Fəzail İbrahimli: “Harda pislik varsa, Fəzail Ağamalı yada düşür”
Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının onun barəsindəki ittihamlara münasibət bildirib. F.Ağamalı deyib ki, oğlu Yalçının yol qəzası törətməsi haqda yalan məlumatı həmkarı İbrahimli ötürüb və bunu namərdlik adlandırıb. F.İbrahimli açıqlamasında həmkarına sərt cavab verərək bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır: “Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin oturaq danışaq. Ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. Onun tərcümeyi-halında elə şeylər var ki, gərək gündəmə çıxarmayasan. Özünə deyəcəm ki, mən bunları deyə bilərdim, amma demədim. Yerini və həddini bil. İki aydan sonra Fəzail Ağamalı yatıb yuxuda görüb ki, guya mətbuatı mən öyrətmişəm. Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı. Məlum oldu ki, bu qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim. O, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Fəzail Ağamalı ömür böyü belə olub. Onun həyat tərzi ona-buna şər atmaq, sataşmaqdır. Oğlumu cinayətkar adlandırıb, bununla da hüquq-mühafizə orqanlarına böhtan atır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var”. F.İbrahimli deyib ki, həmkarına görə daim adının əziyyətini çəkib: “Mən siyasətə gələnə qədər o “Fəzail” adını elə şumlamışdı ki, mən o adın altında yatan minaları təmizləməklə məşğul olmuşam. Mən harasa müraciət edəndə ilk növbədə adımı yox, soyadımı deyirəm. Onun adını çəkmək cəmiyyətdə ikrah hissi yaradır. Niyə mənim yox, Fəzail Ağamalının adı hallandı? Çünki harda şər, pislik, mənfilik varsa, o yada düşür. O, özü də adı haqqında mənfi fikirdədir. Bu gün müsahibə verdiyi orqanda vaxtilə onun Türkiyədə əlində dolları hara sürtdüyünü göstərən şəkli yayılmışdı. Fəzail Ağamalı yaşına-başına yaraşmayan hərəkətlər edir. Təəssüf ki, 70 yaşlı kişi gündəmdə qalmaq üçün belə açıqlamalar verir”. Qafqazinfo
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
17 mart 2024 10:55
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA
11 mart 2024 20:38
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31