniz belə, təhlükəsizlik xidmətindən yalnız bizdə bu adda adam yoxdur cavabını alacaqsınız. Hətta DTX rəhbəri Araz Əlizadəyə şifahi və ya yazılı müraciətinə cavab olaraq onun qeyd etdiyi cavab veribsə belə, onun bunu mətbuata açıqlamasının özü də doğru hal deyil”.
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya