Prezident Aparatındakı müşavirədə tənqidi çıxışı ilə hamını heyrətləndirdi... - VİDEO
Reportaj19 oktyabr 2017 17:01
Son illər dünyada neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirini göstərib. Bu isə Azərbaycan manatının dəyər itirməsi fonunda qiymətlərin qalxmasına, müəyyən çətinliklərin yaranmasına səbəb olub. İndi qarşıya qoyulan əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Beş-on il bundan öncə neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, son vaxtlar bu sahədə atılan addımlar şübhəsiz ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün mühüm tapşırıqlar verib.
Dövlət başçısının kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı keçirdiyi müşavirələrdə səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, növbəti illərdə Azərbaycanın ixrac potensialı daha da artacaq, neftdən asılılıq xeyli azalacaq. Prezident Nazirlər Kabinetinin son iclasındakı çıxışında da kənd təsərrüfatının inkişafı ilə bağlı fikirlər səsləndirib. Ölkə rəhbəri deyib ki, torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaq. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır. Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilib. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.
Dövlət başçısı kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaqlardan düzgün və təyinatı üzrə istifadə olunması ilə əlaqədər qarşıya mühüm vəzifələr qoyub. Ancaq reallıq ondan ibarətdir ki, biz hələ kənd təsərrüfatında istənilən nəticəni əldə edə biməmişik. Bu mövzuda bir təhlili yazı hazırlamaq qərarına gəldik. İstədik araşdıraq görək kənd təsərrüfatına bu qədər vəsait ayrıldığı halda niyə yüksək nəticələr yoxdur. Əgər varsa, o zaman həmin nəticələri oxucularımıza təqdim edək. Ona görə də biz əvvələ qayıtmaq, torpaq islahatı aparılan dövrdə, sonrakı illərdə görülən işləri öyrənmək istədik. Bu sahədə araşdırma apararkən maraqlı materiallar əldə etdik. Həmin materiallardan biri 1992-ci ilin dekabr ayında Prezident aparatında kənd təsərrüfatı ilə əlaqədar keçirilən müşavirədir.
Diqqətimizi cəlb edən o müşavirədəki başqa məqamdır. Həmin müşavirədə o dövrün dövlət katibi Pənah Hüseyn Naxçıvanda həyata keçirilən aqrar islahatları sərt tənqid edir. O aqrar islahatları ki, kənd təsərrüfatımız bu gün onun bəhrələrini görür. Bu gün hər bir kəndli öz torpağının sahibinə çevrilib.
Xülasə, bu ittihamlara cavab vermək üçün müşavirədə o vaxt Naxçıvanın baş nazirinin müavini vəzifəsində çalışan Məmməd Abbasov söz istəsə də Pənah Hüseyn ona bu imkanı yaratmaqdan imtina edir. Baş nazirin müavini israrla söz istəyir və sonda prezident Əbülfəz Elçibəyə müraciət edir. Məmməd Abbasova söz verildikdən sonra o çıxış edərək Heydər Əliyevin apardığı aqrar islahatlar barədə ətraflı məlumat verir, müşavirə iştirakçılarını belə yeniliklərə qarşı olduğu üçün sərt tənqid edir. O dövrdə müxalifətdə olan Heydər Əliyevin silahdaşı Məmməd Abbasovun bu cəsarətli və məntiqli çıxışına Xalq Cəbhəsi-Müsavat iqtidarından heç kim cavab verə bilmir.
Həmin çıxışda kənd təsərrüfatını necə inkişaf etdirməklə bağlı diqqətçəkən tezislər var. Məmməd Abbasov çıxışında bu sahənin bilicisi olduğunu müşavirə iştirakçılarına sübut edir və prezident Əbülfəz Elçibəy qollarını çarpazlayaraq onu diqqətlə dinləyir. Oxucular üçün Məmməd Abbasovun indi hansı vəzifədə çalışdığı maraqlı olsa bir cümlə ilə bildirək ki, Məmməd Abbasov 4 il əvvəl - 2013-cü ildə təqaüdə göndərilib. Moderator.az-ın əməkdaşı Məmməd Abbasovdan müsahibə almağa çalışsa da o, ümumiyyətlə mətbuat adanışmaqdan imtina etdiyini deyib. Təqaüddə olduğunu, siyasi fəaliyyətini başa çatdırdığını və heç nə danışmaq istəmədiyini bildirib.
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq həmin müşavirənin videosunu təqdim edirik:
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya