Qocanın anası: “Süleyman Rəhimov xətrimi çox istəyirdi...” - Foto
Məhbusları daşıyan qatardan qaçdıqları gündən mətbuatın əsas mövzusuna çevrilən, neçə-neçə vəzifəli şəxsin cəzalandırılmasına səbəb olan, güc strukturlarını hərəkətə keçirən “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağami zərərsizləşdirilsələr də, xüsusilə birincinin barəsində söz-söhbətlər, müzakirələr davam edir.
Teleqraf.com olaraq ölkədə ciddi rezonans doğuran məhbusların qaçış olayına oxucu marağını nəzərə alaraq noyabrın 1-də polislə atışma zamanı öldürülən Etibar Məmmədovun ailəsinin yaşadığı Hacıqabul rayonuna yollandıq.
Ünvana yetişmək çətin olmadı. Taksi sürücüsünə gedəcəyimiz yer barədə məlumat verən kimi “oturun, aparım”, - dedi. Jurnalist olduğumuzu biləndə isə ürəyini bizə açdı:
- Qocanın yaşadığı Çkalov məhəlləsi rayonda adla deyilir. Kriminal yerdi ora. İndi hələ düzəlib. Əvvəllər kənardan Çkalova gedənlər döyülüb gəlirdilər. Əgər təhsilin yoxdursa, zəhmətdən qaçırsansa, əkin-biçin, iş-güc adamı deyilsənsə, əvvəl-axır zərərli vərdişlərə aludə olacaqsan”, - deyir sürücü.
Gənclərin zəhmətə qatlaşmamasından gileylənən sürücü maşınını saxlayıb bizə yas çadırı qurulan yeri göstərdi və “qalan yolu özünüz gedərsiz” deyib, sağollaşdı.
Dəmiryolunun kənarı ilə uzanan küçənin sağındakı evlərin darvazaları ağzında toplaşan uşaqları anaları “Keçin, içəri! Dərsinizi oxuyun! Nə var küçədə?” - deyə tənbeh edirdi.
Hiss olunurdu ki, uşaqlar da Etibar Məmmədovun nəşinin gətiriləcəyini eşitdikləri üçün küçəyə çıxıblar. Amma yas yerində çox az – 4-5 nəfər adam vardı. Onlara yaxınlaşıb başsağlığı verdim, özümü ətraflı təqdim edib, məqsədimi açıqladım. Qocanın yaxın qohumları olsalar da, baş verənlərlə bağlı yalnız qardaşı Vüqarın və anası Svetlana xanımın danışa biləcəklərini dedilər.
Vüqar Məmmədov həbsdən yeni çıxıb. Əlbəyaxa döyüş növləri üzrə idman müəllimidir. Bakıda idman zallarının birində dərs deyir. Şəkil çəkmək və açıqlama vermək təklifimizi yerə salmadı.
“Bakıda yaşayıram. Bir neçə gün öncə xəbər gəldi ki, qardaşınızı öldürüblər. Evə zəng etdim. Dedilər, yalan söhbətdi. Amma qatardan qaçdığını bilirdik. Noyabrın 1-də xəbər gəldi ki, ölüb. Qədəri buracan imiş. Allah bütün ölənlərə rəhmət eləsin, qardaşıma da”, - Vüqar müəllim dedi.
Çoxdan tikilmiş, təmirsiz, alçaq evə daxil olub Qocanın anası Svetlana Məmmədovanın baş verənlərlə bağlı fikirlərini öyrənmək istədik. Vüqar etiraz etmədi: “Əlbəttə, buyurun, keçin içəri”.
Otağa daxil oluram. Dörd bir tərəfə oturmaq üçün döşəkçələr qoyulub. Bir stol var. Onda da Məmmədovların anası əyləşib. Ağlamır. Hiss olunur ki, gözünün yaşı quruyub. Altı övladdan üçünü cavan yaşda itirib. 5 qardaşın bir bacısı və onun həyat yoldaşı vaxtsız köçüb dünyadan. Ailənin böyük oğlu Əkbər Məmmədovu bir neçə il öncə itirib anası. O da həbsxana həyatı yaşayıb.
Elə həyatdan vaxtsız köçməsinə səbəb kimi çəkdiyi cəzalar göstərilir. Ailənin Azad, Akif adlı oğlanları hazırda həbsxana həyatı yaşayırlar. Vüqar isə, yuxarıda qeyd etdiyimiz kimi, bir müddət öncə azadlığa çıxıb.
Svetlana Məmmədova həyat yoldaşını da illər öncə itirib. Sonuncu itkisi isə onu daha çox göynədir.
“Etibar mənim sonbeşiyim idi. Ən çox sevdiyim balam idi. O, 1980-ci ildə doğulub. 15-16 yaşından həbsdədir. Həbsdə olanda 3 gün qalırdım yanında. Sonuncu dəfə ilyarım öncə görüşmüşdük. Qaçmaq xəbərini eşidəndə dəhşətə gəldim. Çünki bilirdim ki, bunu axırı yaxşı olmayacaq. Prokuror ona 19 il iş istəmişdi. Etibarı qaçmağa məcbur edən prokurorun istədiyi bu ağır cəza oldu. Heç bir ana istəməz ki, oğlu pis yola düşsün. Gərək belə olmayaydı. Nə bilim, bizim qismətimiz belə gətirdi”, - deyir oğlunu itirmiş ana.
O, dindar olduğunu, müqəddəs məkanlara getdiyini bildirir. Otaqdakı dini fotolar da ailənin dinə bağlı olduğunu göstərir. Qocanın özü də bir neçə dəfə dini məkanlarda - Məşhəddə, Kərbəlada olub. Həmin məkanlarda çəkdirdiyi fotolar hazırda otağın divarlarından asılı qalıb.
Svetlana Məmmədova oğlunun şeir həvəskarı olduğunu bildirir: “Etibarın ədəbiyyata marağı vardı. Mən özüm də ədəbiyyat həvəskarıyam. Buzovnada doğulub, böyümüşəm. Jurnalist Mailə Muradxanlı ilə mənim çox yaxşı münasibətlərim olub. Süleyman Rəhimov xətrimi çox istəyərdi. Tez-tez Axundov adına kitabxanada, teatrlarda, mədəni tədbirlərdə olardım. Etibar bəzi xüsusiyyətlərinə görə mənə oxşayıb. Onun iki şeirlər kitabı çıxıb. Biri “Mirvari damlalar” kitabıdır. Digəri isə "Gözlədiyim illər". Üçüncü kitabı da çıxacaq. Şeirlərini toplayırıq”.
Söhbət əsnasında Etibarın müğənni Fədayə Laçınla münasibətləri barədə də anasına sual ünvanladıq. O, oğlunun sənətçi ilə münasibətlərindən danışdıqca üzündə təbəssüm yaranırdı:
“Dost idilər. Hacıqabulda bir dəfə görüşmüşdülər. Fədayə rayona toya gəlmişdi. Toy qurtaranda zəngləşib görüşmüşdülər. Etibara mahnı oxuyurdu ha, bax onu Hacıqabulda görüşəndə oxumuşdu”.
72 yaşlı ananın ağrılı-acılı günlər keçirdiyini nəzərə alaraq ona ünvanlamaq istədiyimiz vacib sualların bəzisinin üstündən xətt çəkdik. Amma iki sualı verməyə bilməzdik.
- Övladlarınız orta məktəbdə necə oxuyublar?
- Yaxşı oxuyurdular. Müəllimləri həmişə tərifləyirdi. Sonradan balalarıma nəzər dəydi.
- Beş oğlunuzun beşi də türmə həyatı keçib?
- Bəli. Olacağa çarə yoxdur, bala. Həyat mübarizədir. Ölməmək üçün mübarizə aparmalısan. Üzümü gənclərə tutub deyirəm: Elm, təhsil arxasınca gedin, zəhmətə qatlaşın, pis insanlara qoşulmayın. Övlad türməyə düşəndə cəzasını ondan çox anası çəkir...
***
Xatırladaq ki, E.Məmmədov kriminal ailəmə çox tez – 16 yaşında ayaq basıb. Azyaşlıların müəssisəsinə göndərilən Etibar burada islah olunmaq əvəzinə içəridə “vəziyyətə” nəzarət etməklə “obşak” adını alıb. O, burada bir qrup məhbusla bilrikdə nəzarətçinin xüsusi amansızlıqla qətlində iştirak edib. Yaşı az olduğu üçün 10 il azadlıqdan məhrum edilib. Törətdiyi əməl kriminal aləmdə “böyük maraqla” qarşılanıb. Çünki nə qədər məntiqsiz görünsə də, məhbusun “paqonu”, xüsusilə də “nadzor”u qətlə yetirməsi cinayətkarlar arasında “dustaqların hamısının qisasının alınması” kimi qəbul edilir. Avtoritetlər “bu uşağın gələcəyi var, ona ad vermək lazımdır” deyib Etibara ad vermək qərarına gəlirlər. Bir neçə ad təklif edilir. “Etibar Hacıqabullu”, “Brodyoqa Etibar” və “Qoca” ləqəbləri. Azyaşlı məhbuslar arasındakı nüfuzunu nəzərə alaraq ona “Qoca” ləqəbini verirlər.
18 yaşı tamam olandan sonra Qoca “Xələc türməsi”nə etap olunur. O, burada da “vəziyyəti” ələ almağa bacarır. Bir neçə dəfə “bunt” qaldırır. Məhbuslar onun ətrafında birləşərək həbsxana rəhbərliyinə ciddi təzyiq göstərir. Məlumatlara görə, bu təzyiqlərdən sonra “Xələc”in rəisi istefaya göndərilir. Lotu Quli ləqəbli avtoritet Nadir Səlifov Qoca ilə əməkdaşlığa başlayır. Digər kriminal ünsürlər də onunla əlaqə yaratmağa başlayır. Bütün bunlar Etibarın cinayət aləmindən qopmasına, normal həyata qayıtmasına ciddi maneə yaradır. Azadlığa çıxandan sonra da Qoca sakit durmur. 2015-ci ildə Şirvan şəhərində iki nəfərin qətlə yetirilməsində şübhəli bilinən Qoca yenidən zindana göndərilir. Şirvanda qətlə yetirilənlər də sıradan biri olmayıblar. Elvin Nəciyev - Krıtı Elvin və Zaur Sarıbalayev kriminal keçmişlərə malik olublar. Bu olay Qocanın kriminal aləmdəki “nüfuzunu” daha da artırıb. Bu qətl işi Lənkərən Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Proses uzun çəkib. Bir müddət öncə prokuror E.Məmmədova 19 il həbs cəzası istəyib. Elə həmin gün – oktyabrın 23-də Etibar Bakıya etab edilən zaman qaçmaq qərarına gəlib. Etibar və onunla birlikdə eyni cinayət əməlində ittiham olunan Əli Ağami Biləcəri dəmiryolu stansiyasında vaqonun hissələrini kustar üsulla hazırladıqları əşyalarla açıb qaça biliblər. Bilindiyi kimi, növbəti günlərdə hər iki şəxs güc strukturları tərəfindən zərərsizləşdiriliblər.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41