Bakıda kərə yağı vannasında çimən şirkət rəhbəri
Rəsmi qurumlar məsələ ilə maraqlanmağa başlayıblar
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb.
İstiPress-in araşdırmasına görə, statistik məlumatlar bunun son 9 il üzrə ən yüksək göstərici olduğunu ortaya çıxarır. Son 21 il ərzində isə inflyasiya göstəricisi bu rəqəmdən yalnız qlobal maliyyə böhranının baş verdiyi 2007-ci və 2008-ci illərdə yüksək olub. Həmin illərdə qiymətlər müvafiq olaraq 16,7% və 20,8% artmışdı.
İndiki bahalaşmanın əsas hərəkətvericisi ərzaq məhsullarıdır və yanvar-sentyabr aylarında ərzaq məhsullarının qiyməti 17,9 faiz qalxıb. Bəzi kütləvi işlədilən ərzaq məhsulları, məsələn kərə yağı bir il ərzində 3 dəfəyə qədər pisləşib. İlin əvvəlindən manatın məzənnəsi xeyli möhkəmləndiyi, dolların qiymətinin 1,92 manatdan 1,7 manata düşdüyü nəzərə alınarsa, bahalaşmanın heç də devalvasiyadan qaynaqlanmadığı ortaya çıxar.
Çox vaxt bahalaşmanın hansısa inhisarçı şirkətlərin rəhbərlərinin göstərişi ilə baş verdiyini anlamaq olur. Məsələn, bananın kiloqramı ilin əvvəlində 2 manatdan ucuz satılırdısa, yazda qəflətən 3,5 manata qaldırıldı. Təbii ki, 2 manat da banan üçün şişirdilmiş qiymətdir, aparıcı qərb ölkələrində bananın qiyməti 1 manatdan baha deyil. Yaxud Türkiyədə hazırda mandarinin kiloqramının qiyməti 35-40 qəpik arasında dəyişdiyi halda, Azərbaycanda 2 manatdan baha satılır. Təbii ki, burada yol və gömrük xərcləri ilə yanaşı şirkətlərin ticarət marjasını 200-300 faizə qədər qaldırmaq istəyi də rol oynayır. Son nəticədə inflyasiya artıq ikinci ildir ki, iki rəqəmli göstərici ilə qeydə alınır.
Millət vəkili Vahid Əhmədov İstiPress-ə müsahibəsində bütün imkanlardan istifadə edərək ilin sonuna inflyasiyanın bir rəqəmli göstəriciyə endirilməsini vacib sayır:
“Təbii, bunun obyektiv səbəbləri də var. Məsələn, dünya bazarında kərə yağı 2-3 dəfə bahalaşdı, bu, bizim bazara da ciddi təsir etdi. Yaxud avronun məzənnəsi dollara nisbətən qalxdı, bu, dünya bazarında ərzaq qiymətlərini artırdı. Lakin bütün bunlarla yanaşı dövlət inflyasiyanın aşağı salınması istiqamətində addımlar atmalıdır. Əks halda, əhalinin güzəranı daha da pisləşəcək. Lakin bazar iqtisadiyyatına zidd olmayan addımlar atmalıdır. Dövlət yenidən qiymət formalaşdırılması ilə məşğul ola bilməz”.
İqtisadçı ekspert, professor Zahid Məmmədov isə İstiPress-ə müsahibəsində bazar iqtisadiyyatı şəraitində də dövlətin qiymətlərə nəzarət etməsini mümkün sayıb: “Əsas istehlak məhsullarının qiyməti mütəmadi izlənilməlidir və bahalaşma yaradan məhsullar üzrə xüsusi qərar verilməlidir. Məsələn, götürək kərə yağını. Əgər şirkətlər öz mənfəətləri üçün gətirdikləri kərə yağı baha satmağa məcburdurlarsa, bu ticarətə dövlət girişməlidir və birbaşa Yeni Zelandiyi ilə əlaqə qurulmalıdır. Bu, kərə yağın bahalaşma səviyyəsini xeyli aşağı sala bilər”.
İstiPress-in araşdırmasına görə, dünya bazarında kərə yağının kiloqramı 6,5 dollar (11 manat) ətrafında dəyişir. Azərbaycanın bəlkə də yeganə kərə yağı istehsalçısı olan şirkət isə qablaşdırılmış 200 qramlıq məhsulunun kiloqramını 6,9 dollardan (11,7 manatdan) təklif edir. Amma pərakəndə satış bazarında ənənəvi kərə yağın kiloqramının qiyməti 17-19 manat, yəni 10-11,2 dollar ətrfınad dəyişir. Yəni kimlərsə, pərakəndə satışda marjanı 70 faizə qədər qaldırır ki, bu da bazarda ciddi bahalaşmaya yol açır. Dövlətin nəzarəti məhz bu cür əsassız bahalaşma hücumlarının qarşısını almaq üçün vacibdir.
Bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarətin müxtəlif variantları var. Məsələn, İsveçin mərhum baş naziri, vəzifə başında qətlə yetirilmiş iqtisadçı alim Ulof Palme ərzaq məhsullarının son qiymətində ticarət və nəqliyyat sektorunun payının 15%-dən artıq olmamasını, emal müəssisəsinə son qiymətin 15%-inin, kəndli təsərrüfatı isə 70 faizinin çatmasını vacib görürdü.
Zahid Məmmədov isə Azərbaycan üçün qiymətlərə nəzarətin Türkiyə variantını daha məqbul sayır: “Türkiyədə qiymətlərinin şişirdilməsinin qarşısını almaq üçün xüsusi qurum məşğul olur və o, bazarda xüsusi araşdırma apararaq ticarət və xidmət sektoru ilə alıcı arasında məqbul qiymət həddini müəyyən edir. Burda sırf bazar vasitələrindən istifadə olunur. Məsələn, əgər bir nəfər bahalı restoran açaraq inhisarçılıqdan yararlanırsa, dərhal onun yanında bələdiyyə və ya alternativ özəld şirkət eyni xidməti göstərən ucuz restoran açır və s. Məndə olan məlumata görə, Azərbaycanda da tezliklə belə bir qurum fəaliyyətə başlayacaq”.
Əslində, belə qurumun fəaliyyəti bəzi idxal mallarının yerli analoqları ilə əvəzlənməsinə də dəstək ola bilər. Qurum elə siyasət yürüdə bilər ki, eyni mallar istehsal edən yerli şirkətlər bazarı nəzarətə götürə bilər, bahalı xarici malların satılması isə rentabelsiz olar. Nəticədə, həm büdcəyə vergi daxil olmaları artar. Həm də Azərbaycan iqtisadiyyatının şaxələndirmə səviyyəsi qeyri-neft sektorunun çiçəklənməsi hesabına xeyli dərinləşər. Bu həm də xüsusilə regionlarda on minlərlə yeni iş yerinin açılması da demək olar.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək
25 mart 2024 10:13
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41