BSU-da “Uzaq və Yaxın Polşa” kitabının təqdimatı oldu
23 oktyabr 2017-ci il tarixdə Bakı Slavyan Universitetində yazıçı-publicist Rövşən Ağayevin “Далекая и близкая Польша” (“Uzaq və Yaxın Polşa”) kitabının təqdimatı keçirilib. Qeyd edək ki, R.Ağayev 1972-ci ildən 1980-ci ilədək neft sənayesi müəssisələrində, 1983-1992-ci illərdə mətbuat orqanlarında və müxtəlif dövlət vəzifələrində çalışıb. Qırxdan çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir. 1990-cı ildə məhsuldar əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, “Zaman, hadisələr, faktlar”, “Разговор с сыном» adlı kitabların müəllifidir.
Təqdimat mərasimində universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə yanaşı, elmi işlər üzrə prorektor, professor Rafiq Novuzov, Milli Məclisin deputatı Novruz Aslanov, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, f.ü.e.d. Rafiq Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev və digər siyasi, ictimai xadimlər iştirak ediblər.
Tədbiri Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq “Далекая и близкая Польша” kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib. Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bu günündən ətraflı danışan N.Əliyeva tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb. “Sovet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı öz yaxın müttəfiqi bilib. Bizim turistlər ən çox bu ölkəyə gedərdi. Nəhəng imperiyanın süqutundan sonra birbaşa əlaqələrimiz yenidən bərpa olunub. Bakı Slavyan Universitetində Poşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavanın Torn Universitetində Azərbaycan mərkəzi gənclərə Azərbaycan dilini və ədəbiyyatını öyrədir. Bir sözlə, tarixi əlaqələr hazırki dövrdə də öz bəhrəsini verməkdədir”.
N.Əliyeva sonra XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və s. sahədə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin mühüm rol oynadığını bildirib. O, bu sırada Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının adlarını çəkib. BSU rektoru bu əsərin Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacağını vurğulayıb.
“İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, f.ü.e.d. Rafiq Əliyev Polşa-Azərbaycan münasibətlərini xristian-islam vəhdəti kimi şərh edib. O, polyakların həmişə Azərbaycana öz doğma vətənləri kimi yanaşdıqlarını xatırladıb.
Əsər barədə təəssüratını bölüşən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov povestdə təsvir olunan hər bir hadisənin arxasında bir tarixi faktın və hər bir obrazın arxasından isə bir real tarixi şəxsiyyətin boylandığını dilə gətirib. “Povestin əsas personajlarından olan Elmar polyak qızı İreni böyük məhəbbətlə sevir, həyatın çətinlik və keşməkeşləri ona bu sevgini unutdura bilmir. Müəllif burada ümumləşdirmə aparıb, bu sevgi xalqlar arasındakı sevginin rəmzidir”.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan-Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirib. O, Azərbaycan ziyalılarının vaxtilə bu ölkəyə üz tutmasının səbəbini polşalıların “şərqlilərə” xoş münasibəti ilə əlaqələndirib. Çıxışının sonunda icra başçısı qeyd edib ki, kitabın Azərbaycan və polyak dillərinə tərcümə olunmasına tam dəstək verməyə hazırdır.
BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents onu maraqlandıran əksər suallarn cavabını kitabda tapdığını vurğulayıb. O deyib ki, Azərbaycanda polyak dilinə göstərilən maraq, gənclərin bu dili yüksək səviyyədə mənimsəməsi mənə hər zaman maraqlı idi. Bu əsəri oxuduqdan sonra bir çox tarixi faktlarla rastlaşdım və mənə maraqlı olan sualların cavabını burada tapdım.
Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev çıxışında kitabın əlyazma variantının ilk oxucularından biri olduğunu deyərək bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb. N.İsayev “Uzaq və Yaxın Polşa”nın XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən son dərəcə böyük əsər olduğunu qeyd edib.
Sonra söz alan millət vəkili Novruz Aslanov da əsərin bədii və siyasi məziyyətlərindən danışıb. O, əsərin çox ciddi siyasi məzmuna malik olduğunu vurğulayıb. Amma bu siyasi məqsədlərin birbaşa deyil, sənədli-bədii povestin personajlarının həyat və yaşamında, onların dialoqlarında əks olunduğunu bildirib.
Əsərin müəllifi öz çıxışında əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxın, doğma olmasını diqqətə çatdırmaq olduğunu vurğulayıb. “Çünki polşalıların Azərbaycandakı həyatı Azərbaycan xalqının, eləcə də azərbaycanlıların Polşadakı həyatının polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.
Sonra çıxış edən digər qonaqlar müəllifin əhəmiyyətli mövzuda əsər yazdığını və gənclik üçün bu kitabın xüsusi önəm daşıdığını vurğulayıblar.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20