Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq
Azərbaycanlı məmur, Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev 2 gün öncə İstanbulda bu yaxınlarda həbsxanadan çıxmış “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılmış, sonra sərbəst buraxılmışdı.
“Qafqazinfo” "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, İstanbulda baş verənlərin bir sıra təfərrüatları məlum olub. Belə ki, Namiq Canıyev kriminal avtoritetə qarşı hazırlanan sui-qəsdin iştirakçısı olmayıb. Onun mediada yayılan sonuncu şəklini isə ondan xəlvət çəkiblər.
N.Səlifovla haqq-hesabı Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov “çürütmək” istəyir. Hansı ki, o, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə “Lotu Qulinin” adamlarının satdığını güman edirlər.
Məlumata görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələsini yoluna qoymaq üçün gedibmiş. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.
Sayt qeyd edir ki, N.Canıyev qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. İnternetdə Şeyx Həmzətin dünənki İstanbul əməliyyatında ələ keçən Mehmet Sabri Şirinlə birgə fotosu yer almaqdadır. Bu, onların yaxın münasibətlərdə olduğu faktını bir daha təsdiqləyir.
Yeri gəlmişkən, polis Namiq Canıyevi ticarət mərkəzində deyil, oteldə saxlayıb.
"Qafqazinfo" bu məqamda Criminal.az-ın N.Canıyevlə Şeyx Həmzətin fotosunu təqdim edir. Bildirilir ki, onların görüşü böyük ehtimalla, bu ilin avqustunda, Lənkəranskinin il mərasimində baş tutub
.
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Əhmədin işini ört-basdır edirlər - Xalq artistindən İTTİHAM dolu açıqlamalar
28 fevral 2024 20:44
- Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu - Yenilənib
26 fevral 2024 21:09
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10