Azərbaycanın son bəbiri... - Video
İnsan inkişaf etdikcə, təbiət məhv olur. Sənaye insanların rifahını yaxşılaşdırsa da, vəhşi təbiəti məhv edir. Elə bu səbəbdən də, vaxtilə insanla bərabər təbiətin hakimi olan bəzi heyvanlar artıq yox olmaq təhlükəsi ilə üz-üzədir.
Heyvanların bəziləri məskunlaşma yerlərinin insanlar tərəfindən ələ keçirilməsi səbəbindən məhv olursa, digərləri dişinə, buynuzuna, bahalı dərisinə görə öldürülür. Dərisinə görə öldürülən heyvanlardan biri də bəbirdir. Çeviklik və zəriflik təcəssümü sayılan bəbir meşələrdə və hündür dağlıq ərazilərdə yaşayır.
Bəbirlərin bir neçə növü məlumdur. Bu növlərin arasında ən irisi və nadiri olan Ön Asiya bəbiridir. Azərbaycan bəbirləri də bu növə aiddir. Azərbaycan ərazisində bəbirlər Astara və Lənkəran ərazisində, Talış dağlarının sıx meşəlik ərazilərində yaşayırlar. Son məlumatlara görə, Azərbaycanda bəbirin 10-13 fərdi qalıb.
Bir neçə il əvvəl Cənubi Afrika Respublikasında yaşayan fotoqraf və rejissor Adrian Steirn bu bəbirlərin sorağı ilə Hirkan Milli Parkına gəlib. Bəbirlərin yaşadığı yerləri tədqiq etmək və bəbirlərin özlərini çəkmək istəyində olan Steirnə və "National Geographic Wild" telekanalının ölkəmizə gələn çəkiliş heyətinə isə, Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov bələdçilik edib.
Sputnik xəbər verir ki, beləcə, Babaxanın köməkliyi ilə "Avropanın son bəbiri" adlı sənədli film ərsəyə gəlib. Bəbirlərə olan sevgisinə və işinin də bəbirlərlə bağlı olmasına görə, Babaxanı "Bəbir adam" da adlandırırlar.
55 yaşlı Babaxan Rəhmanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyir ki, onda bəbirlərə olan sevgi uşaqlıq vaxtlarından yaranıb: "Mən uşaq olanda, heyvanlarımızı otarmaq üçün rəhmətlik atamla bir yerdə tez-tez dağa gedərdim. Bəbiri də ilk dəfə elə o vaxt görmüşəm. Yanında 2 balası və yanında 3 balası (qeyd edək ki, bəbirin 3 bala verməsi nadir hal sayılır - red.) olan bəbirləri görmüşəm. Onların xəzlərinin gözəl olması məni valeh edib".
"Bəbiri daha yaxından görmək üçün gənc yaşlarımda risk edib yuvasının lap yaxınlığına da getmişəm. Cəhdim də uğurlu olub. Allah bəbiri çox gözəl yaradıb. Allahın yaratdığı varlığı sevməmək də düzgün deyil. Heyvanlara bağlılıq bizdə nəsillikcədir. Yəni, heyvanlara bağlılıq, heyvanları sevmək dədə-babamızdan yadigardır" - müsahibimiz danışır.
Babaxan Rəhmanovun 55 yaşı olmasına baxmayaraq, o, çox qıvraqdır. Sərbəst və heç bir köməkçi vasitə olmadan 15-20 metr hündürlüyü olan ağaclara dırmanır və ağacdan-ağaca tullana bilir. Məhz buna görə də, ona bəzən "Tarzan Babaxan" da deyirlər.
Babaxan bildirir ki, ona bu ləqəbi Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Bakı ofisinin müdiri Elşad Əsgərov verib: "2002-ci il idi Elşad müəllim Hirkan Milli Parkına gəldi, mənimlə burda tanış oldu. Bir müddət sonra Elşad müəllim və Rusiyadan olan Viktor Lukarevskiy birlikdə "Hirkan Milli Parkının bəbirləri" layihəsini Azərbaycana gətirdilər. Elşad müəllim mənimlə görüşdü və bizdə qonaq da oldu. Mən onlara ərazidə olan bəbir izlərini göstərib, bəbirlərin yaşadığı ərazilərlə tanış etdim".
Onun sözlərinə görə, 2012-ci ildə Cənubi Afrika Respublikasından olan fotoqraf və rejissor Adrian Steirn və CAR-dan olan Corc Nkuna bəbirlərin yerlərini tapmaq və onları çəkmək üçün Hirkan Milli Parkına gəliblər: "Onlarla bərabər Sayano-Şuşensk Qoruğunun elmi işçisi Viktor Lukarevskiy də gəlmişdi. Ərazidə bəbirləri lentə almaq üçün ekspedisiya qrupu yaratdılar. Təbii ki, onlara bələdçiliyi mən etdim. Məni Adrian Steirnlə Corc Nkunaya Ümumdünya Vəhşi Təbiət Fondunun Bakı ofisinin müdiri Elşad Əsgərov məsləhət bildi. Dəqiq yadımdadır: 2012-ci ilin avqust ayında gəlib mənimlə tanış oldular, mövzu ətrafında müzakirə apardıq, sonra getdilər. Elə həmin ilin noyabr ayında yenidən gəldilər və hətta oğlumun toyunda da iştirak etdilər. Sonra isə bəbirləri lentə almaq, tələ-kameraları qoşmaq üçün yüksək dağlıq ərazilərə qalxdıq".
"Biz bəbirlərin izi ilə gedirdik. Daha doğrusu, bəbirlərin daha çox iz buraxdıqları ərazilərdə və xüsusən də bəbirlərin ən çox dolaşdığı mağara ətrafında kameralar quraşdırdıq. Amma bütün cəhdlərimizə baxmayaraq, kameralar heç bir bəbiri çəkə bilməmişdi. Biz kameraları yenidən quraşdırdıq və onlar geri qayıtdı" - "Bəbir adam" bildirir.
Əlavə edir ki, 2013-cü ilin mart ayında Adrian Steirn və onu müşayiət edən çəkiliş qrupu helikopter vasitəsi ilə yenidən Şindanqala adlanan əraziyə gəlib: "Biz Adrianla ərazidə quraşdırdığımız tələ-kameraları götürüb, bizim evə qayıtdıq. Kameraların bəzilərinin batareyası bitmişdi, bəzilərini şaxta korlamışdı, biri isə aşmışdı. Kameralarda görüntünün olmadığını görən Adrian məyus idi. Amma mən aşmış kameraya əmin idim. Hiss edirdim ki, onu bəbir aşırıb və onun görüntüsü düşüb. Mən düşündüyün kimi də oldu. O kameranı bəbir aşırmışdı və görüntüsü də var idi. Adrian o görüntünü görüb çox sevindi. Bu hal həmin sənədli filmdə də var".
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05