Boksçumuz ermənini rinqə çıxmağa peşman etdi
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.
“Qafqazinfo” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.
Belə ki, 52 kq çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda İvan Prislə (İngiltərə) gücünü yoxlayacaq.
Əlizadənin uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. 1/8 finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0. Həsənov 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.
Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal üçün Qabriel Dossenlə (İrlandiya) döyüşəcək.
75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. Boksçumuz Edqars Korzenevskisi (Latviya) II raundda nokauta salıb. O, 1/4 finalda fransalı Moreno Fendero ilə münasibətinə aydınlıq gətirəcək.
Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gəlməklə, mərhələ adlayıb. Həmyerlimiz 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) mübarizə aparacaq.
Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz III raundun gedişində rəqibini nokauta salıb. 1/4 finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.
49 kq çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə 1/4 finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.
Yığmamızın heyətində Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq) və İsmayıl Yaqubov (91 kq) isə mübarizəni dayandırıblar. Boksçularımız müvafiq olaraq, Otar Naverianiyə (Gürcüstan), Tuğrulhan Erdemirə (Türkiyə) və Karel Adama (Çexiya) məğlub olublar.
Qeyd edək ki, 1/4 final mərhələsinin döyüşləri oktyabrın 24-də və 25-də keçiriləcək.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31