Sərxoş oğlu polisi vuran “Nurgun Motors” şefinin biznes imperiyası
Prezident bir neçə dəfə məmur və varlı adamların uşaqlarına xəbərdarlıq edib. Bu mesajlardan nəticə çıxarmayanlar da olub
14 yaşlı oğlu “Porşe” ilə iki uşaq anasını vurub öldürən də, “Qalendvagen”lə iki nəfəri öldürən Baş nazirim müavini Əli Həsənovun nəvəsi də belələrindən idi.
Lakin görünür ki, məmur balaları qudurğan hərəkətlərə görə cəzalandırılsalar da, dərs götürmürlər.
Araşdırma qrupumuz yazır ki, onlardan növbəti biri “Nurgun Motors” şirkətinin rəhbəri Nuru Əliyevin oğlu Nurxan oldu.
O, yol polis əməkdaşına tabe olmaq yerinə onu yumruqla vurur, paqonunu cırır, sərxoş vəziyyətdə avtomobil idarə edir, sənədləri yoxdur və bircə ona bəraət qazandıracaq nüans tapmaq olmur.
Bu nə tərbiyədir? Hardandır belə arxayınlıq? İçkili halda törədiləcək qəzanın məsuliyyətini kim daşıyacaq?
Əlbəttə, çox söz demək olar və N.Əliyevin övladına verdiyi tərbiyə, yaratdığı şəraitin nəticəsidir. Yəni, Nurxandan öncə atası qınanmalıdır, tənqid olunmalıdır.
Hadisənin arayışı belədir: Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.
YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb.
Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib.
Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur.
Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb.
Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.
Palitika.Az-ın araşdırma qrupu yazır ki, yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olduğu bildirilir.
Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən şirkətin əsasını qoyur.
Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradır. N.Əliyev “Hafka” ləqəbli iş adamı ilə də quda olmuşdu, sonra gənclər boşandılar.
Onun sahibi olduğu və digər oğlunun adını daşıdığı “Rəvan” klubunun isə adı rəsmən futbol qumarında ən çox hallanan klub kimi elan olunaraq, çempionatdan qovuldu. Bu da portretdə növbəti cizgi.
İndi isə bu holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirək:
“Nurgün Motors”
– Nissan Azərbaycan
– Infiniti Azərbaycan
– Ford Azərbaycan
– Renault Azərbaycan
– Maşın bazarı – Çoxsaylı avtomobil salonları və servis mərkəzləri
2. Rəvan Sığorta – 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: “Double İnsurance Company” və “Star Alyans Sığorta”.
2007-ci ildə bütün səhmləri “Nurgün” şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib.
2009-cu ildən “Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.
3. NBC Bank ASC
17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı “Ruzu” Bank. 2002-ci ildən adını dəyişərək “NBCBank” olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi.
Yazımızın qəhrəmanı, sirli Nuru Əliyev 2016-cı ildə “NBC Bank”ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.
4. Nurgün İnşaat – 1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.
Bu illər ərzində bir sıra irimiqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.
5. “Bello” Yuyucu Vasitələr Fabriki – “Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur:
“Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.
6. Salyan süd zavodu – Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda “Bəyaz süd” adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.
7. Nurgün Trading – Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.
8. Kaspian Transport – 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.
9. “Kontinental” mağazalar şəbəkəsi
10. “Ailə” supermarketlər şəbəkəsi
11. NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.
Palitika.Az
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41