Azərbaycana 1 kq Yeni Zellandiya yağı 5 manat 34 qəpiyə ixdal olunur: Ekspert monopoliyanı ifşa etdi
Cəmiyyət8 noyabr 2017 11:18
2016-ci ldə kərə yağı və digər məhsulların idxal əməliyyatları üzrə 31,8 milyon dollarlıq mal qeydiyyata almayıb.
Rəsmi məlumatlara görə, ölkəyə 1 kq Yeni Zellandiya yağı 5 manat 34 qəpiyə ixdal olunur.
Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.
Son günlərin əsas mövzularından olan ölkəyə kərə yağının idxalının tənzimlənməsi sahəsində görülən işləri nəzərə alaraq, bu sahədə apardığım araşdırmanın əhəmiyyətli olan 3 əsas nəticəsini sizə təqdim edirəm.
1) Əvvala qeyd edim ki, Azərbaycana idxal olunan kərə yağı malların nomenklaturası üzrə 0405 kodu ilə "Kərə yağı və digər süddən hazırlanmış yağlar; südlü pastaları” adı altında təsnif olunur. Bu təsnifat 04 saylı "Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları” mal nomenklatirasının alt kodu sayılır. Dövlət Gömrük Komitəsi (DGK) 2 rəqəmli kodlar üzrə mal idxalına və ixracına dair məlumatları açıqladığına görə, mən də ilk növbədə 04 kodu üzrə idxal əməliyyatlarında əsasən qeydiyyatın tam aparılmaması və gömrük dəyəri bazar qiymətindən aşağı rəsmiləşdirilməsi səbəbindən yaranan fərqi aşkara çıxarmağa çalışdım. Uncom trade məlumat bazasında olan real göstəricilərlə Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarının qarşılıqlı üzləşdirilməsi nəticəsində məlum oldu ki, 2016-cı ildə Azərbaycana 04 kodu altında 124 milyon 955 min 355 dollarlıq məhsul idxal olunmasına baxmayaraq onun 93 milyon 176 min 910 dolları və ya 74,5 faizi qeydiyyata düşüb. Yəni 31 milyon 778 min 445 dollarlıq "Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları” kodu altında idxal olunan mallarda qeydiyyat fərqi var. DGK ən çox idxal olunan mallar hesatında 2016-cı ilin dekabr ayı üzrə statistik göstəriciləri açıqlamadığına görə, anoloji müqayisəni kərə yağl üzrə ayrca aparmaq mümkün olmur.
2) Araşdırmadan məlum olur ki, Azərbaycana kərə yağı əlavə olunan cədvəldə əks etdirilən 15 ölkədən idxal olunur. Onlar arasında Yeni Zellandiya, Almaniya, Belarus, Finlandiya və Fransadadan daha çox kərə yağı gətirilir. Azərbaycana gələn kərə yağının miqdarca 85 faizi Yeni Zellandiyanın, yerdə qalan 15 faizi isə 14 ölkənin payına düşür. Azərbaycana ən ucuz yağ Estoniyadan (1 kq qiyməti – 2,62 dollar), ən bahalı yağ isə Lüksemburqdan (1 kq qiyməti 10,18 dollar) idxal olunur. Yeni Zellandiya yağının 1 kq-nın idxal qiyməti 3 dollar 14 sent, hazırkı məzənnə ilə 5 manat 33 qəpik təşkil edir. Statistik xətaları korrektə etmək üçün cədvəldəki ən yüksək qiyməti və ən aşağı qiyməti kənarlaşdırıb, orta qiyməti hesablayarkən məlum olur ki, ölkəyə 1 kq kərə yağı orta hesabla 4 dollara və ya 6 manat 80 qəpiyə idxal olunur. Hətta ən aşağı və ən yuxarı qiymətləri kənarlaşdırmayanda belə 1 kq kərə yağının idxal qiyməti 4,32 dollara və ya 7 manat 34 qəpikdən baha olmur.
3) DGK 1 kq kərə yağının orta hesabla 5,2 dollara və ya 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və əlavə dəyər vergisi (ƏDV) də həmin qiymətə daxil edib. Gəlin onu da hesablayaq. Metodoloji yanaşmaya görə, gömrük dəyərinin üzərinə rüsum əlavə olunandan sonra ona 18 faiz idxala görə ƏDV hesablanır. Belə olan halda 3,14 dollar və ya 5 manat 34 qəpik gömrük dəyəri olan Yeni Zellandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpiyə bərabər olur. Bu məbləğə hesablanan ƏDV 1 manat 10 qəpiyə bərabər olur. Belə olan halda idxlatçı şirkət Yeni Zellandiya mənşəli kərə yağını gömrükdən 7 manat 24 qəpiyə (6 manat 14 qəpik + 1 manat 10 qəpik) çıxarmalıdır.
Gömrük rüsumu 15 faizdən 5 faiz endirildikdən sonra isə qiymətdə aşağıdakı dəyişiklik baş verə bilər. Malın rüsumla birlikdə dəyəri 5 manat 60 qəpik, ƏDV hesablandıqdan sonra gömrükdən çıxış dəyəri 6 manat 61 qəpik olur. Göründüyü kimi rüsumun 3 dəfə aşağl salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər. Bu isə o kərə yağının satışında qədər də böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki, 1 aydan sonra başlayan 50-60 qəpiklik ucuzlaşma qısa müddətli dövrdə müşahidə olunacaq və çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq.
Qubad İbadoğlu, iqtisadçı ekspert
Oxşar xəbərlər
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya