“Mediada kriminal hadisələrin işiqlandırılması” mövzusunda tədbir keçirildi
Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə MŞ sədri Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müavini Vüqar Əliyev və media rəhbərləri iştirak edib. Amaşov deyib ki, mediada yayımlanan müxtəlif söz və ifadələr üzrə araşdırma aparılıb: "Mediada ən çox hallanan ifadələr belə idi, 1-ci yerdə Fədayə Laçın, 2-ci yerdə Dağlıq Qarabağ, 3-cü yerdə "qoca" ləqəbli avtoritet, 4-cü yerdə Bakı-Tbilisi-Qars qatarı oldu. Bu, Azərbaycan mətbuatının mənzərəsidir. Bu dediklərimiz daha çox xəbər portallarına aid idi. Rəsmi media orqanlarında əsasən rəsmi açıqlamalar verilib. Kriminal hadisələr mediada ictimailəşdirildikcə cəmiyyətə təsiri də artır. Dayanmadan kriminal xəbərlər verilən ölkədə cinayətlərin sayı, sosial gərginlik artır. Cinayətkarların təbliğ olunması ilə yeniyetmələrin hüquqi proseslərə qoşulması əngəllənir, ən qorxulusu odur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən obrazında görülür. İnformasiyalar şişirdilir, ictimaiyyətdə qorxu, xof yaradılır. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırıq?" Vüqar Əliyev çıxış edərək bildirib ki, məlumat azadlığı ilə dövlətin, cəmiyyətin maraqları balanslaşdırılmaldır: "Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib. Jurnalistlər kənar təsir olmadan istədikləri mövzuları seçib müzakirəyə çıxarırlar. Bəzi hallarda internet media dövlət və ictimai maraqları unudur. Nəticələri nəzərə almayaraq yanlış məlumatlar verilir. 2014-cü ildə atəşkəs rejimi pozulması zamanı mediada ziyanlı məlumatlar yayımlanmasına görə müşavirə keçirildi və prezident tərəfindən müvafiq sərəncam verildi. Son iki həftə Azərbaycanın və qlobal dünyanın gündəmində çox ciddi hadisələr baş verdi. Bakı-Tbilis-Qars xətti qlobal miqyaslı layihə reallaşdı, Azərbaycan və İran prezidentlərinin görüşü keçirildi, cənab İlham Əliyev region dövlətlərinin rəhbərləri ilə qarşılıqlı görüşlər keçirdi. Bütün bu xəbərlər müzakirə olundu, yüksək qiymətləndirildi. Lakin internet media kriminal mövzu üzərində fokuslaşaraq əhəmiyyət kəsb etməyən məlumatları cəmiyyətə təqdim etdi. Cinayətkarı qəhrəmanlaşdırmaq nə qədər düzgündür? Gənclər bundan nə qazanacaq? Biz anlayırıq ki, mediada ciddi rəqabət var, reytinqi yüksəltmək istəyirlər. Amma cinayətkarı təbliğ etməklə reytinq qaldırmaq olarmı? Media bunu düşündümü? Bu məsələdə pozitiv xəbərlərə üstünlük verilməlidir. Yaxşı hadisələr yoxdur? Vətən uğrunda şəhid olanlar, imkansızlara əl tutanlar haqda məlumat vermək olmaz? Qlobal iqtisadi layihələr haqda yazmaq daha düzgün olmazdımı? Unutmamalıyıq ki, biz müharibə aparan ölkəyik. Media cəmiyyət, dövlət və vətəndaşlar qarşısında məsuliyyət daşıdığını unutmamalıdır". *** Ə.Amaşov deyib ki, bu gündən etibarən mövzu ilə bağlı monitorinq aparılacaq: "Nəticələrdən biləcəyik ki, media bu tədbirdən hansı qənaətə gəlib".
NUH.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan 5 nəfər Azərbaycan vətəndaşı saxlanıldı
23 mart 2024 14:19
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 2024 18:42
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41