Eldar Mahmudovu 20 il həbs cəzası gözləyir
Günün sitatı10 noyabr 2017 21:34
Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.
Yenicag.az xəbər verir ki, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 3 saata yaxın dindirilib.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun son bir neçə gündə ikinci dəfə prokurorluğa çağırılması onun haqqında yaranan şübhələri daha da artırıb.
Görəsən, baş verən bu proseslərdən sonra sabiq naziri hansı cəzalar gözləyə bilər? Ümumiyyətlə, onun həbsi gözlənilirmi?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Vamiq Şükürov bildirib ki, mətbuatda onunla bağlı olan məlumatlar öz əksini tapsa, sabiq nazirin həbsi gözlənilə bilər. O, həmçinin bu proseslər təsdiqləndikdən sonra sabiq nazirin 20 il azadlıqdan məhrum oluna biləcəyini də vurğulayıb:
"Bunun üçün əvvəlcə istintaqda ona qarşı olan ittihamlar öz təsdiqini tapmalıdır. Çünki ondan əvvəl müavinlərinin, idarə rəislərinin işlərində rüşvətxorluq, hədə-qorxu ilə pul tələbetmə, qanunsuz və əsassız saxlama, insanları qanunsuz olaraq azadlıqdan məhrumetmə, qanunsuz qulaq asma halları aşkarlanıb. Həbs olunma ehtimalına gəlincə, bu haqda dəqiq fikir bildirmək olmaz. Bunun üçün istintaqda onun həbs olunması ilə bağlı ilkin sübutlar öz təsdiqini tapmalı, daha sonra həqiqətən bu cinayətlərin onun törətdiyinə dair sübutlar toplanmalıdır. Əgər bu proseslər öz təsdiqini tapsa, həmin şəxs həbs oluna bilər. Çox güman ki, sabiq nazirə bu maddələrlə cinayət işi açılsa və onları toplasaq, 20 il azadlıqdan məhrum edilə bilər”.
Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov isə qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyi icazə verir ki, qanun pozuntusuna yol verən hər bir şəxs cəzalandırılsın və məsuliyyətə cəlb olunsun. Həmçinin sabiq nazir Eldar Mahmudovun da ləğv olunmuş "Milli Təhlükəsizlik Nazirliyi”nin həbs olunan digər əməkdaşları kimi cinayətlərin törətməsinə dair istintaqda məlumatları öz təsdiqini tapsa, azadlıqdan məhrum edilə bilər:
"Bir müddət öncə də sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. Səbəb kimi onun qardaşı oğlunun həbs olunması göstərilir. Yəqin ki, yenidən çağırılmasına səbəb həmin məsələ ilə bağlıdır. Müzakirələr gedirdi ki, Eldar Mahmudov haqqında heç bir məlumat yoxdur, heç bir məsuliyyətə cəlb olunmur. Həbs olunması məsələsini vurğulasaq, bu barədə dəqiq fikir bildirmək mümkün deyil. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi icazə verir ki. qanun pozuntusuna yol verən hər bir şəxs məsuliyyətə cəlb olunsun. Son hadisələr də göstərir ki, sabiq nazir haqqında istənilən an gözlənilməz bir qərar eşitmək olar”.
Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov gözlənilmədən vəzifəsindən azad olunduqdan sonra nazirliyin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, onlar haqqında Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya