"Kristal Abşeron"da özbaşınalıq: 50 qəpiklik su 3,50 AZN-ə satılır
"Kristal Abşeron"un inşa etdiyi binanın sakinləri redaksiyamıza şikayət ünvanlayıb. "Qaynarinfo"ya müraciət edən sakinlər hüquqlarının kobud şəkildə pozulduğunu, aldadıldıqlarını və bağlanılan müqavilənin şərtlərinə əməl edilmədiyini bildirirlər.
Məlum olduğu kimi, ötən il Tarif Şurası təbii qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul etmişdi. Həmin qərara əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcmi 1500 kubmetrdən artıq olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində müəyyən edilib.
Əhali kateqoriyasına aid istehlakçılar üçün təbii qazın qiyməti qaldırılmasa da (1500 kubmetrdən artıq istehlak edənlər istisnadır), "Kristal Abşeron" sakinləri bundan daha çox əziyyət çəkib. Çünki MTK özəl müəssisədi və qiymətlər qeyri-əhali kateqoriyası üzrə hesablanır.
Tarif Şurasının qərarından sonra isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldıran MTK bu il qiyməti kəskin şəkildə artırıb. İndi isti suyun kubmetri sakinlərə 3 manat 50 qəpiyə verilir. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, "Kristal Abşeron" isə onu qızdıraraq sakinlərə 7 dəfə baha qiymətə təqdim edir.
Sakinlər isə çıxılmaz vəziyyətdə qalıb. MTK rəhbərliyi isə onların qarşısına iki şərt qoyur: "Ya komunnal xərcləri bu qiymətlərlə ödəyin, ya da özünüzə kombi sistemi çəkdirin. Onsuz da gələn ildən qazanxana bağlanacaq və istilik kəsiləcək. Məcburi şəkildə kombi sisteminə keçməlisiniz".
Qazanxana sistemi sakinlərin ödədiyi vəsait hesabına tikilib. Gələn ildən isə MTK onu ləğv etməyi planlaşdırır. Üstəlik müqavilədə qiymətlər 70 qəpik (istilik) və 2.3 manat (isti su) olaraq göstərilib. MTK isə sakinlərdən komunnal xərcləri 80 qəpik və 3.5 manat səviyyəsində alır. Bu isə müqavilə şərtlərinin kəskin şəkildə pozulması deməkdir.
Üstəlik sakinlər "Kristal Abşeron"dan ev alarkən isti su sayğacı üçün pul ödəyib. İndi isə şirkət isti suyu ləğv edir, sakinlərə "özünüzə kombi çəkdirin" məsləhətini verir. Bəs sayğaca görə ödənilən pulları kim qaytaracaq?
Artıq "Kristal Abşeron" sakinləri prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya və iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Mürciət mətnini 300-dən çox sakin imzalayıb.
Şikayətlə bağlı "Kristal Abşeron"la əlaqə saxladıq. Telefona cavab verən şəxs münasibət öyrənmək üçün şirkətə yaxınlaşmağımızı məsləhət gördü.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır - FOTO
16 mart 2024 22:30
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Qadını iynə ilə yuxuya verib qızıllarını oğurladı - Azərbaycanda tibb bacısından ŞOK HƏRƏKƏT
10 mart 2024 23:19
- Sabah 13° isti olacaq
1 mart 2024 21:40
- Azərbaycanda eşşək südünün litri 100 manatı keçdi - VİDEO
1 mart 2024 12:07
- Bakıda 350 manata alça satılır
18 fevral 2024 17:31
- Bakıda şaxta olacaq...
18 fevral 2024 14:14
- İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
14 fevral 2024 20:46
- Sabah 23° isti olacaq
10 fevral 2024 15:44
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41