Dövlət Sosial Müdafiə Fonduna borcu olan ən böyük təşkilatlar - SİYAHI
Əvvəlki dövrlərdə olduğu kimi, 01.07.2017-ci il tarixə də iri sığortaedənlər üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun (Fond) debitor borclarının əsas hissəsi - 30,53 mln. manatı və ya 51,6%-i “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə aid olub.
Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, bu təşkilat üzrə Fondun debitor borclarının məbləği ilin əvvəlinə nisbətən 1,78 mln. manat və ya 6,2%, o cümlədən, borcun əsas məbləği 1,58 mln. manat, penya və maliyyə sanksiyaları üzrə borclar 0,21 mln. manat artıb.
01.07.2017-ci il tarixinə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Fonda borcu 9,29 mln. manat (7,39 mln. manat borcun əsas məbləği, 1,89 mln. manat penya və maliyyə sanksiyaları, 0,01 mln. manat digər borclar) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 15,7%-i qədər təşkil edib ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 0,35 mln. manat və ya 3,9% çoxdur (o cümlədən, artım borcun əsas məbləği üzrə 0,33 mln. manat və ya 4,7%, penya və maliyyə sanksiyaları üzrə 0,01 mln. manat və ya 0,5% artıb).
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin də 2017-ci ilin əvvəlinə nisbətən I yarısının sonunda Fonda borcu 0,13 mln. manat və ya 2,2% artaraq (o cümlədən, borcun əsas məbləği üzrə 0,13 mln. manat və ya 2,3%) 6,08 mln. manata (5,78 mln. manat borcun əsas məbləği, 0,3 mln. manat penya və maliyyə sanksiyaları) çatıb ki, bu da Fondun iri sığortaedənlər üzrə debitor borclarının 10,3%-i qədərdir.
Azərbaycan Dövlət Neft Şirkətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də Fonda borcları 2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə artıb.
Borc artımı Azərbaycan Dövlət Neft Şirkəti üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, “Azərbaycan Dəmir Yolları” üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 mln. manat və ya 13,9%), “Azərbaycan Hava Yolları” üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) təşkil edib.
01.07.2017-ci il tarixə bu təşkilatların Fonda borcunun məbləği, müvafiq olaraq 1,33 mln. manat və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,2%-i qədər, 3,03 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,52 mln. manat, penya və maliyyə sanksiyaları 0,51 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 5,1%-i qədər və 2,11 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,09 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 3,6%-i qədər olub.
2017-ci ilin əvvəlinə “Azərkimya” İstehsalat Birliyi və “Azəriqaz” İstehsalat Birliyinin Fonda borcu olmasa da 01.07.2017-ci il tarixə borcun əsas məbləği olmaqla “Azərkimya” İstehsalat Birliyinin Fonda 0,01 mln. manat, “Azəriqaz” İstehsalat Birliyinin isə 1,45 mln. manat (Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,5%-i qədər) borcu yaranıb.
01.07.2017-ci il tarixə dövlət mülkiyyətində olan digər təşkilatların da Fonda borcu yaranıb, borc məbləği 4,98 mln. manat (o cümlədən, borcun əsas məbləği 4,42 mln. manat, penya və maliyyə sanksiyaları 0,56 mln. manat) təşkil edib ki, bu da Fondun sığortaedənlər üzrə cəmi debitor borclarının 1,4%-i qədərdir.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31